Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-974/2020 16.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı BOKT «xxxxxxxxxxxx» MMC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı BOKT «xxxxxxxxxxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT «xxxxxxxxxxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı BOKT «xxxxxxxxxxxx» MMC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 03/221 nömrəli kredit müqaviləsinə, həmçinin xx.xx.2019-cu il tarixli 1 Saylı razılaşmaya əsasən əsas kredit borcu üzrə 30237,4 ABŞ dolları (otuz min iki yüz otuz yeddi dollar, qırx sent), faiz borcu üzrə 6437.94 ABŞ dolları (altı min dörd yüz otuz yeddi dollar, doxsan dörd sent), cərimə borcu üzrə 51216,85 ABŞ dolları (əlli iki min iki yüz on altı dollar, səksən beş sent), cəmi 87892.19 ABŞ dolları (səksən yeddi min səkkiz yüz doxsan iki dollar, on doqquz sent) borcun ödəniş gününə manatın məzənnəsi ilə və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə rüsum və xidmət haqqı kimi ödənilmiş cəmi 31 (otuz bir) manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın 53000 (əlli üç min) manat ilkin satış qiyməti ilə hərraca çıxarılması, əmlakın açıq hərrac yolu ilə satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin iddiaçı BOKT «xxxxxxxxxxxx» MMC-yə yaranmış borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və ev satıldıqdan ən geci 1 (bir) ay ərzində həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT «xxxxxxxxxxxx» MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, BOKT «xxxxxxxxxxxx» MMCilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 03/221 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə qaytarmaq şərti ilə illik 26% dərəcəsi ilə 35000 (otuz beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalanın öhdəliklərinin icrasının təminatı kimi BOKT «xxxxxxxxxxxx» MMCilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli 221/İK/03 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin 2.1-ci maddəsinə əsasən ipoteka saxlayanla Borcalan arasında Bakı şəhərində bağlanmış xx.xx.2015-ci il tarixli 03/221 nömrəli kredit müqaviləsinə əsasən borcalanın yaranacaq öhdəliyinin təminatı kimi ipoteka qoyan Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 X4 tərəfindən verilmiş (Reyestr № **********54-10301, Qeydiyyat № **********, Seriya RX 0598383) xx.xx.2015-ci il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etməyi və müvafiq dövlət orqanında yüklülük qeydiyyatının aparılmasını öz üzərinə götürmüşdür. İpoteka müqaviləsi notarial təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin 2.5-ci maddəsinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və (və ya) faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafıkində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə 5 (beş) iş günündən sonra hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1%-i həcmində cərimə və vaxtı keçmiş kredit üzrə 52 % həcmində cərimə faizi ödəyir. xx.xx.2015-ci il tarixli 03/221 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq BOKT «xxxxxxxxxxxx» MMC-yə ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi Cavabdeh1 tərəfindən təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Bu səbəbdən də xx xxxxx 2019-cu il tarixdə Borcalanın müraciəti ilə xx.xx.2015-ci il tarixli 03/221 nömrəli kredit müqaviləsi üzrə 1 Saylı razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən cavabdeh kreditin qalıq hissəsini xx.xx.2019-cu il tarixli 1 Saylı razılaşmaya Əlavə № 1-də (ödəniş qrafıkində) qeyd edilmiş şəkildə illik 18% dərəcəsi ilə olmaqla 72 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin qeyd edilənlərə baxmayaraq, cavabdeh kredit müqaviləsinin və xx.xx.2019-cu il tarixli 1 Saylı razılaşmanın şərtlərini mütəmadi olaraq pozmuş və hazırda da pozmağa davam edir. Borclunun xx xxxxxx 2019-cu il tarixə BOKT «xxxxxxxxxxxx» MMC-yə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 30237.4 (otuz min iki yüz otuz yeddi dollar 40 sent) ABŞ dolları, faiz borcu üzrə 6437.94 (altı min dörd yüz otuz yeddi dollar 94 sent) ABŞ dolları, cərimə borcu üzrə 51216,85 (əlli bir min iki yüz on altı dollar 85 sent) ABŞ dolları, borcun cəmi məbləği 87892.19 (səksən yeddi min səkkiz yüz doxsan iki dollar 19 sent) ABŞ dolları təşkil edir. Qeyd olunanlara əsasən Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, kredit müqaviləsinin icrasının təminat üsulu kimi çıxış edən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Q.Xalıqov küçəsi, ev.21 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracda satılmaqla əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilıməlidir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilərkən qiymətləndirilmişdir. “xxxxxxxx” MMC-nin PR/M-08-119 saylı xx.xx.2015-ci il tarixli qiymətləndirmə rəyinə əsasən əmlakın bazar dəyəri 53000 (əlli üç min) manat qiymətləndirilmişdir, tərəflər də əmlakın ilkin satış qiyməti olaraq bununla razılaşmışlar. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, onunla iddiaçı təşkilat arasında bağlanmış xx.xx.2015-ci il tarixli 03/221 saylı kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən ona 35000 ABŞ dolları kredit verilmişdir. O, kredit borcunun müəyyən hissəsini ödəmişdir. O, sahibkarlıqla məşğuldur və restoranı vardır. Lakin COVİD-19 pandemiyası ilə əlaqədar bütün ictimai iaşə obyektlərinin fəaliyyəti dayandırılmışdır. Restoran bir müddətdir ki, işləməyə başlamışdır. İddiaçı təşkilat ilə arasında olan razılığa əsasən, o, aya 600 ABŞ dolları ödəməli idi.İddia tələbini qismən qəbul edir. Belə ki, əsas məbləği ödəməyə razıdır, lakin, cərimə borcunun silinməsini xahiş edir. Eyni zamanda, iş materiallarında olan əmlakın qiymətləndirilməsinə dair hesabat ilə razıdır. İddiaçı təşkilatla aramızda olan razılığa əsasən, 2 ilə borcunu tam bağlayacaqdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında AR ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 03/221saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, BOKT «xxxxxxxxxxxx» MMC ilə borcalan Cavabdeh1arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən BOKT «xxxxxxxxxxxx» MMC Cavabdeh1 illik 26 % dərəcəsi ilə 36 ay müddətinə 35000 ABŞ dolları məbləğində borc pul vermişdir. İş materiallarında olan 221/İK/03 saylı, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan BOKT «xxxxxxxxxxxx» MMC ilə borcalan Cavabdeh1və ipoteka qoyan Cavabdeh2arasında 03/221 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin təminatı üsulu kimi ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh2 məxsus ünvan 3 ünvanındayerləşənfərdiyaşayış eviipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 53000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında AR ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanındayerləşənfərdiyaşayış evixx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə BOKT «xxxxxxxxxxxx» MMC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan 03/221saylı, xx.xx.2015-ciiltarixlikreditmüqaviləsi üzrə xx.xx.2019cuiltarixli 1 saylı razılaşmadangörünürki, Cavabdeh1 kreditinqalıqhissəsini ödəniş qrafıkində qeydedilmiş şəkildə illik 18% dərəcəsiilə olmaqla 72 aymüddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxxxxxx” MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, ünvan 3 ünvanındayerləşənfərdiyaşayış evinin xx.xx.2015-ciiltarixinə olanbazar dəyəri 53000 manat, likvid dəyəri 49000 manat təşkil edir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1xx xxxxxx 2019-cu il tarixəBOKT «xxxxxxxxxxxx» MMC-yə olan borcu 30237,4 ABŞ dolları əsas borc, 6437,94 ABŞ dolları faiz borcu, 51216,85 ABŞ dolları olmaqla cəmi 87892,19 ABŞ dolları təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəfləri dinləyib, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh1 ilə BOKT «xxxxxxxxxxxx» MMC arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi BOKT «xxxxxxxxxxxx» MMC ilə Cavabdeh2 arasında ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh103/221 saylı, xx.xx.2015-ci il tarixlikredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehlərdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, hesablanmış 51216,85 ABŞ dolları məbləğində cərimə pulu cavabdehin onsuzda ağır olan maddi durumunu daha da ağırlaşdıra bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 2000 ABŞ dolları məbləğində olmalıdır. Cavabdeh1kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, BOKT «xxxxxxxxxxxx» MMC-nin Cavabdeh1 məxsus ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanındayerləşənfərdiyaşayış evinə tutmanın yönəldilməsi, bu əmlakın hərracda satılmasıtələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Məhkəmə həmçinin ipoteka ilə yüklü edilmiş əmlakin qiymətləndirilməsi ilə bağlı qeyd edir ki, “xxxxxxxx” MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, ünvan 3 ünvanındayerləşənfərdiyaşayış evininbazar dəyəri 53000 manat qiymətləndirildiyindən və həmin qiyməti təkzib edən digər sübutlar mövcud olmadığından hesabatda göstərilən qiymətləndirilmə əsas götürülməlidir. Məhkəmə iddia tələbinin ünvan 3 ünvanındayerləşənfərdiyaşayış evinin hərrac keçirildikdən və o satıldıqdan sonra bir ay müddətində boşaldılması hissəsi ilə razılaşmır. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Məhkəmə qeyd edir ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmişdir. Ona görə də məhkəmə hesab edir ki, baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsində göstərilmiş “satıldıqda” ifadəsi alqı-satqının bağlanma anını deyil, yeni mülkiyyətçinin mülkiyyət hüququnun yaranma əsasını nəzərdə tutduğundan və bu hal alqı-satqı əsasında yeni mülkiyyətçinin hüquqlarının qeydə alınmasından sonra yarandığından, ipoteka qoyanın və ailə üzvlərinin mənzili tərk etmələrinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Belə ki, alqı-satqı faktının özü mülkiyyət hüququnun itirilməsi hesab olunmadığından, müqavilə DƏDRXdə qeydə alınana kimi yeni mülkiyyətçinin mənzildən çıxarmaq barədə tələb hüququ yaranmır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindəndövlətrüsumukimi ödənilmiş 30 (otuz) manat, ipotekapredmetinə tutmanınyönəldilməsihaqqındabildirişinqeydə alınmasınagörə rüsumvə xidməthaqqı kimi ödənilmiş cəmi 31 (otuzbir) manatməbləğində puldacavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh AğayevPaşaXudaquluoğlundaniddiaçı BOKT «xxxxxxxxxxx» MMC-ninxeyrinə xx.xx.2015-ciiltarixli, 03/221 nömrəlikreditmüqaviləsinə, həmçinin xx.xx.2019-cuiltarixli 1 Saylı razılaşmaya əsasən əsaskreditborcu üzrə 30237,4 ABŞ dolları (otuzminikiyüzotuzyeddidollar, qırxsent), faizborcu üzrə 6437.94 ABŞ dolları (altı mindördyüzotuzyeddidollar, doxsandördsent), cərimə borcu üzrə 2000 (ikimin) ABŞ dolları,cəmi38675,34ABŞ dolları (otuzsəkkizminaltı yüzyetmiş beş dollar, otuzdördsent) və ya ödəniş gününə Mərkəzi bankın məyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcvə iddiaçı tərəfindəndövlətrüsumukimi ödənilmiş 30 (otuz) manat, ipotekapredmetinə tutmanınyönəldilməsihaqqındabildirişinqeydə alınmasınagörə rüsumvə xidməthaqqı kimi ödənilmiş cəmi 31 (otuzbir) manatməbləğində pultutulsun. İddia üzrə tələb ipoteka predmetinə yönəldilsin. Cavabdeh2 məxsus, ünvan 3 ünvanındayerləşənfərdiyaşayış evinin ilkin satış qiyməti 53000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul vəsaiti cavabdehin borcuna yönəldilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-974/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-974/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver