Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-990/2021 14.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun qaytarılması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 12 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5290.73 ABŞ dolları əsas borc, 6520.05 ABŞ dolları faiz borcu, 736.29 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 12.01.2018-ci il tarixdən 08.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1010.15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 13557.22 ABŞ dolları, dövlət rüsumu üçün 30 manat pul, tutmanın ipoteka predmetinə yöndəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, 5 otaqlı, 170.6 kv.m ümumi, 78.1 kv.m yaşayış, 92.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin əmlakların satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, 5 otaqlı, 170.6 kv.m ümumi, 78.1 kv.m yaşayış, 92.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsinə yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh həmin əmlaklara olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il 12 yanvar tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “Xırdalan” filialından illik 26%-lə 36 ay müddətinə 10500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Qəmbərov-Ruslan Rafiq oğlunun mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, 5 otaqlı, 170.6 kv.m ümumi, 78.1 kv.m yaşayış, 92.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsi 2015-ci il 12 yanvar tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 12 yanvar tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il sentyabrın 08-dək Cavabdeh 2015-ci il 12 yanvar tarixli kredit müqaviləsi üzrə banka 5290.73 ABŞ dolları əsas, 6520.05 ABŞ dolları faiz, 736.29 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 12547.07 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 08 sentyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 12 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 5290.73 ABŞ dolları əsas, 6520.05 ABŞ dolları faiz, 736.29 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 12.01.2018-ci il tarixdən 08.093.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1010.15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 13557.22 ABŞ dolları borcu vardır. 12 yanvar 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 yanvar 2015-ci il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, kreditor "xxxx" İKB ASC-nin Xırdalan filialı ilə borcalan Cavabdeh arasında bağlanmış həmin Müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə, illik 26 %-lə 10500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 5.1-ci və 5.2-ci bəndlərinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə illik 26%-lə hesablanır. Çatmalı ola faizlər ödəniş qrafikində göstərilən tarixədək ödənilmədikdə həmin faizlər vaxtı ötürülmüş faizlər hesab olunur. Həmin Müqavilənin 9.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə, lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin illik 36% miqdarında banka dəbbə pulu ödəməlidir. İş materiallarında olan 12 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən edilir ki, Cavabdeh götürdüyü kredit məbləğini müvafiq qrafikə əsasında aylıq 423.05 (sonuncu ay 423.12) ABŞ dolları olaraq ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını Cavabdeh imza etmişdir. İş materiallarında olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 21.10.2013-cü il tarixli Çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhərində 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan 12 yanvar 2015-ci il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka saxlayan "xxxx" İKB ASC-nin «Xırdalan» filialı və ipoteka qoyan Cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.03 ha torpaq sahəsi üzərində 170.6 kv.m ümumi, 78.1 kv.m yaşayış, 92.5 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 55000 (əlli beş min) manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 16.01.2015-ci il tarixli Çıxarışdan müəyyən edilir ki, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi "xxxx" İKB ASC-nin «Xırdalan» filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində 72 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 04.11.2021-ci il tarixli, 9/6557 №-li rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 12 yanvar 2015-ci il tarixli 27-G-1-0-18-15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC olan borcu 10.804.32 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə -------------- 4.554.44 ABŞ dolları; - faiz borcu üzrə -------------- 6.249.88 ABŞ dolları. Qeyd edilir ki, 12 yanvar 2015-ci il tarixli 27-G-1-0-18-15 saylı kredit müqaviləsinin müddətinin bitmə tarixi olan 12 yanvar 2018-ci il tarixə olan faiz borcu 26%-lə 5934,23ABŞ dolları, 08.09.2020-ci il tarixə isə 5%-lə 6249,88 ABŞ dolları təşkil edir. O halda məhkəmə hesab edir ki, 08.09.2020-ci il tarixə isə 5%-lə faiz borcunun məbləği 6249,88- 5934,23= 315,65 ABŞ dolları təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunan 08.09.2020-ci il tarixli maliyyə arayışında müəyyən edilir ki, Cavabdeh həmin tarixə olan borcu 5290.73 ABŞ dolları əsas borc, 6520.05 ABŞ dolları faiz borcu, 736.29 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 12.01.2018-ci il tarixdən 08.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1010.15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 13557.22 ABŞ dolları təşkil edir. İş materiallarında olan Cavabdeh göndərilən 20.07.2020-ci il tarixli bildiriş məktubundan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsi kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" İKB ASC-nin xeyrinə yüklü edilməsi qeydiyyata alınmışdır. Eləcə də 28.07.2020-ci il tarixli "xxxx" İKB ASC tərəfindən verilən ərizədən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsindən 20.07.2020-ci il tarixli bildirişin qeydə alması xahiş edilmişdir. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Cavabdeh öz öhdəliklərinin icrası barədə "xxxx" İKB ASC tərəfindən xəbərdar edilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının çıxarışından müəyyən edilir ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəbdən məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunmuş 736.29 ABŞ Dolları cərimənin məbləği azaldılmalı, 73 ABŞ Dolları müəyyən edilməlidir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, borcalan Cavabdeh 12 yanvar 2015-ci il tarixli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və borcverən "xxxx" İKB ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqaviləsi ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi kredit borcu hissəsində qismən təmin edilərək iddiaçı "xxxx" İKB ASC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, o, həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4554,44 ABŞ Dolları əsas borcu, 5934,23 ABŞ Dolları faiz borcu, 73 ABŞ Dolları cərimə borcu, 12.01.2018-ci il tarixdən 08.09.2020-ci il tarixədək illik 5%-lə hesablanmış 315,65 ABŞ ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 10.877.32 ABŞ Dolları məbləğində kredit borcu qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında qanun”un 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.03 ha torpaq sahəsi üzərində 170.6 kv.m ümumi, 78.1 kv.m yaşayış, 92.5 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin likvid dəyərinin qiymətləndirilməsindən tərəflər imtina etdiklərindən , ipoteka predmetinin likvid qiyməti müqavilədə göstərilən məbləğlə 55 000 manat müəyyən edilməlidir. Məhkəmə öhdəliyin cavabdeh tərəfindən icra edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olmaqla təmin edilməli, tələb ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.03 ha torpaq sahəsi üzərində 170.6 kv.m ümumi, 78.1 kv.m yaşayış, 92.5 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir. Məhkəmə iddia tələbinin evin hərracdan satılandan bir ay sonra cavabdehin həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması cavabdehin həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsinə hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi tələb ipoteka predmetinə yönəldiyi halda cavabdehin həmin evi boşaltması və evin banka təhvil verilməsi barədə iddiaçı qarşısında hər hansı notariat qaydada təsdiqlənmiş yazılı öhdəlikləri yoxdur, İpoteka qoyandan isə belə bir razılıq tələb olunmadığından məhkəmə hesab edir ki, iddia bu hissədə qismən Cavabdeh ev hərracdan satılandan bir ay sonra oradan çıxmalı, oranı boşaltmalı və onun həmin evdən istifadə hüququ itirilmiş hesab edilməlidir. İddia tələbinin evin İddiaçı ASC-yə təhvil verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, evin hərracda kimə satılması müəyyən ediləndən sonra ev ona təhvil verilməli olduğundan iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Belə ki, “İpoteka haqqında Qanun”un 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.2-ci maddəsinə görə yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Eləcə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, habelə 20 manat xidməti haqqı olmaqla, ümumilikdə 60 manat məhkəmə xərcinin 20 manat məbləğindəki hissəsi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə ekspertizası üzrə 100 manat məbləğində məhkəmə xərci vardır. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ekspertiza xərcinə görə 50 manat iddiaçıdan, 50 manat isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4554,44 ABŞ Dolları əsas borcu, 5934,23 ABŞ Dolları faiz borcu, 73 ABŞ Dolları cərimə borcu, 12.01.2018-ci il tarixdən 08.09.2020-ci il tarixədək illik 5%-lə hesablanmış 315,65 ABŞ ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 10.877.32 ABŞ məbləğində kredit borcu qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla hissəsi habelə, məhkəmə xərcləri üçün 20 manat (iyirmi manat) məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməli, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.03 ha torpaq sahəsi üzərində 170.6 kv.m ümumi, 78.1 kv.m yaşayış, 92.5 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 55 000 manat müəyyən edilməli, tələb ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.03 ha torpaq sahəsinə və onun üzərində yerləşən 170.6 kv.m ümumi, 78.1 kv.m yaşayış, 92.5 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Cavabdeh ev hərracdan satılandan bir ay sonra oradan çıxarılmalı, oranı boşaltmalı və onun həmin evdən istifadə hüququ itirilmiş hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4554,44 ABŞ Dolları əsas borcu, 5934,23 ABŞ Dolları faiz borcu, 73 ABŞ Dolları cərimə borcu, 12.01.2018-ci il tarixdən 08.09.2020-ci il tarixədək illik 5%-lə hesablanmış 315,65 ABŞ ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 10.877.32 ABŞ Dolları məbləğində kredit borcu qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun kurs manatla hissəsi habelə, məhkəmə xərci üçün 20 manat (iyirmi manat) məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İpoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.03 ha torpaq sahəsi üzərində 170.6 kv.m ümumi, 78.1 kv.m yaşayış, 92.5 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 55 000 manat müəyyən edilsin. Tələb ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.03 ha torpaq sahəsinə və onun üzərində yerləşən 170.6 kv.m ümumi, 78.1 kv.m yaşayış, 92.5 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən 170.6 kv.m ümumi, 78.1 kv.m yaşayış, 92.5 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilsin. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. İpoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən 170.6 kv.m ümumi, 78.1 kv.m yaşayış, 92.5 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi hərracdan satılandan bir ay sonra Cavabdeh oradan çıxarılsın, oranı boşaltsın və onun həmin evdən istifadə hüququ itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərci olaraq İddiaçı ASC-dən 50 manat və Cavabdeh 50 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-990/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-990/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver