Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-968/2024 14.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh3nə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1nə qarşı hərracın nəticələri haqqında protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh3nə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1nə qarşı hərracın nəticələri haqqında protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-də hərracı udmuş Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən imzalanmış Abşeron Rayonu, Saray qəsəbəsi, A.Müzəffərov küçəsi ünvanında yerləşən 9 saylı fərdi yaşayış evinə dair keçirilmiş 29 noyabr 2021-ci il tarixli, 530/21 saylı hərracın nəticələri haqqında protokol və hərracın yekunları üzrə xx.xx.2021-ci il tarixli əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi bu əsasda Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qardaşları X24 ilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı:”Nikoyl” X20 ASC) arasında bağlanmış 19 dekabr 2014-cü il tarixli 24-G-1-0-887-14 saylı kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən X16 60 ay müddətinə 44600 ABŞ dolları məbləğində kredit verilmiş və 19 dekabr 2014-cü il tarixli 24- G-1-0-887-14 saylı ipoteka müqaviləsinə əsasən atası X8 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evi 19 dekabr 2014-cü il tarixli 24-G-1-0-887-14 saylı kredit müqaviləsi üzrə kredit borcunun qaytarılmasının təminatı olaraq bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. X24 tərəfindən kreditin müqavilədə müəyyən olunmuş müddətdə və qaydada qaytarılması təmin olunmadığından Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 156/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X9 bankın xeyrinə 42945.45 ABŞ dolları məbləğində əsas borcun 34556,70 ABŞ dolları məbləğində faiz borcun, 60 ABŞ dolları cərimə borcun; cəmi 77562.15 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 120.000 manat məbləğində müəyyən edilməsi, əldə olunmuş vəsait hesabına 77562.15 ABŞ dolları məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat, 20 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumunun 28 manatın ödənilməsi, kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. İddiaçı Cavabdeh2 ASC iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X24 və digərlərinin Abşeron rayonu, Saray qəsəbə ə/d, Saray qəsəbəsi, A.Müzəffərov küçəsindəki 9 nömrəli yaşayış evindən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-2799/2023 saylı, 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər X24, X25, X26, X36, X10, X17, İddiaçı1, X51, X43, X11, X44, X45, İddiaçı2, X27, X28, X29, X37, X18, X38, X30 və X3 rayonu, Saray qəsəbə ə/d, Saray qəsəbəsi, A.Müzəffərov küçəsindəki 9 nömrəli yaşayış evindən çıxarılması həmin mənzilin boşaldılması və Cavabdeh2 ASC-yə təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 156/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Cavabdeh1nə göndərilmişdir. Cavabdeh1 tərəfindən hərracın keçirilməsi üçün "xxxx" MMC-yə sifariş verilmişdir. 29 noyabr 2021-ci il tarixli hərracda mənzil 76.500 manata banka satılmışdır. İpoteka predmeti açıq hərracdan satılmaqla ipoteka saxlayan Cavabdeh2 ASC-nin mülkiyyətinə keçmiş və həmin hüquq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışa əsasən, Abşeron Rayonu, Saray qəsəbəsi, A.Müzəffərov küçəsi ünvanında yerləşən 9 saylı fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 ASC-nin mülkiyyətinə qeydiyyata alınmışdır. Cavabdeh2 ASC tərəfindən Abşeron Rayonu, Saray qəsəbəsi, A.Müzəffərov küçəsi ünvanında yerləşən 9 saylı fərdi yaşayış evinin mülkiyyətə keçirilməsi qanunsuz və əsassız olaraq həyata keçirilmişdir. Belə ki, qətnamənin icraya yönəldilməsi və icrası ilə əlaqədar keçirilən icra hərəkətləri ilə bağlı onlara ümumiyyətlə heç bir cavabdehə məlumat verilməmiş, icra prosesində iştirakları təmin edilməmiş, bu barədə onların qeydiyyatdan çıxmaqları barədə iddia tələbinə məhkəmədə baxılarkən məlumatları olmuşdur. Bundan sonra onlar "xxxx" MMC tərəfindən Abşeron Rayon İcra şöbəsinin sifarişi əsasında 29 noyabr 2021-ci il tarixində hərrac keçirildiyini öyrənmişlər, həmin MMC-yə müraciət edərək hərracın yekunları barədə 530/21 saylı, 29 noyabr 2021-ci il tarixli protokolu və hərracın yekunları üzrə həmin tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqaviləni əldə edəndən sonra onlara məlum olmuşdur ki, atasının mülkiyyətində olan 21 nəfər ailə üzvü ilə birlikdə yaşadıqları mənzil iddiaçı tərəfindən formal olaraq hərrac keçirilməsi adı altında real dəyərindən qat-qat aşağı qiymətə "xxxx" ASC-nin adına sənədləşdirilmişdir. Hərrac Mərkəzindən əldə etdiyi sənədlərdə mənzilin ilkin hərrac qiyməti 120 manat kimi göstərilsə də, mənzil 76500 manata banka satılmışdır. İddiaçı tərəfindən atasına məxsus əmlakın bu yolla ələ keçirilməsi ədalətsiz və qanunsuz olması ilə bərabər insafsızlıqdır. Hərracın keçirilməsində Abşeron Rayon İcra şöbəsi tərəfindən ona və digər cavabdehlərə hər hansı məlumat verilməmiş və onların iştirakları təmin olunmamışdır. Onların xəbərləri və iştirakları olmadan əmlakın həqiqi dəyərindən qat-qat aşağı qiymətləndirilməsi və hərracın keçirilməsi tam qanunsuzdur. Bundan əlavə Abşeron Rayonu, Saray qəsəbəsi, A.Müzəffərov küçəsi ünvanında yerləşən 9 saylı fərdi yaşayış evi X2na məxsus olub. X2 16 iyul 2020-ci il tarixdə vəfat etmişdir. Həmçinin vərəsələrin iştirakı olmadan hərrac keçirilmiş, qanunla 3 dəfə hərrac keçirilməli olduğu halda 1 dəfə hərrac keçirilmişdir. İpoteka müqaviləsinə etibarnamə əsasında üçüncü şəxs imzalamışdır. Həmin etibarnamə 17 dekabr 2019-cu il tarixədək qüvvədə olmuşdur. Həmçinin icra məmuru qiymətləndiricinin dəvət edilməsi haqqında qərarı 27 dekabr 2021-ci il tarixdə verməsinə baxayaraq, bir ay əvvəl yəni, 29 noyabr 2021-ci il tarixdə mənzil hərrac keçirilməklə bank tərəfindən əldə olunmuş, bankın adına çıxarış isə 7 gün əvvəl xx.xx.2023-cü il tarixdə verilmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh2 ASC-nin nümayəndəsi X71 tərəfindən xx.xx.2024-cü il tarixli məhkəməyə göndərilmiş iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh2 ASC-yə və qeyrilərinə qarşı “hərracın nəticələrinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müracət etmişdir. İddiaçı1 və İddiaçı2 iddia ərizəsində qeyd etdiyi kimi ipoteka yüklü edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-516/2021 saylı 9 avqust 2021-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilə tutma yönəldilməsi qət edilmişdir. 9 avqust 2021-ci il tarixli icra vərəqəsinin və Cavabdeh1 1785/14E saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən hərrac keçirilmişdir. Hərracın keçirilməsinə dair AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış almışdır. İddiaçı1 və İddiaçı2 iddia tələbilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı1 və İddiaçı2 Cavabdeh2 ASC-yə və qeyrilərinə qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, qeyd edilən ünvanda əvvəlcədən yaşamışdır. Onun xəbəri olmadan qardaşları həmin evi hərraca qoyubdur. Həyətdə iki ev var. Evin birində o, digərində isə valideynləri qalmışdır. Həmin ev onun öz vəsaiti hesabına tikilmişdir. Qonşular da bilir ki, həmin ev onun vəsaiti hesabına tikilmişdir. Məhkəmə iclasında Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iş üzrə bütün mərhələlərdən keçilmişdir. Əgər iddiaçılar daha əvvəl müraciət etmiş olsalardı, müəyyən güzəştlər verilə bilərdi. Lakin artıq iş üzrə bütün mərhələlər yerinə yetirilmişdir. xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh1 icra məmuru Qəribağa Mirhəşimov iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iş üzrə borclu Elşada icraata başlamaq haqqında qərar və bildiriş göndərilmişdir. Həmçinin əmlakın hərraca çıxarılması barədə bildirişlər də göndərilmiş, iddiaçıların bildirişi alması barədə xəbrnamə də vardır. İddiaçılar iddia təlbində qeyri–səmimidirlər. Bu səbəbdən də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X61 4 saylı Abşeron Ərazi İdarəsinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə həmin cavabdehlərin və nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş mаtеriаllаrındа оlаn və məhkəmə iclаsındа tədqiq еdilmiş: -Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X21, X24, X10 və X7 qəsəbəsi, A.Müzəffərova küçəsindəki 9 nömrəli mənzildə yaşayırlar. -Hümbətov İsrael tərəfindən Nikoil Banka ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizənin surətindən görünür ki, o, Hümbətov İsraelə məxsus olan, ünvan 2 ünvanda yerləşən mənzilin satılmasına və ipotekaya qoyulmasına etiraz etmir. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə götürür ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəkdir. -X10 tərəfindən Notariat kontoruna yazılmış xx.xx.2014-cü il tarixli ərizənin surətindən görünür ki, o, əri X14 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov küçəsi, yerləşən 3 otaqlı 9 nömrəli fərdi yaşayış evinin satılmasına və ipotekaya qoyulmasına razılıq verir. İpotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə götürür ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəkdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-516/2021 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-135/2018 saylı qətnaməsi ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evinin ilkin satış qiymətinin 88000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evinin likvid dəyərinin 120000 manat müəyyən edilməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(012)-135/2018 saylı qətnaməsi ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evinin ilkin satış qiymətinin 88000 manat müəyyən edilməsi hissəsində dəyişdirilsin. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrıli yaşayış evinin likvid dəyəri 120000 manat müəyyən edilsin. Qətnamə qalan (Cavabdeh X9 iddiaçı "xxxx" X20 ASC-nin xeyrinə 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 42945.45 ABŞ dolları, faiz borcu üzrə 34.556,70 ABŞ dolları, cərimə borcu üzrə 60 ABŞ dolları, cəmi 77.562,15 ABŞ dolları 15 (on beş sent məbləğində borc, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, ipotekaya qoyulmuş Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evinə yönəldilsin, həmin ev açıq hərracda satılsın və əldə olunmuş vəsait hesabına 77.562,15 ABŞ dolları məbləğində borcun ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat, 20 manat xidmət haqqı və ödnilmiş 30 manat dövlət rüsumunun 28 manatı ödənilsin, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi və X24 ilə "xxxx" İBC arasında bağlanmış 19 dekabr 2014cü il tarixli 24-G-1-0-887-14 saylı kredit müqaviləsi ləğv edilsin, qalan hissədə təmin edilməsin. Cavabdeh X12 ekspertiza xərci 200 manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin X4 210005, VÖEN 140155507, müxbir hesab AZ NAB ******************** SVVİFT BİK C3TREAZ22 hesab AZ34 CTRE00 ******************** saylı hesabına köçürülsün) hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Cavabdeh1 tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli qərarla icraata başladığı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-516/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etmək xahiş olunmuşdur. Bu müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməsə, icra məcburi qaydada təmin ediləcəkdir, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacaqdır. İcra barədə icra məmuruna məlumat verilməsi xahiş olunmuşdur. - Cavabdeh1 "xxxx" MMC-yə göndərilmiş xx.xx.2021-ci il tarixli, 1785 saylı məktubun surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-516/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 kvadtar metr sahəsi olan 9 nömrəli yaşayış evinin ilkin satış qiymətinin 88000 manat müəyyən edilməsi hissəsində dəyişdirilmişdir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 kvadrat metr ümumi sahəsi olan 9 nömrəli yaşayış evinin likvid dəyəri 120000 manat müəyyən edilməlidir. X1 iddiaçı "xxxx" İKB ASC-nin xeyrinə 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 42945.45 ABŞ dolları, faiz borcu üzrə 34.556.70 ABŞ dolları, cərimə borcu üzrə 60 ABŞ dolları, cəmi 77.562.15 ABŞ dolları 15 məbləğində borc, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat, 20 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumunun 28 manatı tutulmalı, tutma 19 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 kv.m ümumi sahəsi olan 9 nömrəli yaşayış evinə yönəldilməli, həmin ev açıq hərracda satılmalı və əldə olunmuş vəsait hesabına 77.562.15 ABŞ dolları məbləğində borcun ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10, 20 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumunun 28 manatı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi və X24 ilə "xxxx" İKB ASC arasında bağlanmış 19 dekabr 2014-cü il tarixli 24-G-1_0-887-14 saylı kredit müqaviləsi ləğv edilsin, qalan hissədə iddia təmin edilməməlidir. X1 ekspertiza xərci 200 manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin X4 210005, VÖEN 140155507, müxbir hesab AZ NAB ******************** SVVİFT BİK C3TREAZ22 hesab AZ34 CTRE00 ******************** saylı hesabına köçürülməlidir. Odir ki, qeyd olunan daşınmaz əmlakın açıq hərrac vəsitəsilə satışının təşkil edilməsi üçün icra sənədi müvafiq sənədlərlə birlikdə göndərilmişdir. -"xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 530/21 saylı bildirişinin surətindən görünür ki, Cavabdeh1 1785/14E saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən, borclu X16 məxsus əmlak "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılmışdır. -"xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 530/21 saylı bildirişinin surətindən görünür ki, Cavabdeh1 1785/14E saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən, borclu X16 məxsus əmlak "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılmışdır. -Xəbərnamələrin surətindən görünür ki, X6 və X16 hərracın keçirilməsi barəsində bildirişlər xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə təqdim edilmiş və həmin xəbərnamələr “oğlu” tərəfindən imza edilmişdir. -xx.xx.2021-ci il tarixli qəzet buraxılışının surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evi açıq hərracda satışa qoyulmuşdur. xx.xx.2021-ci il tarixli qəzet buraxılışının surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evinin xx.xx.2021-ci il tarixində keçirilən ilkin hərracı baş tutmamışdır. -xx.xx.2021-ci il tarixli qəzet buraxılışının surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evinin xx.xx.2021-ci il tarixində keçirilən təkrar hərracı baş tutmamışdır. -"xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli protokolunun surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-516/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən X14 məxsus ünvan 2-u 76500 manata "xxxx" ASC almışdır. “İpoteka haqqında AR qanununun 42.4-cü maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 117.80 m2 olan fərdi yaşayış evi Cavabdeh2 ASC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********68-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-2799/2023 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, cavabdehlər X24, X25, X26, X36, X15, X17, İddiaçı1, X51, X43, X11, X44, X45, İddiaçı2, X27, X28, X29, X37, X18, X38, X30 və X3 rayonu, Saray qəsəbə ə/d, Saray qəsəbəsi, A.Müzəffərov küçəsindəki 9 nömrəli yaşayış evindən çıxarılması, həmin mənzilin boşaldılması və Cavabdeh2 ASC-yə təhvil verilməsi qət edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən Cavabdeh2 ASC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2022-ci il tarixli, **********162500 nömrə ilə çıxarış verilmiş, qanuni təmsilçi X39r. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nə daxil olmuş 2(012)-968/2024 saylı xx.xx.2024-cü il tarixli məktubla əlaqədar bildirilir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.1957-ci il təvəllüdlü İddiaçı1 ünvan 3 ünvanında 2005-ci il tarixdən hal-hazıradək qeydiyyatdadır. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* №-li arayışın surətindən görünür ki, ünvan 2 ünvanında X25, X36, X52, İddiaçı2, X53, X18, X22, X31, X58, X30, X44, X23, X59, X46, X51, X37, X24, X38,; X17, X40, X13, X10, X41, X45 qeydiyyatdadırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçının qardaşı X24 ilə ”Nikoyl” X20 ASC (indiki adı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti) arasında bağlanmış 19 dekabr 2014-cü il tarixli 24-G-1-0-887-14 saylı kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən X16 60 ay müddətinə 44600 ABŞ dolları məbləğində kredit verilmiş və 19 dekabr 2014-cü il tarixli 24-G-1-0-887-14 saylı ipoteka müqaviləsinə əsasən atası X8 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evi 19 dekabr 2014-cü il tarixli 24-G-1-0-887-14 saylı kredit müqaviləsi üzrə kredit borcunun qaytarılmasının təminatı olaraq bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə yaranmış, kredit müqaviləsi üzrə "xxxx" X20 ASC öhdəliyini icra edərək iddiaçının qardaşına borc vermiş, lakin iddiaçının qardaşı müqavilə üzrə öhdəliyini vaxtında icra etmədiyindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-156/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X9 bankın xeyrinə 42945.45 ABŞ dolları məbləğində əsas borcun 34556,70 ABŞ dolları məbləğində faiz borcun, 60 ABŞ dolları cərimə borcun; cəmi 77562.15 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 120.000 manat məbləğində müəyyən edilməsi, əldə olunmuş vəsait hesabına 77562.15 ABŞ dolları məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat, 20 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumunun 28 manatın ödənilməsi, kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilərək bu barədə Abşeron rayon İcra Şöbəsi tərəfindən icraata qəbul olunmuş və ipoteka predmetinin açıq hərraca çıxarılmasına dair Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 1785 saylı sifariş məktubu əsasında hərrac keçirilmiş və həmin əmlak ipoteka saxlayanın özü tərəfindən satın alınmışdır. Hazırda, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh3nə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1nə qarşı hərracın nəticələri haqqında protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri heab edir. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən X8 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evin ilkin satış qiyməti 120000 manat olmaqla hərracın keçirilməsi 03 noyabr 2021-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. “Market ” qəzetinin xx.xx.2021xx.xx.2021-ci il tarixli buraxılışında bununla bağlı müvafiq elan dərc edilmişdir. İddiaçılara keçiriləcək hərracın vaxtı və yeri barədə xəbərnaməli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. "xxxx" MMC tərəfindən X14 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evinin satış qiyməti 120000 manat məbləğində müəyyən edilməklə təkrar hərracın keçirilməsi 22 noyabr 2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir. “Market” qəzetinin 26 noyabr 2021-ci il tarixli buraxılışında bununla bağlı müvafiq elan dərc edilmişdir. İddiaçılara keçiriləcək hərracın vaxtı və yeri barədə xəbərnaməli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmiş, iddiaçılar xəbərnaməyə imza etməklə hərracın keçirilməsi barədə məlumatlı olmuşlar. Həmçinin müəyyən edilmişdir ki, “Market” qəzetinin xx.xx.2021-xx.xx.2021-ci il tarixli buraxılışında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evinin mövcud qanunvericiliyə uyğun olaraq təkrar hərracın baş tutmaması barədə elan dərc edilmişdir. "xxxx" MMC tərəfindən X14 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evinin təkrar hərracdakı qiymətindən 25% aşağı qiymətə, yəni 76500 manat qiymətə tələbkar Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (əvvəlki adı ”Nikoyl” X20 ASC) təklif edilmiş və qeyd edilən qiymətə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq əmlak əldə edilmişdir. Bununla bağlı, "xxxx" MMC-nin “İpoteka predimetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 29 noyabr 2021-ci il tarixli 530/21 nömrəli protokolu tərtib edilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırkı iddiası əsassızdır. İddiaçılar iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. İddiaçılar hərracın keçirilməsi barədə onlara məlumat verilməməsini qeyd etsələr də, iş materiallarında olan sənədlərdlə həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməsi və bu barədə iddiaçılara xəbərnaməli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsini təsdiq edilir. Belə ki, hərracın təşkilatçısı tərəfindən ipoteka saxlayan və ipoteka qoyan rəsmi şəkildə məlumatlandırılmış və bu barədə mülki iş materiallarına əlavə olunmuş iddiaçılar tərəfindən bildirişlərin imza edilərək təhvil alınmasına dair olan xəbərnamələr də sübuta yetirir. Beləliklə də, iddiaçı keçirilmiş hərracda iştirak etmək və hərraca çıxarılan daşınmaz əmlakı əldə etmək hüququ olduğu halda iştirak etməmiş və satış qiymətini mübahisələndirməmişdir. Odur ki, "xxxx" MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Həmçinin, iş materiallarına əsasən təsdiq edilir ki, mənzi ilkin satış qiyməti 120000 manat olmaqla hərraca çıxarılmışdır. Lakin keçirilən iki hərrac baş tutmadığına görə əmlakın ilkin satış qiyməti 120000 manatın enmiş faizləri: “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25 % aşağı salınmaqla, əmlakın son satış qiyməti 76500 manat müəyyən edilmiş, keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evini 76500 manata almışdır. Odur ki, "xxxx" MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Həmçinin, Mülki Məcəllənin 139-1.1.2. maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun tələblərindən göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 29 noyabr 2021-ci il tarixli 530/21 nömrəli satış protokolu ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi barədə qeydlərin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi üçün əsas olmuşdur. Eyni zamanda, Daşınmaz əmlakın Dövlət reyestri haqqında Qanunun 8.0.2. maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X5 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəməi iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh3nə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1nə qarşı hərracın nəticələri haqqında protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə Cavabdeh2 ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli iddia müddətinin tətbiqinə dair ərizə ilə bağlı qeyd edir ki, «B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilir ki, «... Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur... «. Həmçinin məhkəmə qeyd edir ki, kəsici müddətin tətbiqi üçün də qanunverici konkret hal müəyyən etmişdir. Belə ki, hazırki iş üzrə Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, kəsici müddətin başlanma anı qanunvericiliklə dəqiq müəyyən edilmişdir ki, bu şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən etibarən bir il ərzində həyata keçirilə bilər. Hazırki halda, iddiaçılar İddiaçı1 və İddiaçı2 bu halı hansı müddətdə müəyyən etdiyi məhkəmə araşdırması zamanı aşkara çıxarılmamış, iddiaçı müddətin tətbiqi barədə ərizəsinə hər hansı bir sübutlarını əlavə etməmişdir. Həmçinin, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi təmin edilməli olmadığından, hazırki iddia tələbinə müddətin tətbiq edilməsinə lüzum yoxdur. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh3nə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1nə qarşı hərracın nəticələri haqqında protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov