Məhkəmə qərarları › İş №2(013)-121/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-121/2025

22.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-121/2025 22.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 22 yanvar 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində mərhum atası X1 xx.xx.1992-ci il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, atası Şura İbrahimov xx.xx.1992-ci il tarixdə Ağdam rayonunun Əliağalı kəndində xəstəlikdən vəfat etmiş və Ağdam rayonunun Əliağalı kənd qəbristanlığında dəfn olunmuşdur. Atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün aidiyyəti orqanlara müraciət etmiş, atasının adına ölümə əsas verən zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməsi izah edilmişdir. Ş.P.İbrahimovun ölüm haqqında şəhadətnaməsini almaq üçün faktın müəyyən edilməsi zərurəti yarandığını qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəblərdən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X5 bacısı Elminazın qaynatası Ş.P.İbrahimovun 1992-ci ilin iyul ayında xəstəlikdən vəfat etdiyini və Ağdam rayonunun Əliağalı kənd qəbristanlığında dəfn olunduğunu, dəfn mərasimində iştirak etdiyini bildirmişdir. Şahid qismində dindirilmiş X4 xalasının əri ,Ş.P.İbrahimovun 1992-ci ildə xəstəlikdən vəfat etdiyini və Ağdam rayonunun Əliağalı kənd qəbristanlığında dəfn olunduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 1208-05/15 saylı arayışından görünür ki, Ərizəçi atası Ş.P.İbrahimovun ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. AZ N-1339676 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X3, anası X2 olmuşdur. İ-İE N-061242 saylı nikah şəhadətnamənin surətindən görünür ki, Ş.P.İbrahimovla S.P.İbrahimova arasılnda olan nikah xx.xx.1958-ci ildə qeydə alınmışıdr. AZ-İİ N-443942 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, S.P.İbrahimova xx.xx.2024-cü ildə vəfat etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi atası Ş.P.İbrahimov xx.xx.1992-ci ildə Ağdam rayonu, Əliağalı kəndində xəstəlikdən vəfat etmiş və Ağdam rayonunun Əliağalı kənd qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X1 xx.xx.1992-ci ildə Ağdam rayonu, Əliağalı kəndində xəstəlikdən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar