Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-981/2022 14.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 14 fevral 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək,qardaşı 20.10.1976-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında 09.12.2021-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış 20.10.1976-ci il təvəllüdlü X6 ərizəçinin qardaşıdır. Belə ki, mərhum qardaşı Həsənin 09 dekabr 2021-ci ildə halı qəfil pisləşmiş, təcili və X10 stansiyasına müraciət edilmişdir. Həkim briqadası mərhumun yaşadığı evinə gələnə qədər artıq o vəfat etmişdir. Həmin vaxt orada olan həkimlər həkimə qədər ölüm barədə Xəbərdarlıq vərəqəsi təqdim etmişlər. X7 təqdim edildikdən sonra Abşeron rayonu Mərkəzi Xəstəxanasına müraciət edərək, mərhum qardaşına ölüm haqqında şəhadətnamənin verilməsindən ötrü rəsmi şəkildə müraciət etmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən 17.12.2021-ci il tarixli, 1912 nömrəli məktubda, qardaşının ölümünün baş vermə səbəbi məlum olmadığından və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilmədiyi göstərilmişdir. Belə ki, daha sonra ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət edərək, oğluna oğlu haqqında şəhadətnamə almaq istəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən ona 16.12.2021-ci il tarixli imtina məktubu verilərək, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Odur ki, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, əri X6 09.12.2021-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında vəfat etmiş və Ucar rayon Alpout kəndində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Digər şahid X9 izahatında qeyd etmişdir ki, mərhumun həm qonşusu, həm də qohumu olmuşdur. Mərhumun həyat yoldaşı onu səhər evlərinə çağıraraq X3 vəfat etdiyini ona bildirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 20.10.1976-cı ildə Ucar rayonu Alpout kəndində anadan olmuş, atası X1, anası X4r. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci ildə Ucar rayonu Alpout kəndində anadan olmuş, atası X1, anası X4r. Mülki işin materiallarında olan Abşeron Rayon Mərkəzi X18 Şəxs Təcili və X10 Stansiyasının xəbərdarlıq vərəqəsindən görünür ki, 09.12.2021-ci il tarixdə X3 adına çağırış olmuş, həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. Mülki iş materiallarında olan Ucar rayonu İcra Hakimiyyəti Başçısının Alpout kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən 17 dekabr 2021-ci il tarixli 507 nömrəli arayışdan müəyyən edilir ki, 20.10.1976 -ci il təvəllüdlü X2 rayon Alpout kənd inzibati ərazi dairəsində yerləşən kənd qəbirstanlığında dəfn olunmuşdur. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 16 dekabr 2021-ci il tarixli, 05/Q-1712/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan Abşeron rayon X13 Hüquqi Şəxsi tərəfindən verilmiş 17 dekabr 2021-ci il tarixli, 1912 nömrəli məktubdan müəyyən edilir ki, Ərizəçi X3 ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamənin tərəflərindən verilmədiyi bildirilmişdir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 09.12.2021-ci il tarixdə X3 adına çağırış olub, çağırış yerinə gələn təcili tibbi yardım stansiyasının həkimi ölümü təsdiq etmişdir. Abşeron rayon X13 Hüquqi Şəxsi tərəfindən verilmiş 17 dekabr 2021-ci il tarixli, 1912 nömrəli məktubda Ərizəçi 20.10.1976-ci il təvəllüdlü X3 ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamənin tərəflərindən verilmədiyi, ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. İşin məhkəmə iclasında araşdırılan halları və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən, ərizəçinin qardaşı X6 09 dekabr 2021-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 20 oktyabr 1976-cı il tarixdə Ucar rayonu Alpout kəndində anadan olmuş X3 09 dekabr 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20 oktyabr 1976-cı il tarixdə Ucar rayonu Alpout kəndində anadan olmuş X3 09 dekabr 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-981/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-981/2022
14.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver