Məhkəmə qərarları › İş №2(012)-924/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-924/2020

23.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-924/2020 23.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi X1, Cavabdeh və vəkili-nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müaciət edərək, ünvan 1 ünvanında yerləşən yataq dəsti; taxt kravat, şfoner, iki tumba, termo, sandıqça, pufik, çilqıraq 2 ədəd, pərdə-iki ədəd, televizor- 1 ədəd, kondinsioner-1 ədəd, yataq dəstləri 6 dəst pastel dəsti, süfrələr-8 ədəd, pakrvallar-4 ədəd, çay dəsmalları-35 ədəd, əl-üz dəsmalları-12 ədəd, qətifələr-8 ədəd, altı ədəd balış, taxt döşəyi-1 ədəd, taxt yorğanı-1 ədəd, ədyallar-4 ədəd, divar saatı- 1 ədəd, qonaq otağı dəsti; Divan, iki kreslo, servant, jurnal stolu, stul altı nəfərlik, servantm içində dəst qablar- güldan- 2 ədəd, meyvə qabları-6 ədəd, ləpə qabları-6 ədəd, stol üzərindəki süfrə-1 ədəd, jurnal stolu üçün süfrə-1 ədəd, divan kreslo örtüyü- iki dəst, istifadə olunmamış əşyalar və qablar-şirəçəkən maşın- 1 ədəd, ütü-1 ədəd, ütü stolu-1 ədəd, mikser-1 ədəd, ət çəkən-1 ədəd, tozsoran-1 ədəd, servis-3 dəst, çay dəsti-2 dəst, kompot dəsti - ədəd, çay üçün nəlbəki və stəkanları-24 dəst, qazan dəstləri-5 dəst, qaşıq- çəngəl dəstləri 2 ədəd , mətbəxdə istifadə olunmayanlar- çaynik- 2 ədəd, boşqab dəsti-24 ədəd, bıçaq dəsti-12 ədəd, mürəbbə qabları-6 ədəd, ədviyyat qabları-4 ədəd, elektrik sobası-1 ədəd, fincan dəsti-2 dəst və mənə toyda hədiyyə şəklində verilmiş təxminən 45 qram çəkisi olan 750 əyyar 5000 manat qiymətində olan brilyant sırğa, üzük, qolbağ, boyunbağı, sep və nişan üzüyünün cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2019-cu il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından övladları yoxdur. O, el adəti ilə gəlin köçən zaman valideynlərinin ona aldığı cehiz əşyalarıyla bərabər qaynanasına məxsus ünvan 2 ünvanına köçmüşdür. Həyat yoldaşı və valideynləri ilə münasibətləri yaxşı olmuş və aralarında heç bir narazılıq olmamışdır. Qardaşının toyu avqustun 10-da olmuşdur. Həmin toya qızılları taxıb getmiş və hamilə olmuşdur. O, toydan evə qayıtdıqdan sonra narahat olmuşdur. Həmin vaxt baldızı da hamilə olduğundan qaynanası ikisinə də baxa bilməmişdir. Bu səbəbdən bir neçə günlük valideynlərinin evinə getmişdir. Qızılları həmişə yataq otağında mücrüdə saxlamışdır. Nişan üzüyünü təxmini 1000 manata almışdırlar. Digər qızılları isə qaynanası alıb və qiymətlərini bilmir. O, valideynlərinin evində olduğu müddətdə qaynanası və baldızı müxtəlif bəhanələrlə keçmişlə əlaqədar hadisələrdə onu günahlandırmış, həyat yoldaşı isə telefonlara cavab verməmişdir. Daha sonra qarşı tərəf onu evə buraxmayacaqlarını bildirmişdir. Oktyabr ayında isə artıq valideynlərinin ünvanına məktub gəlmiş və məlum olmuşdur ki, Cavabdeh nikahın pozulması tələbi ilə bağlı Xətai Rayon Məhkəməsində iddia qaldırmışdır. Valideynlərinin ona verdiyi cehiz əşyaları və toy hədiyyəsi olaraq verilən qızıl zinyət əşyaları yaşadığı mənzildə qalmışdır. Qeyd olunanlara əsasən o, göstərdiyi əmlakların cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının vəkili-nümayəndəsi X3 iddianı müdafiə edərək bildirdi ki, əgər qızılların qiyməti ilə bağlı zərurət yaranarsa ekspertiza keçirilə bilər. Cavabdeh məhkəmədə iddianı qismən qəbul edərək göstərdi ki, İddiaçı ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. xx xxxxxx 2019-cu il tarixdə evdən geyinib, bütün qızılziynət əşyalarını da taxaraq xx.xx.2019-cu il tarixdə “Rich palace” şadlıq sarayında qardaşının toyuna getmişdir. Həmin toyda o da ailəlikcə iştirak etmişdir. Fotoşəkillər çəkilmişdir. Etirazına əlavə etdiyi fotoşəkildə də Çinarənin boynunda olan qızıl sep, qulağında sırğa görünür. İddiaçı ona qarşı “əmlak tələbinə dair” iddia ərizəsində qeyd etdiyi əmlakları mübahisəsiz qaydada qaytarmağa razıdır. Lakin iddia ərizəsinin sonunda qeyd etdiyi qızıl-ziynət əşyalarını isə qardaşının toyuna gedən zaman üzərinə taxıb getmişdir. Məhkəmədən xahiş edir ki, iddiaçının qardaşının xx.xx.2019-cu il tarixdə “Rich palace” şadlıq sarayında olmuş toyun video diskini (kasetini) tələb edib baxış keçirsin. Bu zaman həqiqət üzə çıxar. O, həmçinin qeyd etmişdir ki, onların arasında hər gün dava olmuşdur. Onun imkanı o qədər yüksək deyil ki, 5000 manatlıq qızıl alsın. O, 3000 manat həcmində qızıl almışdır. Nişan üzüyü 500 manat, sırğa 200 manat, qızıl dəsti (üzük, qolbaq, boyunbağı, sırğa) 1950-2000 manat məbləğində olmuşdur. İddia tələbində göstərilən ayrıca boyunbağı ümumiyyətlə olmamışdır. Qızıllar alınarkən o, onun anası və iddiaçının atası iştirak etmişdir. İddiaçı qardaşının toyunda çıxdıqdan sonra həyətdə öz anası ilə mübahisə etmiş, ona da məhəl qoymamış və evlərinə qayıtmamışdır. Barışıq üçün evlərinə getsə belə iddiaçının valideynləri onu təhqir edərək evdən qovmuşlar. Cavabdehin vəkili-nümayəndəsi X4 iddia məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh qızıllardan başqa bütün əşyaları qaytarmağa razıdır. İddiaçı toya qızılları taxaraq getmiş, lakin evə qayıtmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, araşdırılmış bütün sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsində göstərilən cehiz əşyaları bütövlükdə cavabdeh tərəfindən qəbul edildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində qeyd olunur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlk qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Qızıl-zinət əşyaları cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddianın bu hissəsinin təmin edilməsinə əsas verən sübutlar kifayərt qədər olmadığından məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarına nisbətdə iddia tələbi rədd edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ünvan 3ənzil 35 ünvanında yerləşən yataq dəsti; taxt kravat, şfoner, iki tumba, termo, sandıqça, pufik, çilqıraq 2 ədəd, pərdə-iki ədəd, televizor- 1 ədəd, kondinsioner-1 ədəd, yataq dəstləri 6 dəst pastel dəsti, süfrələr-8 ədəd, pakrvallar-4 ədəd, çay dəsmalları-35 ədəd, əlüz dəsmalları-12 ədəd, qətifələr-8 ədəd, altı ədəd balış, taxt döşəyi-1 ədəd, taxt yorğanı-1 ədəd, ədyallar-4 ədəd, divar saatı- 1 ədəd, qonaq otağı dəsti; Divan, iki kreslo, servant, jurnal stolu, stul altı nəfərlik, servantm içində dəst qablar- güldan-2 ədəd, meyvə qabları-6 ədəd, ləpə qabları-6 ədəd, stol üzərindəki süfrə-1 ədəd, jurnal stolu üçün süfrə-1 ədəd, divan kreslo örtüyü- iki dəst, istifadə olunmamış əşyalar və qablar-şirəçəkən maşın-1 ədəd, ütü-1 ədəd, ütü stolu-1 ədəd, mikser-1 ədəd, ət çəkən-1 ədəd, tozsoran-1 ədəd, servis-3 dəst, çay dəsti-2 dəst, kompot dəsti ədəd, çay üçün nəlbəki və stəkanları-24 dəst, qazan dəstləri-5 dəst, qaşıq- çəngəl dəstləri 2 ədəd , mətbəxdə istifadə olunmayanlar- çaynik- 2 ədəd, boşqab dəsti-24 ədəd, bıçaq dəsti-12 ədəd, mürəbbə qabları-6 ədəd, ədviyyat qabları-4 ədəd, elektrik sobası-1 ədəd, fincan dəsti-2 dəst və) və ya onların dəyəri alınıb İddiaçı verilsin. İddia tələbinin 45 qram çəkisi olan 750 əyyar 5000 manat qiymətində olan brilyant sırğa, üzük, qolbağ, boyunbağı, sep və nişan üzüyünün cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində rədd edilsin. İddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar