Məhkəmə qərarları › İş №2(012)-94/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-94/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-94/2021 26.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh nümayəndəsi Mövlayev Məmməd İdris oğlunun iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun və bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun və bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və İddiaçı ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 61/0-USD saylı Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2009-cu il tarixli Kredit müqaviləsi üzrə 29739.96 ABŞ dolları əsas, 29113.25 ABŞ dolları faiz, 3828.40 ABŞ dolları cərimə, cəmi 62681.61 ABŞ dolları manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və 30 manat ödənilmiş dövlət rüsumunun hesablanaraq ödənilməsi, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, 2 otaqlı, 57.59 kv.m ümumi, 30.9 kv.m yaşayış sahəsindən ibarət 13 nömrəli evin, 2 nömrəli mənzilinə yönəldilməsi, həmin yaşayış obyektinin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, 2 otaqlı, 57.59 kv.m ümumi, 30.9 kv.m yaşayış sahəsin mənzilinin hərracdan satışından əldə olunan vəsait İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 5 mərtəbəli binanın 1ci mərtəbəsində, 2 otaqlı, 57.59 kv.m ümumi, 30.9 kv.m yaşayış sahəsindən ibarət 13 nömrəli evin, 2 nömrəli mənzilinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, 2 otaqlı, 57.59 kv.m ümumi, 30.9 kv.m yaşayış sahəsindən ibarət 13 nömrəli evin, 2 nömrəli mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi, həmin yaşayış obyektinin boşaldılması və ləğv prosesində olan LPO İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, xx.xx.2009-cu il tarixli, 22079003 ssuda hesablı Kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 16%-lə 180 ay müddətinə mənzilin alınması məqsədilə 34000 ABŞ dolları borc almışdır. Bu borcun təminatı olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində yerləşən, Cavabdeh mülkiyyətindəki 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, 2 otaqlı, 57.59 kv.m ümumi, 30.9 kv.m yaşayış sahəsindən ibarət 13 nömrəli evin, 2 nömrəli mənzili 2009-cu il 18 may tarixli alqı-satqı və ipoteka müqaviləsilə yüklü edilmişdir. Kredit müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Müqavilə müddəti xx.xx.2024-cü il tarixdə bitsə də, lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina etmişdir. Bununla əlaqədar olaraq İddiaçı ASC 2013-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30973,40 ABŞ dolları məbləğində əsas, 2133,98 ABŞ dolları faiz borcu, 55,88 ABŞ dolları cərimə, cəmi 33163,26 ABŞ dolları məbləğində borcun, habelə xx xxxxxx 2013-cü il tarixindən borc öhdəliklərinin tam icra olunması gününədək hər gün üçün milli manat ekvivalentində 13,77 ABŞ dolları məbləğində gündəlik faizin və 13,77 ABŞ dolları cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tələbin ipoteka predmeti olan mənzilə yönəldilərək həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, yaşayış evinə tutma yönəldikdə və o satıldıqda cavabdehin 1 ay müddətində həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-1268/2014 saylı, xx xxx 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh xx xxx 2009cu il tarixli 61/0-USD saylı Kredit müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixədək banka yaranmış 30973,40 ABŞ dolları məbləğində əsas, 2133,98 ABŞ dolları faiz bqrcu, 55,88 ABŞ dolları cərimə, cəmi 33163,26 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan manatının məzənnəsinə ekvivalenti olaraq və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya edənilməsi, borcun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, 2 otaqlı, 57.59 kv.m ümumi, 30.9 kv.m yaşayış inəsindən ibarət 13 nömrəli evin, 2 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılaraq mənzilin satışından əldə olunacaq vəsait hesabına cavabdehin banka olan borcuna ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o satıldıqda cavabdehin 1 ay müddətində həmin mənzili tərk etməsi, cavabdeh mənzili könüllü tərk etdikdə həmin mənzildən məcburi qaydada çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-522/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh iddiaçının xeyrinə xx xxx 2009-cu il tarixli 61/0-USD saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2013-cü tarixədək ödənilməmiş 1233,44 ABŞ dolları məbləğində əsas, 1532,70 dolları faiz borcu tutulması qət edimiş, iddia qalan hissədə təmin edilməmişdir. Hal-hazırda Cavabdeh xx.xx.2019-cu il tarixinədək borc məbləği Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-522/2016 saylı qətnaməsi üzrə qət edilmiş borc məbləği qədər azaldılmaqla 29739.96 ABŞ dolları əsas, 29113.25 ABŞ dolları faiz, 3828.40 ABŞ dolları cərimə, cəmi 62681.61 ABŞ dolları borcu təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş olunur. İddiaçının nümayəndəsi eyni zamanda bildirdi ki, iş üzrə alınmış ekspert rəyi ilə razıdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Mövlayev Məmməd İdris oğlu iddianı qismən qəbul etdiyi, iş üzrə alınmış ekspert rəyi ilə razı olmadığını bildirərək nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -“xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 61/0-USD №-li kredit müqaviləsinin görünür ki, Bank tərəfindən Cavabdeh illik 16%-lə 180 ay müddətinə mənzilin alınması məqsədilə 34000 ABŞ dolları məbləğində ipoteka krediti verilmişdir. -İpoteka saxlayan “xxxx” ASC, ipoteka qoyan Cavabdeh, satıcı X1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli AS-İP1-61/0-USD №-li Alqı-satqı və İpoteka Müqaviləsindən görünür ki, satıcı X1 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx xxx 2009-cu il tarixli 11/8904 nömrəli arayışa əsasən 2 (iki) otaqlı ümumi sahəsi 57.59 kv.m, o cümlədən yaşayış sahəsi 30.90 kv.m olan, ünvan 1 ünvanında 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 2 saylı mənzili ipoteka qoyanın mülkiyyətində vermişdir. Həmin müqavilənin 1.4. bəndinə əsasən mənzilin satış qiyməti 46000 (qırx altı min) manat müəyyən edilmişdir. -İddiа ərizəsindən, iddiаçının nümаyəndəsinin məhkəməyə vеrdiyi izаhаtındаn və xx.xx.2019-cu il tаriхli аrаyışdаn isə görünür ki, xx.xx.2009-cu il tarixli, 22079003 saylı krеdit müqаviləsi üzrə bоrc аlаn Cavabdeh ləğv prоsеsində оlаn «DəmirBаnk» Аçıq Səhmdаr Cəmiyyətinə 29739.96 ABŞ dolları əsas, 29113.25 ABŞ dolları faiz, 3828.40 ABŞ dolları cərimə, cəmi 62681.61 ABŞ dolları manat məbləğində borcu yаrаnmışdır. Borc məbləği Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-522/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi üzrə qət edilmiş borc məbləği qədər azaldılıb. -Abşeron rayon Məhkəməsinin 2(012)-1268/2014 saylı, xx xxx 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin olunmuş, Cavabdeh xx xxx 2009-cu il tarixli 61/0-USD saylı Kredit müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixədək banka yaranmış 30973,40 ABŞ dolları məbləğində əsas, 2133,98 ABŞ dolları faiz bqrcu, 55,88 ABŞ dolları cərimə, cəmi 33163,26 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan manatının məzənnəsinə ekvivalenti olaraq və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya edənilməsi, borcun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, 2 otaqlı, 57.59 kv.m ümumi, 30.9 kv.m yaşayış inəsindən ibarət 13 nömrəli evin, 2 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılaraq mənzilin satışından əldə olunacaq vəsait hesabına cavabdehin banka olan borcuna ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o satıldıqda cavabdehin 1 ay müddətində həmin mənzili tərk etməsi, cavabdeh mənzili könüllü tərk etdikdə həmin mənzildən məcburi qaydada çıxarılması qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-522/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh iddiaçının xeyrinə xx xxx 2009-cu il tarixli 61/0-USD saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2013-cü tarixədək ödənilməmiş 1233,44 ABŞ dolları məbləğində əsas, 1532,70 dolları faiz borcu tutulması qət edimiş, iddia qalan hissədə təmin edilməmişdir. -İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizəsindən görünür ki, ipoteka predmeti olan, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində istifadədə olan Cavabdeh tam mülkiyyətindəki 0.0309 ha torpaq sahəsində yerləşən 13 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, 57.59 kv.m ümumi, 30.9 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 2 nömrəli mənzilinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh göndərilmiş bildirişin qeydə alınması xahiş edilmişdir. -xx.xx.2013-xx.xx.2013-cü il tarixlərə olan hesabdan çıxarışdan isə görünür ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2013-cü il tarixdə edilmişdir. -Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh, Abşeron rayonu, Pirəkəşkül kəndində qeydiyyatdadır. -xx.xx.2018-ci il tаriхdə vеrilmiş Аzərbаycаn Rеspublikаsı Vеrgilər Nаzirliyi Kоmmеrsiyа hüquqi şəхslərinin Dövlət Rеyеstrindən Çıхаrışın nоtаriаl qаydаdа təsdiqlənmiş surətindən görünür ki, «DəmirBаnk» Аçıq Səhmdаr Cəmiyyəti ləğv prоsеsindədir. - Bаkı Аpеllyаsiyа Məhkəməsinin İnzibаti-İqtisаdi Kоllеgiyаsının 27 dеkаbr 2017-ci il tаriхli 2-1(103)-3194/17 №-li qətnаməsinin surətindən görünür ki, «DəmirBаnk» АSC müflis еlаn еdilmiş və iflаs prsеduru bаşlаnılmış, Əmanətlərin Sığortalanması Fоndu «DəmirBаnk» АSC-nin ləğvеdicisi təyin еdilmişdir. - İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx xxxxxx 2020-ci il tarixli 9/4782 №li ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx xxx 2009-cu il tarixli 61/0-USD saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh iddiaçı “İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan xx xxxxxxxx 2019-cu il tarixə olan ümumi borcu 60.298,47 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə - 29986,86 ABŞ dolları, faiz borcu üzrə - 30311,60 ABŞ dolları. Eyni zamanda qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqavilələri üzrə cərimə bəndi nəzərdə tutulsa da iddiaçı bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabından çıxarış) olmadığı üçün borc hesablanılan tarixə Cavabdeh cərimə borcu hesablanmadı. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməlidir. Eyni zamanda Məhkəmə ekspert rəyi ilə bağlı qeyd edir ki, rəydən görünür ki, ekspert tərəfindən hesablanmış əsas və faiz məbləğləri iddia tələbində göstərilən məbləğlərdən çox hesablanmışdır. Ona görə də məhkəmə iddia tələbində göstərilmiş əsas və faiz məbləğlərini daha əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən içranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə xx.xx.2009-cu il tarixli, 61/0-USD №-li kredit müqaviləsi üzrə 29739.96 ABŞ dolları məbləğində əsas borc üzrə hesablanmış 3828.40 ABŞ dolları məbləğində cərimənin azaldılaraq 100 ABŞ dolları manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İpoteka müqaviləsinin 3.1. bəndinə əsasən Borcalanla Bank arasında bağlanmış kredit müqaviləsinə əsasən Borc alan üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə Bankın tələbləri ipoteka predmetinə yönəltmək hüququ vardır. İş materiallarına əlavə edilmiş bildirişlərdən, poçt qəbzindən və aktdan göründüyü kimi, Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, həmçinin borcalan Cavabdeh tərəfindən kredit və ipoteka müqaviləsinin şərtlərinin pozulması və kreditor tərəfindən tutmanın ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar Cavabdeh xəbərdarlıq göndərilmiş, lakin sonuncu qeyd edilən bildirişi almaqdan imtina etmişdir. Müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən iddiaçı tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 36.3. maddəsinin tələb etdiyi qaydada tutmanın ipotekaya yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün ərizə verilmiş və bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.4. maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1. maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən Qanunun 34.1.3. maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.3.3. maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki iş materialarında olan xx.xx.2009-cu il tarixli AS-İP1-61/0-USD №-li Alqı-satqı və İpoteka Müqaviləsinin 1.4. bəndinə əsasən mənzilin satış qiyməti 46000 (qırx altı min) manat müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1. maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. İddia tələbindən görünür ki, iddiaçı borcun ödənilməsi və tutmanın ipotekaya yönəldilməsi tələbi ilə yanaşı cavabdehin evdən çıxarılmalarını və həmin evin boşaldılmasını tələb edir. Məhkəmə, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3.1. maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, 2 otaqlı, 57.59 kv.m ümumi, 30.9 kv.m yaşayış sahəsindən ibarət 13 nömrəli evin, 2 nömrəli mənzilinə tutma yönəldildikdə və o satıldıqda cavabdeh evi boşaldaraq ən geci bir ay ərzində evdən çıxarılmalıdır. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun qeyd olunan maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İddia tələbinin “Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, 2 otaqlı, 57.59 kv.m ümumi, 30.9 kv.m yaşayış sahəsindən ibarət 13 nömrəli evin, 2 nömrəli mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tələbin həmin hissəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən, alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsitərəfindən verilmiş xx xxxx 2001-ci il tarixli Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, 2 otaqlı, 57.59 kv.m ümumi, 30.9 kv.m yaşayış sahəsindən ibarət 13 nömrəli evin, 2 nömrəli mənzili iddiaçının adına yüklü edilsə də hazırda Cavabdeh mülkiyyətindədir. Şəxsin istifadə hüququnun itirilməsi tələbi mülkiyyətçinin subyektiv hüququdur. Mülkiyyət hüququ iddiaçıya keçmədiyindən belə bir tələbetmə hüququ ilə çıxış edə bilməz. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün 30 (otuz) manat xərc və iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh və İddiaçı ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 61/0-USD saylı Kredit müqaviləsinin ləğv edilməli, Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin yuxarıda göstərilən tələbləri nəzərə alınmaqla ondan iddiaçının xeyrinə 29739.96 ABŞ (iyirmi doqquz min yeddi yüz otuz doqquz dollar doxsan altı sent) dolları əsas, 29113.25 (iyirmi doqquz min yüz on üç dollar iyirmi beş sent) ABŞ dolları faiz, 100 (yüz) ABŞ dolları cərimə, borcu olmaqla cəmi 58953,21 (əlli səkkiz min doqquz yüz əlli üç dollar iyirmi bir sent) ABŞ dolları borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 (otuz) manat xərc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, 2 otaqlı, 57.59 kv.m ümumi, 30.9 kv.m yaşayış sahəsindən ibarət 13 nömrəli evin, 2 nömrəli mənzilə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 46000 (qırx altı min) manat məbləğində müəyyən edilməli, həmin mənzil açıq hərracda satılaraq əldə olunmuş pul vəsaiti hesabına iddiaçının xeyrinə ümumilikdə 58953,21 (əlli səkkiz min doqquz yüz əlli üç dollar iyirmi bir sent) ABŞ dolları məbləğində pul vəsaiti ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməli və tutma ipoteka predmetinə yönəldildikdə və o satıldıqda cavabdeh ən geci bir ay ərzində evi tərk etmədikdə ev boşaldaraq evdən çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ və İİİ hissələrinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır və Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. «Məhkəmə qətnamələri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 61/0-USD saylı Kredit müqaviləsinin ləğv edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 29739.96 ABŞ (iyirmi doqquz min yeddi yüz otuz doqquz dollar doxsan altı sent) dolları əsas, 29113.25 (iyirmi doqquz min yüz on üç dollar iyirmi beş sent) ABŞ dolları faiz, 100 (yüz) ABŞ dolları cərimə, borcu olmaqla qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 58953,21 (əlli səkkiz min doqquz yüz əlli üç dollar iyirmi bir sent) ABŞ dolları, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 (otuz) manat xərc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, 2 otaqlı, 57.59 kv.m ümumi, 30.9 kv.m yaşayış sahəsindən ibarət 13 nömrəli evin, 2 nömrəli mənzilə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 46000 (qırx altı min) manat məbləğində müəyyən edilsin və həmin yaşayış sahəsi açıq hərracda satılaraq əldə olunmuş pul vəsaiti hesabına iddiaçının xeyrinə ümumilikdə 58953,21 (əlli səkkiz min doqquz yüz əlli üç dollar iyirmi bir sent) ABŞ dolları məbləğində pul vəsaiti ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin və tutma ipoteka predmetinə yönəldildikdə və o satıldıqda cavabdeh ən geci bir ay ərzində mənzili tərk etmədikdə mənzil boşaldılaraq çıxarılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar