Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-987/2021 19.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ASC (əvvəlki adı: «xxxx» İKB ASC)-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC (əvvəlki adı: «xxxx» İKB ASC)-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması, tələbin ipoteka predmtinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma» tələbinə dair mülki işə 19 aprel 2021-ci il tarixdə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC (əvvəlki adı- «xxxx» İKB ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçıASC-nin xeyrinə 28 noyabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə banka 4749,52 AZN əsas, 5763,99 AZN faiz, 696,76 AZN cərimə və kredit müqaviləsi üzrə 28.12.2017-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 838,9 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 12049,17 AZN və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsində yerləşən, 3 otaqlı, 52,3 kv.m ümumi, 36,9 kv.m yaşayış, 15,4 kv.m yardımçı sahədən ibarət 13A nömrəli fərdi yaşayış evinə və 0,0104 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsində yerləşən, 3 otaqlı, 52,3 kv.m ümumi, 36,9 kv.m yaşayış, 15,4 kv.m yardımçı sahədən ibarət 13A nömrəli fərdi yaşayış evin və 0,0104 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsində yerləşən, 3 otaqlı, 52,3 kv.m ümumi, 36,9 kv.m yaşayış, 15,4 kv.m yardımçı sahədən barət 13A nömrəli fərdi yaşayış evinə və 0,0104 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsində yerləşən, 3 otaqlı, 52,3 kv.m ümumi, 36,9 kv.m yaşayış, 15,4 kv.m yardımçı sahədən ibarət 13A nömrəli fərdi yaşayış evinə və 0,0104 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və Cavabdeh1 həmin fərdi aşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC (əvvəlki adı: «xxxx» İKB ASC)-nin nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, 2014-cü il 28 noyabr tarixli 27-G-İ-0-429-14 №-İi kredit müqaviləsinə əsasən Cavabdeh2 “xxxx” İKB ASC-nin “Xırdalan” filialından illik 26%-lə 36 ay müddətinə 8000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 miilkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsində yerləşən, 3 otaqlı, 52,3 kv.m ümumi, 36,9 kv.m yaşayış, 15,4 kv.m yardımçı sahədən ibarət 13A nömrəli fərdi yaşayış evi və 0,0104 ha torpaq sahəsi 2014-cü il 28 noyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariat qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 28 noyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdiriiməsi sayılır və müqavilənin 1.14-cü bəndinə əsasən bank 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il sentyabrın 24-dək Cavabdeh2 2014-cü il 28 noyabr tarixli kredit müqaviləsi üzrə banka 4749,52 manat əsas, 5763,99 manat faiz, 696,76 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 11210,27 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.1-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və doka çox müddətə gecikdiriiməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutmaya yönəltmək hüququ verən şərtin erinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. Buna görə də o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0104 ha olan torpaq sahəsi üzərində fərdi yaşayış evi 14.11.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 28.11.2014-cü il tarixli, 27-G-1-0-429-14 saylı kredit müqaviləsindən görünür ki, «xxxx» İKB ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən «xxxx» İKB ASC Cavabdeh2 illik 26 % dərəcəsi ilə 36 ay müddətinə 8000 manat məbləğində borc pul vermişdir. İş materiallarında olan 28.11.2014-cü il tarixli, 27-G-1-0-429-14 saylı ipoteka müqaviləsindən görünür ki, «xxxx» İKB ASC ilə Cavabdeh2 arasında 28.11.2014-cü il tarixli, 27-G-1-0-429-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin təminatı üsulu kimi ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0,0104 ha olan torpaq sahəsinin və ümumi sahəsi 52,3 kv.metr, yaşayış sahəsi 15,4 kv.metr, yardımçı sahəsi 15,4 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri 60000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında AR ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* saylı çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0,0104 ha olan torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evi 02.12.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə «xxxx» İKB ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin 28.11.2014-cü il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı ASC-nin hesabına 8000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 24.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı ASC-yə 4749,52 AZN əsas, 5763,99 AZN faiz, 696,76 AZN cərimə və kredit müqaviləsi üzrə 28.12.2017-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 838,9 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 11210,27 AZN borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh2 ilə İddiaçı ASC (əvvəlki adı: «xxxx» İKB ASC) arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh2 28.11.2014-cü il tarixli, 27- G-1-0-429-14 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçı şirkət təqdim etdikləri 24.09.2020-ci il tarixli maliyyə arayışında Cavabdeh2 İddiaçı ASC-yə 4749,52 AZN əsas, 5763,99 AZN faiz, 696,76 AZN cərimə və kredit müqaviləsi üzrə 28.12.2017-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 838,9 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 11210,27 AZN borcunun olduğunu göstərmiş, lakin iddiaçı şirkət borcları toplayarkən texniki səhvə yol verərək, Cavabdeh2 ümumilikdə 11210,27 AZN borcunun olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 ümumilikdə 12049,17 AZN borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehlərdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, hesablanmış 696,76 AZN məbləğində cərimə pulunun azaldılması cavabdehin maddi durumunu yüngülləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 10 AZN məbləğində olmalıdır. Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, «xxxx» İKB ASCnin Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 0,0104 ha olan torpaq sahəsinə və ümumi sahəsi 52,3 kv.metr, yaşayış sahəsi 15,4 kv.metr, yardımçı sahəsi 15,4 kv.metr olan 3 otaqlı fərdi yaşayış evinə tutumanın yönəldilməsi, bu əmlakın hərracda satılması tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan başqa iş materiallarında olan «xxxx» İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 28.11.2014-cü il tarixli, 27-G-1-0-429-14 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0,0104 ha olan torpaq sahəsinin və ümumi sahəsi 52,3 kv.metr, yaşayış sahəsi 15,4 kv.metr, yardımçı sahəsi 15,4 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi 60000 (altmış min) manat qiymətləndirilmişdir. Həmin qiymət məhkəmədə mübahisə predmeti olmadığından məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti də həmin həddə müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ünvan 1 ünvanında yerləşən 0,0104 ha olan torpaq sahəsinin və ümumi sahəsi 52,3 kv.metr, yaşayış sahəsi 15,4 kv.metr, yardımçı sahəsi 15,4 kv.metr olan 3 otaqlı fərdi yaşayış evinin hərrac keçirildikdən və o, satıldıqdan sonra bir ay müddətində Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evinə və torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi hissəsi ilə razılaşmır. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Məhkəmə qeyd edir ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmişdir. Ona görə də məhkəmə hesab edir ki, baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, ipoteka qoyan mülkiyyətçinin hüquqlarına xitam verilmədən onun mənzildən çıxarılması Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir. Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat yazısı ləğv edildikdə itirildiyindən, mülkiyyət hüququ itirilənə kimi ipoteka qoyanı həmin hüquqlardan məhrum etmək olmaz. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsində göstərilmiş “satıldıqda” ifadəsi alqı-satqının bağlanma anını deyil, yeni mülkiyyətçinin mülkiyyət hüququnun yaranma əsasını nəzərdə tutduğundan və bu hal alqı-satqı əsasında yeni mülkiyyətçinin hüquqlarının qeydə alınmasından sonra yarandığından, ipoteka qoyanın və ailə üzvlərinin mənzili tərk etmələrinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Belə ki, alqısatqı faktının özü mülkiyyət hüququnun itirilməsi hesab olunmadığından, müqavilə DƏDRX-də qeydə alınana kimi yeni mülkiyyətçinin mənzildən çıxarmaq barədə tələb hüququ yaranmır. Məhkəmə hesab edir ki, iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi dəqiq və konkret olmadığından iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçıASC-nin xeyrinə 28 noyabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə banka 4749,52 AZN əsas, 5763,99 AZN faiz, 10 AZN cərimə və kredit müqaviləsi üzrə 28.12.2017-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 838,9 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 11362,41 AZN və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilsin. İddia üzrə tələb ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsində yerləşən, 3 otaqlı, 52,3 kv.m ümumi, 36,9 kv.m yaşayış, 15,4 kv.m yardımçı sahədən ibarət 13A nömrəli fərdi yaşayış evinə və 0,0104 ha torpaq sahəsinə yönəldilsin, ipoteka predmeti açıq hərracdan satılsın və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti 60000 manat məbləğində müəyyən edilsin. İddia tələbi satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsində yerləşən, 3 otaqlı, 52,3 kv.m ümumi, 36,9 kv.m yaşayış, 15,4 kv.m yardımçı sahədən barət 13A nömrəli fərdi yaşayış evinə və 0,0104 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsində yerləşən, 3 otaqlı, 52,3 kv.m ümumi, 36,9 kv.m yaşayış, 15,4 kv.m yardımçı sahədən ibarət 13A nömrəli fərdi yaşayış evinə və 0,0104 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və Cavabdeh1 həmin fərdi aşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-987/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-987/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver