Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-970/2021 21.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyalarının qaytarılması barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ümumi dəyəri 3000 (üç min) manat olan brilyant qaşlı qızıl-zinət əşyalarının (dəyəri 1100 manat olan üzük, dəyəri 700 manat olan sırğa, dəyəri 360 manat olan klon, dəyəri 300 manat olan sep, dəyəri 540 manat olan qolbaq), həmçinin ümumi dəyəri 375 (üç yüz yetmiş beş) manat olan fərdi geyim əşyalarının (dəyəri 35 manat olan idman dəstinin, dəyəri 140 manat olan hamam dəstinin, ümumi dəyəri 60 manat olan 3 dəst ayaqqabının, dəyəri 50 manat olan jaketin, ümumi dəyəri 50 manat olan 2 ədəd şalvarın, ümumi dəyəri 40 manat olan 2 ədəd köynəyin) və yaxud bu əşyaları qaytarmadığı təqdirdə 3375 manat pulun və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh ilə 22 fevral 2019-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Evə gəlin getdiyi gündən qaynanası və qaynatası ilə birgə yaşamışlar. Qaynanası həmişə ona qarşı amansız olmuşdur. 2019-cu il iyun ayında aralarında mübahisə olmuş, qaynanası onu evdən qovmuşdur. Onun bütün əşyaları həmin evdə qalmışdır. Bundan sonra cavabdeh ilə bir müddət barışaraq atasının onlar üçün aldığı evdə qısa müddətə qalsalar da, sonradan yenə ayrılmışlar. Nikahın pozulması tələbi ilə məhkəmədə iddia qaldırmalı olmuşdur. Evi tərk edərkən heç bir fərdi istifadə əşyalarını, qızıl-zinət əşylarını götürmədən qaynanası onu evdən qovmuş, o, əynindəki geyimdə və nişan üzüyü ilə çıxıb getmişdir. O, əşyalarını cavabdehdən istəsə də, ona geri qaytarmamışdır. Buna görə də iddiaçı, ümumi dəyəri 3000 (üç min) manat olan briliyant qaşlı qızıl-zinət əşyalarının (dəyəri 1100 manat olan üzük, dəyəri 700 manat olan sırğa, dəyəri 360 manat olan klon, dəyəri 300 manat olan sep, dəyəri 540 manat olan qolbaq), həmçinin ümumi dəyəri 375 manat olan fərdi geyim əşyalarının (dəyəri 35 manat olan idman dəstinin, dəyəri 140 manat olan hamam dəstinin, ümumi dəyəri 60 manat olan 3 dəst ayaqqabının, dəyəri 50 manat olan jaketin, ümumi dəyəri 50 manat olan 2 ədəd şalvarın, ümumi dəyəri 40 manat olan 2 ədəd köynəyin) və yaxud bu əşyaları qaytarmadığı təqdirdə 3375 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirdi ki, cavabdeh ümumi dəyəri 375 manat olan fərdi geyim əşyalarını ona geri qaytardığından, iddia tələbinin həcmini azaldaraq ümumi dəyəri 3000 (üç min) manat olan qızıl-zinət əşylarının, bu əşyalar olmadığı halda 3000 (üç min) manat pulun və 30.(otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ona alınmış dəyəri 375 manat olan fərdi geyim əşyalarının cavabdeh tərəfindən ona geri qaytarıldığını, iddia tələblərindən həmin əşyaların qaytarılması hissəsində imtina etdiyini bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X6 iddia tələblərini müdafiə edərək iddiaçının izahatı ilə eyni məzmunda izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qəbul edərək iddia ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; -Elektron məhkəmə portalından çıxarışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri 4-cü mikrorayon, 27/4, 26 ünvanında qeydiyyatdadır. -Elektron məhkəmə portalından çıxarışdan görünür ki, Nuruşov X8 rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 10 saylı evin 20 saylı mənzilində qeydiyyatdadır. -DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında 29.10.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh, X7 və X1 rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 10 saylı evin 20 saylı mənzilində qeydiyyatdadır. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 3 ədəd fotoşəkillərdən görünür ki, bir ədəd fotoşəkildə cavabdeh tərəfindən iddiaçıya hədiyyə olaraq alınmış brilyant qaşlı qızılzinət komplekti öz əksini tapmış, mənzildə və toy mərasimində iddiaçının çəkdirdiyi fotoşəkildə cavabdeh tərəfindən alınmış brilyant qaşlı qızıl-zinət komplekti iddiaçının üzərində öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 22 fevral 2019-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə birlikdə yaşamış, ailə münasibətlərinin pozulması nəticəsində ayrılmışlar. Hazırkı halda iddiaçı ona məxsus olan qızıl-zinət əşyalarının, onlar olmadıqda dəyərinin cavabdehdən alınaraq ona verilməsi ilə bağlı iddia qaldırmışdır. Cavabdeh də iddia tələbini qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Eyni zamanda, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə аlаrаq hеsаb еdir ki, cаvаbdеhin iddiаnı tam еtirаf еdərək оnu qəbul еtməsi qаnunа və tərəflərin qаrşılıqlı münаsibətlərinə uyğun gəlir və bаşqа şəхslərin hüquqlаrını və qаnunlа qоrunаn mənаfеlərini pоzmur. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin; 220.4. mаddəsinin tələbinə əsаsən cаvаbdеh tərəfindən iddiа tələbi еtirаf еdildikdə qətnаmənin əsаslаndırıcı hissəsində yаlnız iddiаnın еtirаf еdilməsi və оnun məhkəmə tərəfindən qəbul еdilməsi göstərilə bilər. 217.4. mаddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş faktiki hallarını, cavabdehin etirafını, istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya məxsus ümumi dəyəri 3000 (üç min) manat olan briliyant qaşlı qızıl-zinət əşyaları (dəyəri 1100 manat olan üzük, dəyəri 700 manat olan sırğa, dəyəri 360 manat olan klon, dəyəri 300 manat olan sep, dəyəri 540 manat olan qolbaq), bu əşyalar olmadığı halda 3000 (üç min) manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İnsan hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus, ümumi dəyəri 3000 (üç min) manat olan briliyant qaşlı qızıl-zinət əşyaları (dəyəri 1100 manat olan üzük, dəyəri 700 manat olan sırğa, dəyəri 360 manat olan klon, dəyəri 300 manat olan sep, dəyəri 540 manat olan qolbaq), bu əşyalar olmadığı halda 3000 (üç min) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-970/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-970/2021
21.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver