Məhkəmə qərarları › İş №2(012)-941/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-941/2025

17.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-941/2025 17.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1962-ci ildə anadan olmuş X5 xx.xx.2024-cü il tarixdə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X1 rayonu, Hökməli qəsəbəsi, A.Əhmədov küçəsində yerləşən 27 saylı fərdi yaşayış evində qeydiyyatda olmuş və yaşamışdır. Mərhum atası Respublika Klinik Xəstəxanasında xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bu barədə ona həkiməqədər ölüm halını təsdiq edən akt verilmişdir. Həmin akt ilə lazımi qurumlara müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Ona rəsmi şəkildə imtina cavabı verilməklə, məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Əlavə edir ki, mərhum X3 xx.xx.2024-cü il tarixdə Abşeron rayon Hökməli qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Bu barədə ona Abşeron rayonu, Hökməli qəsəbəsi "X17 Cümə" məscidi dini icması tərəfindən xx.xx.2024-cü il tarixli, 14 nömrəli arayış verilmişdir. Odur ki, vəfat etmə faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin müəyyən edilməsinə zərurət meydana gəlmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X11 ifadəsində bildirmişdir ki, o, Ərizəçi doğma xalasıoğludur. Belə ki ərizəçinin atası X2 namaz qılmağa getmişdir. Məsciddən çıxarkən isə halı pisləşərək yıxılmışdır. X20 Respublika Klinik Xəstəxanasına aparmışlar, xəstəxanada 21 sentyabr 2024-cü il tarixdə dünyasını dəyimişdir. Mərhum Hökməli qəbiristanlığında dəfn edilmişdir. Mərhumun ölümünə səbəb hər hansı bədbəxt hadisə və xəsarət alması nəticəsində deyil, yalnız xəstəlik nəticəsində təbii ölüm olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X7 ifadəsində bildirmişdir ki, o, mərhumun həyat yoldaşıdır. Belə ki, həyat yoldaşı X2 namaz qılmağa getmiş daha sonra halı pisləşmişdir. Həyat yoldaşını xəstəxanaya aparmışlar, lakin xəstəxanada 21 sentyabr 2024-cü ildə vəfat etmişdir. Bundan əlavə qeyd edir ki mərhum əvvəllər ürək əməliyyatı keçirsə də sağalmış və yataq xəstəsi olmamışdır. Mərhumun ölümünə səbəb xəstəliyi olmuş, bioloji ölüm olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Qeydiyat şöbəsi tərəfindən verilmiş AZ-İ 359250 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1987-ci ildə anadan olmuşdur. X3 anası isə X4r. -ASAN-Sumqayıt tərəfindən verilmiş AZE Seriyalı, 09477446 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X10 xx.xx.1962-ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuşdur. -Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-2767/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X22nin xx.xx.2024-cü il tarixli, 18-1-20/2-Ə- 1464-42-956/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X5 ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” tərəfilərindən verilmir. -Azərbaycan Resublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X19 Şəxsi “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X22 tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 18-13/2-M-42741/2024 saylı məktubdan görünür ki, müraciətinizə əsasən “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası “X22n TTTY şöbəsindən məlumat alınmış ,və məlumatda bildirilmişdir ki, xx.xx.2024-cü il 21:10 radələrində 1962-ci il təvəllüdlü X12 yaxınları tərəfindən RKX-nın TTTY şöbəsinə gətirilmişdir. Xəstəxanaya gətirilən zaman həyat əlamətlərinin olmaması müşahidə edilmişdir. Bu səbəbdən xəstəxana tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. -Azərbaycan Respublikası Abşeron rayonu, Hökməli qəsəbəsi “X17 Cümə” məscidi dini icması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 14 №-li arayışdan görünür ki, mərhum X10 xx.xx.2024 cü ildə vəfat etmişdir. Abşeron rayon Hökməli qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. -X6 məxsus baş daşına aid fotoşəkildən görünür ki, X6 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Əkbərov X13 rayonu, Hökməli qəsəbə Ə/D, Hökməli qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 13 ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, X10 ərizəçinin atası olmuş, sonuncu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. X5 vəfat etməsi faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X5 xx.xx.2024cü il tarixdə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi ölüm haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında tədqiq edilmiş halları, tədqiq olunmuş sənədlər, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının məlumatı və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin X3 xx.xx.2024-cü il tarixdə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1962-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş X5 xx.xx.2024-cü il tarixdə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş X5 xx.xx.2024-cü il tarixdə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar