Məhkəmə qərarları › İş №2(012)-961/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-961/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-961/2021 27.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili X2, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yaşayış Kompleksinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Yaşayış Kompleksinə qarşı öhdəliklərə xitam verilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair ilkin, Cavabdeh X1 Nərgiz Nizami qızına qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Yaşayış Kompleksinə qarşı öhdəliklərə xitam verilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun cavabdehə olan borcunu cavabdehin özünün təyin etdiyi qrafıq üzrə ödəmək şərtilə digər öhdəliklərinə xitam verilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X1 Nərgiz Nizami qızına qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, aylıq ödəniş üzrə 4760 manat, cərimə borcu kimi 10548 manat olmaqla, cəmi 15308 (on beş min üç yüz səkkiz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq "Cənnət Park” MTK-ya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, 24 oktyabr 2016-cı il tarixdə cavabdehlə AB02M42 saylı yaşayış evinin alqısına dair müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə görə Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü km-də cavabdehə məxsus 2-ci binanın 1-ci blokunda 8-ci mərtəbədə 88,60 kv.m ümumi sahəsi olan 42 saylı mənzilin dəyərinin 44212 manatın 20000 manatını dərhal nağd ödəmiş, yerdə qalan 24212 manatı isə 3 il müddətinə aylıq 673 manat olmaqla ödəməliydi, mənzil ona dərhal verildi. O, ödənişlərə başlayandan sonra işdən çıxdığı üçün ödənişlərdə ləngimə oldu və cavabdehə 10000 manat bocu qalanda cavabdeh onu çağırdı həmin 10000 manatın üzərinə 2000 manat faiz gəlməklə yenidən 3 il müddətinə 370 manat olmaqla yeni qrafıq açdılar. İyun ayında onun cavabdehlərə cəmi 1850 manat borcu qalmışdır. O, ödəməyə başlamış, yenə pandemiya olduğu üçün ləngimələr olmuş, 6575 manat qalanda cavabdeh bildirmişdir ki, borcu ödəmək üçün 4 ay müddətinə vaxt verirlər. Sonra 3 ay keçmiş iyunun əvvəlləri olarda ona zəng edərək, ödəniş etməsi üçün gəlməsini bildirmişlər. o, iyun ayının 8-də 400 manat ödəniş etmişdir. Sonra ödəniş etmək istəmiş, oan gecikdiyindən yenidən faiz ödəməli olduğunu demişdir. İndi onun cavabdehə 2021-ci ilin iyul ayına kimi 6575 manat borcu qalmışdı və o bu pulu ödəməyə hazırdır. Cavabdeh isə buna razılaşmır və onun işığını özbaşına kəsmişdir. Odur ki, ilkin iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Eyni zamnda ərizə təqdim dərək, qarşılıqlı iddia tələbini qismən, yəni 4760 manat hissəsində qəbul etdiyini bildirdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili X4 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi, eyni zamanda qarşılıqlı iddia tələbini qismən qəbul etdiyini bildirdi. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yaşayış Kompleksinin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edərək, təmin edilməsini, ilkin iddia tələbinin isə əsasız olduğundan rədd edilməsini xahiş etdi. Qeyd etdi ki, Cavabdeh MTK ilə İddiaçı arasında 24 oktyabr 2016-cı il tarixli AB02M42 saylı yaşayış evinin alqı-satqısı haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən “Cənnət Park' MTK-ya məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü km-də yerləşən bina 1, blok 1,8-cı mərtəbə, ümumi sahəsi 88,60 kv.olan 42 nömrəli mənzilin dəyəri 44212 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan məbləğdən 20000 manat ilkin ödəniş İddiaçı tərəfindən “Cənnət Park" MTK-ya ödənilmiş, 24212 manat qalıq məbləği isə 36 ay olmaqla hər ay 673 manat ödənilməsi razılaşdırılmışdır. Bundan sonra. İddiaçı maddi imkanı olmadığına görə müqavilə üzrə öhdəlikərini yerinə yetirə bilmədiyini bildirərək, yeni müqavilə bağlanmasını xahiş etdi. İddiaçı xahişi nəzərə alınaraq onunla "Cənnət Park” MTK arasında 25 iyul 2018-ci il tarixli müqavilə imzalanmışdır. Sonuncu müqavilə üzrə mənzilin qiyməti 46072 manat razılaşdırılmışdır. İddiaçı həmin vaxta qədər mənzilə görə Cavabdeh MTK-ya ödədiyi 32787 manat ilkin ödəniş kimi hesablanmış, 13285 manat qalıq məbləği 36 ay olmaqla hər ay 370 manat, sonuncu ay isə 335 manat ödənilməsi razılaşdırılmışdır. Lakin sonuncu müqavilə üzrə də öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, o, 2020-ci il üçün yanvar və fevral aylarında 50 manat istisna olmaqla heç bir ödəniş etməmişdir. Bununla da İddiaçı 2021-ci ilin fevral ayına 4760 manat borcu qalmışdır. Bundan başqa, 25 iyul 2018-ci ıl tarixli müqavilənin 4.4-cü bəndinə əsasən sonrakı ödəmələr "xxxx", yəni İddiaçı tərəfindən ödəniləcək gündən 10 (on) gün gecıkdirilərsə, "Payçı” MTK-ya son pul ödəniləcək gündən sonrakı hər gecikdirilən gün üçün, tərəflər arasında bağlanılan müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən gecikdirilən məbləğin 1%-i qədər cərimə ödəyir. Qeyd olunan bənd üzrə İddiaçı 06 fevral 2021-ci il tarixə 10548.70 manat cərimə borcu yaranmışdır. Buna görə də hesab edirik ki, İddiaçı 10548,70 manat cərimə borcunu da Cavabdeh MTKya ödəməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasınm 60-cı maddəsinin İ. bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. AR Konstitutsiyasının 60-cı maddəsinin İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1.maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərirıin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Cavabdeh Yaşayış Kompleksi ilə İddiaçı arasında 25.07.2018-ci il tarixdə bağlanmış AB02M42 nömrəli yaşayış evinin alqı-satqısı müqaviləsindən görünür ki, “MTK” Abşeron rayonu, Hökməli qəsəbəsi əarzisində, Bakı-Şamaxı yolunun 14-cü km-də yerləşən Cavabdeh yaşayış kompleksində (İnşa edilmiş və ya inşa edilməkdə olan) Bina 2, Blok 1, 8-ci mərtəbə, 88,601 kv.m ümumi sahəsi olan 42 saylı mənzili "xxxx"nın mülkiyyətinə verməyi, "xxxx" isə əmlakı qəbul edib dəyərini 36 (otuz altı) ay müddətinə (əmlakın dəyərinin aylara mütənasib hissələri ilə) ödəməyi öz öhdəsinə götürmüşdür. - Cavabdeh Yaşayış Kompleksi tərəfindən verilmiş Mənzil haqqında Çıxarışdan görünür ki, 25.07.2018-ci il tarixli AB02M42 nömrəli müqavilə ilə İddiaçı adına rəsmiləşdirilən mənzil Bakı-Şamaxı yolu 14-cü km, Cavabdeh Yaşayış Kompleksi, bina 2, blok 1, mənzil 42 ünvanında, 8-ci mərtəbədə yerləşir, 2 otaqlı,ümumi sahəsi 88,60 kv.m, yaşayış sahəsi 37,76 kv.m, yardımçı sahə 43,97 kv.m-dir. -25.07.2018-ci il tarixli AB02M42 nömrəli bağlanmış yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə əlavə Ödəniş cədvəlindən görünür ki, müqavilədə qeyd olunan mənzil üçün ödənişləri 25.07.2018-ci il tarixdən 25.07.2021-ci il tarixədək hər ay 370 manat (sonuncu ay 335 manat) olmaqla ödəməlidir. -Maliyyə arayışlarından və mədaxil orderlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh Yaşayış Kompleksinə mənzil üçün 24.10.2016-cı ildə ilkin ödəniş kimi 20000 (iyirmi min), 25.08.2018-ci ildə ilkin ödəniş 32787 (otuz iki min yeddi yüz səksən yeddi) 26.08.2018-ci ildə 370, 22.09.2018-ci ildə 370, 12.11.2018-ci ildə 370, 23.11.2016-cı ildə 673, 26.11.2018-ci ildə 370, 24.12.2018-ci ildə 370, 01.03.2019-cu ildə 270, 27.03.2019cu ildə 200, 08.05.2019-cu ildə 170, 08.06.2020-ci ildə 400 manat məbləğində ödəniş etmişdir. -42 nömrəli elektrik sayğacının 22.01.2017-ci il tarixli Təhvil-təslim aktından görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən Cavabdeh MTK-ya məxsus 2 saylı binada 42 saylı mənzilə elektrik sayğacı quraşdırılmışdır. Sayğacın ilkin göstəricisi 25540 kv-dır. -04.10.2020-ci il tarixli Kommunal borc Bildirişindən görünür ki, bina 2, mənzil 42 ünvanı üzrə İddiaçı kommunal xidmət üçün borcları 792,47 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən olundu ki, İddiaçı 24 oktyabr 2016-cı il tarixdə cavabdehlə AB02M42 saylı yaşayış evinin alqısına dair müqavilə bağlamışdır. Nəmin müqaviləyə əsasən iddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14cü km-də cavabdehə məxsus 2-ci binanın 1-ci blokunda 8-ci mərtəbədə 88,60 kv.m ümumi sahəsi olan 42 saylı mənzilin dəyərinin 44212 manatın 20000 manatını dərhal nağd ödəmiş, yerdə qalan 24212 manatı isə 3 il müddətinə aylıq 673 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında həmin mənzilə dair yenidən 25.07.2018-ci il tarixdə AB02M42 nömrəli müqavilə bağlanmış, ilkin ödəniş 32787 manat nəğd şəkildə ödəniş şərti ilə qalan 13285 manat məbləğin ödəniş qrafiki tərtib edilərək 36 il müddətinə aylıq 370 manat ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı üzərinə götürdüyü ödəniş öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməmiş və ümumilikdə onun cavabdehə iddia ərizəsində qeyd etdiyi kimi 6575 manat borcu qalmışdır. Öhdəliklərini gecikdirməsinə baxmayaraq hazırda etdiyi ödənişləri cavabdeh qəbul etmir. Odur ki, iddiaçı Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun cavabdehə olan borcunu cavabdehin özünün təyin etdiyi qrafıq üzrə ödəmək şərtilə digər öhdəliklərinə xitam verilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh yaşayış Kompleksi qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək tərəflər arasında 24 oktyabr 2016-cı il tarixli, 25 iyul 2018-ci il tarixli AB02M42 saylı yaşayış evinin alqı-satqısı haqqında müqavilələr bağlanmışdır. Sonuncu müqaviləyə əsasən cavabdehə satılmış Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü km-də yerləşən bina 1, blok 1,8-cı mərtəbə, ümumi sahəsi 88,60 kv.metr olan 42 nömrəli mənzilin dəyəri 46072 manat məbləğində müəyyən edilmişdir. Alıcı İddiaçı ilə həmin məbləğdən 32787 manatı ilkin ödəniş kimi hesablanmış, 13285 manat qalıq məbləği 36 ay olmaqla hər ay 370 manat, sonuncu ay isə 335 manat ödənilməsi razılaşdırılmışdır. Lakin alıcı müqavilə şərtlərinə uyğun olaraq üzərinə öhdəlik götürsə də ödənişləri vaxtlı-vaxtında yerinə yetirməmişdir. Ona görə də qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yaşayış Kompleksi qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək İddiaçı, aylıq ödəniş üzrə 4760 manat, cərimə borcu kimi 10548 manat olmaqla, cəmi 15308 (on beş min üç yüz səkkiz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq "Cənnət Park” MTK-ya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilkin iddia üzrə iddia tələbi barədə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlandırılacaq); 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; İlkin iddia tələbindən görünür ki, iddiaçı ilə cavabdeh arasında mənzil alqı-satqısı barədə 25.06.2018-ci il tarixdə müqavilə bağlanmış və həmin müqavilə şərtlərinə əsasın tərəflər bir-birləri qarşısında öhdəliklər götürmüşdür. Müqavilənin 2.1. bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində qeyd edilən əmlakın dəyəri (qiyməti) tərəflərin razılığı ilə 46072 manat təşkil edir. 2.2. bəndinə əsasən "xxxx" bu müqavilənin 2.1-ci bəndində göstərilən məbləğin 32787 manat məbləğdə hissəsini nəğd şəkildə ilkin ödəniş olaraq, qalan 13285 məbləği isə hissə-hissə olmaqla 36 ay müddətində hər ayın 25-nə kimi bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə müafiq olaraq ödəyir. Müqavilə şərtləri alıcının hər ay hissə-hissə ödəniş öhdəliyini müəyyən etsə də, hər iki tərəfin izahatından və tədqiq edilmiş sənədlərdən təsdiq olunur ki, payçı olan iddiaçı ödənişləri vaxtında ödəməmiş nəticədə MTK-ya yəni cavabdehə borcu qalmışdır. İddiaçı həmin borcun vaxtında ödənilməməsinin səbəbinin üzürlü olması ilə bağlı məhkəməyə hər hansı sübutlar təqdim etməmişdir. Müqavilə şərtlərində üzürlü səbəblər yalnız Fors-major olduqda nəzərə alınmışdır. Müqavilədə Fors-major şəraiti dedikdə elan olunmuş və ya faktiki müharibə, epidemiya, blokada, zəlzələ, sel, yanğın və digər təbii fəlakətlər nəzərdə tutulmuşdur. İşin araşdırılan hallarından iddiaçının öhdəlikləri pozmasında fors-major halları isə müəyyən edilməmişdir. Ona görə də məhkəm hesab edir ki, iddiaçının müqavilə öhdəliklərinin yerinə yetirməməsi müqavilə şərtlərinin pozulması hesab edilməli, cavabdehin isə öhdəliyin icrasını tələb etməsi müqavilə şərtlərinə uyğun olduğuğundan onun qanunsuz hərəkətləri kimi qiymətləndirilməməlidir. Bu səbəbdən ilkin iddia üzrə iddiaçının cavabdehə qarşı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. İşin araşdırılan halllarından, tərəflərin izahatından və tədqiq edilmiş sübutlardan müəyyən olunduğu kimi tərəflər arasında 25.06.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən tərəflər bir-biri qarşısında öhdəliklər götürmüşdür. Həmin müqavilənin 2.1. və 2.2.bəndinə əsasən Payçı (qarşılıqlı iddia üzrə cavabdeh) üzərinə öhdəlik götürməsinə baxmayaraq ödənişləri vaxtlı-vaxtında yerinə yetirməmiş və nəticədə Payçının MTK-ya 4760 manat əsas borcu və 10548 manat isə faiz borcu yaranmışdır. Cavabdehin iddiaçıya borcunun qalması onun izahatında və ilkin iddia tələbində də öz əksini və təsdiqini tapmışdır. Müqavilənin 4.4 bəndinə əsasən sonrakı ödəmələr payçı yəni İddiaçı tərəfindən ödəniləcək gündən 10 (on) gün gecikdirilərsə Payçı MTK-ya son pul ödəniləcək gündən sonrakı hər gecikdirilən gün üçün, tərəflər arasında bağlanılan müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən gecikdirilən məbləğin 1%-i qədər cərimə ödəyir. Həmin cərimə borcu 06 fevral 2021-ci il tarixinədək hesablanmışdır. Məhkəmə qarşılıqlı iddia tələbini əsaslı hesab edərək qeyd edir ki, qarşılıqlı iddia tələbində əsas məbləğin 4760 manat, faiz borcunun isə 10548 manat məbləğində tələb edilməsi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğundur və cavabdeh tərəfindən öhdəliyin pozulması onun tərəfindən məhkəməyə təqdim edilmiş etiraf ərizəsində də öz əksini tapmışdır. Bununla belə məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1ci mad.) Mülki Məcəllənin; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Ona görə də məhkəmə bağlanmış 25.06.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əsas borca hesablanmış 10548 (on min beş yüz qırx səkkiz) manat məbləğində cərimənin azaldılaraq 100 (yüz) manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Mülki Məcəlləsinin; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Beləliklə Məhkəmə, işin araşdırılan hallarını, tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirib, qanunun tələblərini rəhbər tutub hesab edir ki, ilkin iddia ərizəsi əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia ərizəsi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia ərizəsində iddiaçı tərəfindən ödənilmiş 20.40 manat dövlət rüsumunu iddia ərizəsində tələb edilmədiyindən və eyni zamanda iddia ərizəsi təmin edilmədiyindən iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia ərizəsi təmin edildiyindən cavabdeh İddiaçı tutularaq iddiaçıya ödənilməlidir. İnsan hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Yaşayış Kompleksinə qarşı “öhdəliklərə xitam verilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh X1 Nərgiz Nizami qızına qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. İddiaçı, aylıq ödəniş üzrə 4760 (dörd min yeddi yüz altmış) manat, cərimə borcu kimi 100 (yüz) manat olmaqla, cəmi 4860 (dörd min səkkiz yüz altmış) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq "Cənnət Park” MTK-ya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar