Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-922/2023 31.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair mülki işə 31 yanvar 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının geri qaytarılması barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5 adda qızıl-zinyət əşyalarının və ya onların dəyəri olan 6210 manatın və ödənmiş 32 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2019-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Rəsmi nikahdan xx.xx.2019-cu il təvəllüdlü X2 anadan olmuşdur. Cavabdehlə münasibətləri pozulduğu üçün dava-dalaş zəminində tələsik evi tərk edərkən şəxsi qızıl əşyaları cavabdehdə qalmışdır. Cavabdehdən qızıllarını tələb edəndə qaytaracağını bildirsə də könüllü olaraq hələ də qızıllarını qaytarmamışdır. Həmin qızıllar onun şəxsi əmlakları olduğu üçün cavabdehdən alınaraq ona qaytarılmalıdır. Bu barədə cavabdehə mediasiya təklifi göndərilmiş, mediator mediasiya prosesi təyin etmiş, lakin cavabdeh mediasiya prosesinə gəlmədiyinə görə mediator tərəfindən bu barədə arayış tərtib edilmişdir. Mediasiya xərci olaraq onun tərəfindən 50 manat ödənilmişdir. Cavabdehdə onun aşağıdakı qızıl əşyaları qalmışdır: 1. Sep – 20 qram əyar 785. Qiyməti – 2400 manat; 2. Qolbaq – 9 qram, əyar 785. Qiyməti - 1080 manat; 3. Brilyant qaşlı nişan üzüyü – 6,9 qram, əyar 785. Qiyməti – 830 manat; 4. Brilyant qaşlı üzük – 4 qram, əyar 785. Qiyməti – 500 manat; 5. Komplekt – 2 sırğa və üzük – 16,5 qram, əyar 785. Qiyməti – 1400 manat. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib təmin edilməsini xahiş etdi. Bildirdi ki, Cavabdeh barəsində oğurluq işi vardır. 14 sentyabr 2021-ci ildə qaynatası ilə aralarında mübahisə düşdüyündən evdən çıxmışdır. Evdən çıxarkən tələsdiyindən qızılların qabında olduğunu güman edərək, qabı götürmüşdür. Lakin sonradan qabı açdıqda qızılların orada olmadığını ancaq etiketlərinin qaldığını görmüşdür. Cavabdehdən tələb etsə də, cavabdeh yenisini alıb verəcəyini bildirmişdir. Lakin hazıra kimi qızıllarını qaytarmamış, nə də ki yenisini alıb verməmişdir. İddiada qeyd olunan qızılların qiyməti həmin etiketlərə əsasən univermaqda qoyulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana bildiriş göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. İddiaçı ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasına gəlməyən Cavabdeh iştirakı olmadan qiyabi icraat qaydasında işə baxılmasına yazılı razılıq verdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)- 6977/2022 saylı qətnamənin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində, Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2019cu il təvəllüdlü X1 İddiaçı yanında saxlanması və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi və aliment tutulmasının xx.xx.2022-ci il tarixindən hesablanması qət edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan toy mərasiminin foto şəkillərdən onun üzərində qızıl-zinət əşyalarının olması müəyyən edilir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, cavabdehlə xx.xx.2019-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Rəsmi nikahdan xx.xx.2019-cu il təvəllüdlü X2 anadan olmuşdur. Cavabdeh ilə münasibətləri pozulduğu üçün dava-dalaş zəminində tələsik evi tərk edərkən şəxsi qızıl əşyaları cavabdehdə qalmışdır. Cavabdehdən qızıllarını tələb edəndə qaytaracağını bildirsə də könüllü olaraq hələ də qızıllarını qaytarmamışdır. Cavabdehdə iddiaçının aşağıdakı qızıl əşyaları qalmış və cavabdeh onları iddiaçıya qayutarmaq istəmir: 1. Sep – 20 qram əyar 785. Qiyməti – 2400 manat; 2. Qolbaq – 9 qram, əyar 785. Qiyməti - 1080 manat; 3. Brilyant qaşlı nişan üzüyü – 6,9 qram, əyar 785. Qiyməti – 830 manat; 4. Brilyant qaşlı üzük – 4 qram, əyar
785. Qiyməti – 500 manat; 5. Komplekt – 2 sırğa və üzük – 16,5 qram, əyar 785. Qiyməti – 1400 manat. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı nikah dövründə hədiyyə verilmiş və qızıl-zinyət əşyaları: 1. qızıldan Sep – 20 qram əyar 785. qiyməti – 2400 manat; 2. Qolbaq qızıldan – 9 qram, əyar 785. qiyməti - 1080 manat; 3. Brilyant qaşlı qızıldan nişan üzüyü – 6,9 qram, əyar 785. qiyməti – 830 manat; 4. Brilyant qaşlı qızıldan üzük – 4 qram, əyar 785. qiyməti – 500 manat; 5. Dəst qızıldan – 2 sırğa və üzük – 16,5 qram, əyar 785. qiyməti – 1400 manat, onlar olmadığı halda isə onların dəyəri 6210 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1.maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2.maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3. maddəsinə görə daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 32 manat dövlət rüsumuna görə pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia tələbi təmin edilsin. İddiaçı nikah dövründə hədiyyə verilmiş brilyant və qızıl-zinyət əşyaları: 1. Sep – 20 qram əyar 785. Qiyməti – 2400 manat; 2. Qolbaq – 9 qram, əyar 785. Qiyməti - 1080 manat; 3. Brilyant qaşlı nişan üzüyü – 6,9 qram, əyar 785. Qiyməti – 830 manat; 4. Brilyant qaşlı üzük – 4 qram, əyar 785. Qiyməti – 500 manat; 5. Komplekt – 2 sırğa və üzük – 16,5 qram, əyar 785. Qiyməti – 1400 manat, onlar olmadığı halda isə onların dəyəri 6210 manat məbləğində pul və 32 manat dövlət rüsumuna görə ödənilmiş pul cavabdehdən alınıb iddiaçıya verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim : Cəmilə Səfiyeva