Məhkəmə qərarları › İş №2(012)-923/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-923/2025

26.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-923/2025 26.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və cehiz əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd edilən 37 adda cehiz əşyalarının və 4 ədəd qızıl-zinət əşyalarının cavabdehdən natura şəklində alınaraq ona verilməsi, cehiz və qızıl-zinət əşyaları aşkar edilməzsə, onların dəyəri kimi pul məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2023-cü il tarixdə faktiki olaraq evlənmişlər. Faktiki nikahdan xx.xx.2024-cü il təvəllüdlü Nümayəndə İlham oğlu adlı uşaq anadan olmuşdur. Atalığın müəyyən edilməsi barədə şəhadətnamə alınmışdır. Evlənməmişdən öncə cavabdeh ona evli olmadığını bildirmişdir. Lakin onlar faktiki evləndikdən sonra cavabdehin əvvəllər evli olduğu bəlli olmuşdur. Hazırda onlar arasındakı münasibətlər pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsində aliment tələbinə dair iddiası təmin edilərək Sumqayıt şəhər İcra İdarəsinə yönəldilmişdir. Qızıl-zinət və cehiz əşyaları və paltarları cavabdehin evindədir və o, əmakları verməkdən imtina edir. Cavabdehdə aşağıda göstərilən əşyalar qalmışdır: 1. Mebel dəst (yataq, tirmo, dolab, tumbalar); 2. Uşağın beşiyi; 3. 6 yataqü dəsti; 4. 1 ədəd taxt döşəyi; 5. 2 ədəd yorğan; 6. 2 ədəd taxt üstü; 7. Uşağın paltarları; 8. Uşağın hamam-vanna dəsti; 9. Uşağın məhrəba dəsti; 10. 2 ədəd uşaq ədyalı; 11. Uşaq xonçaları; 12. 1 ədəd tozsoran; 13. 1 ədəd toster;

14. 2 ədəd çilçıraq; 15. 2 ədəd pərdə: 16. 4 stəkan dəsti; 17. Altı nəfərlik boşqab dəsti; 18. 6 nəfərlik tort dəsti; 19. 1 ədəd əl blendri; 20. 1 ədəd qablı blendr; 21. 3 armudu stəkan dəsti; 22. 1 ədəd dəm çaydanı; 23. 12 ədəd çay dəsmalı; 24. 6 ədəd hamam dəsmalı; 25. 15 ədəd əl-üz dəsmalı; 26. 3 ədəd ayaqqabı; 27. Kosmetik əşyalar; 28. Geyim paltarları;

29. 2 ədəd süfrə; 30. 1 ədəd mikser; 31. 5 ədəd kukla; 32. 1 ədəd ütü; 33. 2 ədəd ütü fenibiri hava, digəri saç feni; 34. 2 dəst qrafin; 35. çıraq güzgü-şamdan; 36. 1 ədəd çərəz qabı; 37. 3 ədəd çanta. Qızıl-ziniyyət əşyaları; 1. 1 ədəd 5 qramlıq nişan üzüyü (585 əyar);

2. 1 ədəd gümüş boyunbağı; 3. 1 ədəd Pandora gümüş boyunbağı; 4. 1 ədəd ağ qızıl sırğa. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən iddia ərizəsində göstərilmiş 1 ədəd Pandora gümüş boyunbağı əvəzinə 1 ədəd Pandora gümüş üzük daxil olmaqla qalan bütün əmlakların cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə bildirdi ki, tələb edilən əmlaklar iddiaçıya yox, özünə məxsusdur. Qızıl-zinət əşyaları isə ümumiyyətlə mövcud olmamışdır. Buna görə də iddia rədd olunmalıdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X1 ifadəsində göstərmişdir ki, iddiaçının anasıdır. Qızı üçün yataq dəstini cavabdehin atasının təklifi ilə onun tanışının mağazasından almışlar. Taxtın qiyməti 1400 manat, quraşdırılma haqqı isə 50 manat idi. Bütün pulları hissə-hissə Nümayəndə özü ödəmişdir. Qalan cehiz əmlak və qızıl-zinət əşyaları da adət-ənənəyə əsasən qızına verilmişdir. Məhkəmə proses iştirakçılarını və şahidi dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İV 966696 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahından xx.xx.2024-cü i tarixdə Elnur adlı uşaq doğulmuşdur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdeh faktiki nikah münasibətlərində olmuş və onların bu münasibətlərindən xx.xx.2024-cü i tarixdə Elnur adlı uşaqları doğulmuşdur. Tərəflər əvvəllər mehriban yaşasalar da, sonradan onların münasibətləri korlanmışdır. Onlar ayrıldıqdan sonra iddiaçıya məxsus bəzi cehiz və qızıl-zinət əşyaları cavabdehin yaşadığı evdə qalmışdır. Bu səbəbdən iddiaçı hazırda həmin əşyaların cavabdehdən alınaraq ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizədə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə mübahisə ilə əlaqədar qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının iddia ərizəsində qeyd etdiyi bütün cehiz əmlakın mövcud olması, onların hazırda cavabdehin yaşadığı evdə olması və həmin əşyaların iddiaçı tərəfindən götürülməsinə maneçilik yaradılması öz təsdiqini tapmışdır. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, 1 ədəd 5 qramlıq nişan üzüyü (585 əyar), 1 ədəd Pandora gümüş üzük və 1 ədəd ağ qızıl sırğa həqiqətən də mövcud olmuşdur. Bu hal isə cavabdeh tərəfin bu əşyaların ümumiyyətlə olmaması barədə dəlilini əsassız edir. Buna görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsində qeyd edilən bütün cehiz əmlak, həmçinin 1 ədəd 5 qramlıq nişan üzüyü (585 əyar), 1 ədəd Pandora gümüş üzük və 1 ədəd ağ qızıl sırğa cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Bununla belə, tələb edilən əmlakların dəyəri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, sübutetmə yükü üzərinə düşən iddiaçı qeyd olunan əmlakın dəyəri barədə məhkəməyə hər hansı mötəbər sübut (qiymət kağızı, ödəmə qəbzi, hesab-faktura və s.) təqdim edə bilməmişdir. Bu əmlakların naturada mövcudluğu və cavabdehdə olması məhkəmə araşdırması zamanı təsdiqini tapmış hesab edilməklə işin mübahisəsiz halıdır və həmin əmlakların qiymətləndirilməsinə heç bir zərurət yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, 1. Mebel dəst (yataq, tirmo, dolab, tumbalar); 2. Uşağın beşiyi; 3. 6 yataqü dəsti; 4. 1 ədəd taxt döşəyi; 5. 2 ədəd yorğan; 6. 2 ədəd taxt üstü; 7. Uşağın paltarları; 8. Uşağın hamamvanna dəsti; 9. Uşağın məhrəba dəsti; 10. 2 ədəd uşaq ədyalı; 11. Uşaq xonçaları; 12. 1 ədəd tozsoran; 13. 1 ədəd toster; 14. 2 ədəd çilçıraq; 15. 2 ədəd pərdə: 16. 4 stəkan dəsti;

17. Altı nəfərlik boşqab dəsti; 18. 6 nəfərlik tort dəsti; 19. 1 ədəd əl blendri; 20. 1 ədəd qablı blendr; 21. 3 armudu stəkan dəsti; 22. 1 ədəd dəm çaydanı; 23. 12 ədəd çay dəsmalı; 24. 6 ədəd hamam dəsmalı; 25. 15 ədəd əl-üz dəsmalı; 26. 3 ədəd ayaqqabı; 27. Kosmetik əşyalar; 28. Geyim paltarları; 29. 2 ədəd süfrə; 30. 1 ədəd mikser; 31. 5 ədəd kukla; 32. 1 ədəd ütü; 33. 2 ədəd ütü feni-biri hava, digəri saç feni; 34. 2 dəst qrafin; 35. çıraq güzgü-şamdan; 36. 1 ədəd çərəz qabı; 37. 3 ədəd çanta; 38. 1 ədəd 5 qramlıq nişan üzüyü (585 əyar); 39. 1 ədəd Pandora gümüş üzük və 40. 1 ədəd ağ qızıl sırğadan ibarət əmlak Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin.

1. Mebel dəst (yataq, tirmo, dolab, tumbalar); 2. Uşağın beşiyi; 3. 6 yataqü dəsti; 4. 1 ədəd taxt döşəyi; 5. 2 ədəd yorğan; 6. 2 ədəd taxt üstü; 7. Uşağın paltarları; 8. Uşağın hamam-vanna dəsti; 9. Uşağın məhrəba dəsti; 10. 2 ədəd uşaq ədyalı; 11. Uşaq xonçaları;

12. 1 ədəd tozsoran; 13. 1 ədəd toster; 14. 2 ədəd çilçıraq; 15. 2 ədəd pərdə: 16. 4 stəkan dəsti; 17. Altı nəfərlik boşqab dəsti; 18. 6 nəfərlik tort dəsti; 19. 1 ədəd əl blendri; 20. 1 ədəd qablı blendr; 21. 3 armudu stəkan dəsti; 22. 1 ədəd dəm çaydanı; 23. 12 ədəd çay dəsmalı; 24. 6 ədəd hamam dəsmalı; 25. 15 ədəd əl-üz dəsmalı; 26. 3 ədəd ayaqqabı; 27. Kosmetik əşyalar; 28. Geyim paltarları; 29. 2 ədəd süfrə; 30. 1 ədəd mikser; 31. 5 ədəd kukla; 32. 1 ədəd ütü; 33. 2 ədəd ütü feni-biri hava, digəri saç feni; 34. 2 dəst qrafin; 35. çıraq güzgü-şamdan; 36. 1 ədəd çərəz qabı; 37. 3 ədəd çanta; 38. 1 ədəd 5 qramlıq nişan üzüyü (585 əyar); 39. 1 ədəd Pandora gümüş üzük və 40. 1 ədəd ağ qızıl sırğadan ibarət əmlak Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar