Məhkəmə qərarları › İş №2(012)-911/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-911/2021

15.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-911/2021 15.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçı X3 nümayəndəsi X2, İddiaçı2, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçılar X7 və İddiaçı2 cavabdeh «xxxx» MMC-yə qarşı «artıq ödənilmiş pulun qaytarılması» tələbinə dair iddi ərizəsi üzrə mülki işə 15 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar X7 və İddiaçı2 cavabdeh «xxxx» MMC-yə qarşı «artıq ödənilmiş pulun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların hər birindən artıq alınmış 365,50 manat pulun istehlakçılara qaytarılması, onların ayrılıqda ödədiyi 20 manat məbləğində dövlət rüsumunu cavabdehdən alınaraq onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar X7 və İddiaçı2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, iddiaçılar X7 və İddiaçı2 hər birindən ayrı-ayrılıqda artıq alınmış 363, 50 manat pulun geri qaytarılması, iddiaçılar X7 və İddiaçı2 hər birindən ayrı-ayrılıqda ödədiyi 20 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı X3 nümayəndəsi X4 məhkəmədə izahatında bildirdi ki, xeyli vaxtdır ki, iddiaçılar X7 və İddiaçı2 xxxx yaşayış massivində yaşayırlar. Əksər istehlakçılar kimi, iddiaçıların da hüquqları davamlı olaraq cavabdeh tərəfindən pozulur. Cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ali Məhkəmənin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Konstitusiyaya uyğunluğunun yoxlanılmasına dair Plenumunda yazılır: "Digər tərəfdən, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, hətta çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı təbii inhisarda olan malların təminatı ilə (qaz, elektrik, su və s.) bağlı kommunal xidmətlərin satış qiymətini müəyyən etmək səlahiyyətində deyildirlər. Qeyd edilən mallar “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.4-cü maddəsinə əsasən, yalnız müvafiq icra hakimiyyəti orqanı (Tarif Şurası) tərəfindən müəyyən edilə bilər. Bu səlahiyyət Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 saylı Fərmanı ilə təsdiq olunan Tarif Şurası haqqında Əsasnamədə öz əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 saylı qərarı ilə "Qiymətləri dövlət tərəfindən təsdiq olunan malların, işlərin, xidmətlərin siyahısı" təsdiq olunmuşdur. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyekti təbii inhisar subyektidir. Həmin Qanunun 11.1.4-cü maddəsində isə Tarif Şurası tərəfindən müəyyənləşdirilən qiymətləri (tarifləri) dəyişdirən subyektlərin inzibati, məsuliyyəti nəzərdə tutulmuşdur. Beləliklə, dövlət inhisarında olan mallarla bağlı göstərilən kommunal xidmətlərin qiyməti yalnız dövlət tərəfindən müəyyən edilir və göstərilən bu cür kommunal xidmətlərin həcmi müvafiq sayğacla hesablanır. Bu cür kommunal xidmətlər çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan sahələrinə göstərildikdə (dəhlizin işıqlandırılması və s.), bununla bağlı kommunal ödənişlər həmin ümumi sahənin istifadəçiləri (çoxmənzilli binada mənzillərin mülkiyyətçiləri) tərəfimdən həyata keçirilir. Həmin kommunal xidmətlərə görə ödənişlər binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətdəki paylarına mütənasib olaraq ödənilir (Mənzil Məcəlləsinin 36.1,38.2, 140.1-ci maddələri)" xxxx bizə satdığı su, elektrik və qaz sayğaclarından ötrü 798 manat pul almışdır, halbuki Tarif Şurasının müəyyən etdiyi qiymətlər belədir: elektrik enerjisinə görə 163 man, qaz sayğacına görə 260 man, su sayğacına görə isə pulsuzdur. Cəmi 412 manat təşkil edir. Təbii, iddiaçılar bu məbləği öz xoşlarına ödəməmişlər. Ya elektrik enerjisi təchizatını dayandırmaq, ya məişət qazına görə kartı verməkdən imtina etmək və s. hədələrlə iddiaçıları təhdid etdiyinə görə iddiaçılar artıq məbləği ödəmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417.2-ci maddəsində göstərilir: "Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. Deməli, iddiaçıların müqavilə standart şərt sayılır, çünki müfəssəl deyil. Həmin məcəllənin 419.2-ci maddəsində isə yazılır: "Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir". Cavabdehin bütün qanunsuz hərəkətləri və qanuni tələblərimiz barədə 20.01.2017-ci ildə “xxxx” MMC-yə məktub ünvanlasaq da, indicə kimi heç bir cavab almamışlar. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı2 məhkəmədə iddia tələbini müdafiə edərək, digər iddiaçı X3 izahatına uyğun izahat verdi. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X9 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. İddia ərizəsində hansı mənzilə görə ödəniş alındığı göstərilməmişdir. Cavabdeh “xxxx” MMC iddiaçılardan artıq ödəniş almamışdır. Sayğacı onlar quraşdırmır, sayğacları podratçı quraşdırmışdır və cari xərclər də vardır. Belə işlər üzrə president yoxdur. O, həmçinin iddia ərizəsinə etiraz təqdim edərək, göstərmişdir ki, iddiaçı X3 və İddiaçı2 iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Mülki Prosessual Məcəlləsinin və digər qanunvericilik aktlarının aşağıda sadalanan maddi və prosessual hüquq normalarına və dəlillərə görə tamamilə əsassız hesab edir. Əvvəla iddiaçı X7 və İddiaçı2 iddia ərizəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417.2 və 419.2-ci maddələrinə istinad edərək qeyri-müəyyən iddia tələbi ilə müraciət edirlər, iddia ərizəsinin təsviri və əsaslandırıcı hissələri ümumiyyətlə əsaslandırılmamışdır. Ümumiyyətlə iddia tələbində tələbin nədən ibarət olması, mübahisənin hansı daşınmaz əmlakın istehlak hüquqlarının pozulması məlum deyildir, iddiaçıların tələblərini əlaqələndiricı hallar və xüsusatlar göstərilməmişdir. Hazırki iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərini pozduğuna həmin Məcəllənin 152-ci maddəsinin tələblərinə əsasən mümkünlüyü yoxlanılmalıdır. Həmin Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Bundan başqa, iddiaçılar “biz, biz istehlakçılar, bütün istehlakçılar" kimi ifadələrlə iddia tələbinində qeyrimüəyyənlik formalaşdırır. MPM-nin 149.2.2-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Hazırkı mülki iş üzrə cavabdeh tərəf “xxxx"’ MMC, ünvan isə Xırdalan qəsəbəsi, H.Əliyev küçəsi 167, əlaqə telefonu isə **********, ********** qeyd edilmişdir, ilk öncə naməlum Xırdalan qəsəbəsi, H.Əliyev küçəsi 167 ünvanında “xxxx" MMC adlı hüquqi şəxs mövcud deyildir, hesab ediri ki, iddiaçılar iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl iddia tələbi üzrə cavabdeh ola biləcək şəxsi müəyyən etməlidir. Bu həmçinin MPM-nin 35-ci maddəsinin tələblərinin kobud şəkildə pozulmasıdır. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Cavabdeh isə məhkəmədə baxılan mülki işdə baxılan təsərrüfat mübahisəsi tərəflərindən biridir. Cavabdeh iddia tələbinə görə işə cəlb olunur. Belə ki, iddiaçılar hansı hüquqdan və ya öhdəlikdən irəli gələrək cavabdeh şəxs və ya şəxslərin tələbi pozması, vəzifəsini icra etməməsi və yaxud tələbləri pozması göstərilməmişdir, iddiaçılar “istehlakçıların hüquqlarının pozulması” ifadəsi ilə kifayətlənərək hüquqi əsası olmayaraq, Ödənilmiş vəsaiti tələb edirlər. Həmin vəsaitin hansı müqavilə öhdəlikləri və ya şərtlərinə əsasən hansı iddiaçıya aid edilməsi naməlumdur. Bundan əlavə, sözügedən iddia ərizəsinin naməlum sonuncu səhifəsində “3” nömrəsi ilə hazırki iddia ilə eyni məzmunlu məhkəmə instansiyalarının qətnamələri: 1) Azərbaycan Respublikası Ali Məhkəməsinin qətnaməsi; 2) Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi; 3) Abşeron rayon məhkəməsinin qətnaməsi sadalanır. Tərəflər arasında eyni predmet üzrə məhkəmə çəkişməsi olmuşdur. Bu da MPM- in 153-cü maddəsinin tələblərinin kobud şəkildə pozulmasıdır. Həmin maddi hüquq normasına görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya fərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair münsiflər məhkəməsi qətnaməsinin, məcburi icra edilməsi üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya iş yenidən baxılmaq üçün qətnamə qəbul etmiş münsiflər məhkəməsinə qaytarıldığı, lakin işin həmin münsiflər məhkəməsində baxılması mümkün olmadığı hallar istisna edilməklə, münsiflər məhkəməsinin qəbul etdiyi, qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasım orada göstərir. “Presedent halı” fikri ilə bağlı bildirir ki, iddia predmeti ilə bağlı əsaslandırıcı xüsusatlar və dəlillər eynilik təşkil etməklə yanaşı özlüyündə mahiyyətinə görə fərqlənə bilər. Hesab edir ki, hüquq presedentinə diqqət yetirməkdənsə iddia tələbi üzrə hansı iddiaçının hansı müqavilə üzrə hansı hüquqlarının pozulmasını, ümumiyyətlə iddia ərizəsinin sonuncu səhifəsində qeyd olunan müqavilələrin təsvir edilməsi daha doğru olardı, iddiaçıların istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarı ilə bağlı qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli Qərarı ....idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçi yaşayış sahəsinə və kommunal xidmətlərə görə münasibətlərdən yaranana mübahisələri tənzimləyir, Plenum qeyd edir ki, öz növbəsində həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 417.2-ci (Müqavilənin standart şərtləri anlayışı) maddəsində: əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır və 419.2-ci (Müqavilələrin standart şərtlərinin qeyriadi’müddəaları) maddəsində: müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir - göstərilir. Ümumiyyətlə sadalanan maddi hüquq normalarının hazırki mübahisə predmetinə heç bir aidiyyəti yoxdur. Çünki tərəflər arasında müqavilə münasibətləri mübahisələndirilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 14.07.2015-ci il tarixli Qərarında qeyd edilir ki, iradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 399.2-ci maddəsinə görə, tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Həmin Məcəllənin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. İddiaçılar müqavilənin müfəssəl olmadığı üçün standart şərt sayılmasını qeyd etməsinə rəğmən hansı müqaviləni və ya müqavilələi vurğulamasını göstərmir. Müfəssəl sözü ətraflı, təfsilatlı, geniş anlamı əks etdirdiyinə görə hansı müqavilənin müddəalarına şamil edilməsi isə naməlumdur. Qeyd olunanlara əsasən o, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan A(B)/046 nömrəli, 27 iyun 2013-cü il tarixli torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısı haqqında müqavilədən görünür ki, satıcı “xxxx” MMC ilə alıcı X7 arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən satıcı “xxxx” MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “xxxx-Park” yaşayış massivindəki A kompleksindəki, inşa edilən (inşa edilmiş), 1 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 89,1 kvadratmetr olan 2 otaqdan ibarət 37 saylı mənzili (gələcəkdə vahid əmlak adlandırılacaq) alıcı X1, alıcı X7 isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan B(B)/047 nömrəli, 12 yanvar 2014-cü il tarixli torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısı haqqında müqavilədən görünür ki, satıcı “xxxx” MMC ilə alıcı İddiaçı2 arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən satıcı “xxxx” MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “xxxx-Park” yaşayış massivindəki 11 saylı küçəsində inşa edilən (inşa edilmiş), 1 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 49,3 kvadratmetr olan 1 otaqdan ibarət 9 saylı mənzili (gələcəkdə vahid əmlak adlandırılacaq) alıcı İddiaçı2 satmağı, alıcı İddiaçı2 isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kassa mədaxil orderlərindən görünür ki, İddiaçı2 mənzilə sayğacların quraşdırılması üçün 19 avqust 2019-cu il tarixində 300 manat, 25 avqust 2020-ci il tarixində 498 manat, X7 isə 9 dekabr 2018-ci il tarixində 200 manat, 06 yanvar 2018-ci il tarixində 400 manat, 22 mart 2019-cu il tarixli 198 manat məbləğində ödəmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1782/2019 saylı 22 iyul 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, “xxxx” MMC-dən 363 manat 50 qəpik alınaraq İddiaçı1 Nobatəli oğluna ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(105)- 429/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1782/2019 saylı 22 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Ali Məhkəmənin 2(012)-3605/2020 saylı, 10.08.2020-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-429/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə-iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, elektrik enerjisinin hüquqi və fiziki şəxslər üçün tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli qərarı il təsdiq edilmiş elektrik enerjisinin ölkədaxili tarifləri əhali sektoru (məişət abonentləri) üçün aylıq istehlak həcminin 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 7,0 (ƏDV) qəpik/kVts, aylıq istehlak həcminin 300 kVts-dən çox olan hissəsi üçün 11 (ƏDV ilə) qəpik/kVts, qeyri-əhali sektoru üçün 9,0 (ƏDV ilə) qəpik/kVts. İş materuiallarından göründüyü kimi iddiaçılar tərəfindən sayğaclara 798 manat cavabdehə ödəniş edilmişdir. Halbuki, elektrik sayğacının qiyməti 167,50 manat, qaz sayğacmn qiyməti 267 manatdır, su sayğacları pulsuz quraşdırılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, elektrik sayğacının qiymətinin 167,50 manat, qaz sayğacmn qiymətinin 267 manat, su sayğaclarının pulsuz quraşdırılması nəzərə alınsa, iddiaçılara sayğaclara görə cavabdehə cəmi 434,50 manat ödəməli olduğu halda, 798 manat ödəməklə, 363,50 manat məbləğində cavabdehə artıq ödəniş etmişlər. Odur ki, iddiaçıların hər birinə artıq ödənilmiş 363,50 manat məbləğində pul cavabdehdən alınıb verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçıların hər birinin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədikləri 20 manat cavabdehdən alınmalı və iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçılar X7 və İddiaçı2 hər birindən artıq alınmış 363,50 manat pul və ayrılıqda ödədikləri 20 manat məbləğində dövlət rüsumu cavabdeh «xxxx» MMC alınaraq iddiaçılar X7 və İddiaçı2 qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar