Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1256/2024 12.08.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi – əri Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə mülki işə 12 avqust 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh qiyməti 120 manat olan iki ədəd xrustal güldan, qiyməti 30 manat olan bir ədəd konfet qabı, qiyməti 20 manat olan iki ədəd mürəbbə qabı, qiyməti 15 manat olan bir ədəd çaynik, qiyməti 30 manat olan altı ədəd kasa, qiyməti 75 manat olan on iki ədəd boşqab, qiyməti 45 manat olan beş ədəd balaca, bir ədəd böyük kasa, qiyməti 20 manat olan bir ədəd meyvə qabı, qiyməti 60 manat olan bir ədəd vaza, qiyməti 10 manat olan on iki ədəd nəlbəki, qiyməti 3 manat olan bir ədəd fincan, qiyməti 20 manat olan bir ədəd çuqun qulplu tava, qiyməti 30 manat olan altı ədədli qaşıq naboru, qiyməti 60 manat olan çömçə, qaşıqlar, kəpkir, çay qaşığı, bıçaqlar, qiyməti 10 manat olan bir ədəd dolça, qiyməti 12 manat olan bir ədəd dəst çaşka-nəlbəki, qiyməti 400 manat olan bir ədəd qızıl boyunbağı, qiyməti 80 manat olan bir cüt ayaqqabı, qiyməti 100 manat olan bir dəst yun kostyum, qiyməti 21 manat olan dörd ədəd balış üzü, qiyməti 40 manat olan üç ədəd podnos, qiyməti 50 manat olan iki ədəd hamam dəsmalı, qiyməti 42 manat olan dörd ədəd əl-üz dəsmalı, qiyməti 30 manat olan dörd ədəd çay dəsmalı, qiyməti 40 manat olan iki ədəd böyük və kiçik süfrə, qiyməti 60 manat olan bir ədəd pərdə, qiyməti 65 manat olan bir ədəd yorğan üzü, qiyməti 40 manat olan bir ədəd çarpayı örtüyü, qiyməti 30 manat olan bir ədəd divan üzü, qiyməti 60 manat olan dörd ədəd böyük kəlağayı, qiyməti 40 manat olan bir ədəd kiçik kəlağayı, qiyməti 45 manat olan üç ədəd kasinka (baş örtüyü), qiyməti 80 manat olan bir ədəd yekə şal, qiyməti 50 manat olan bir ədəd yun şərf, qiyməti 400 manat olan yeddi dəst parça, qiyməti 30 manat olan üç dəst paltar, qiyməti 150 manat olan bir dəst paltar, qiyməti 80 manat olan bir dəst paltar, qiyməti 30 manat olan bir ədəd jilet, qiyməti 60 manat olan bir ədəd kofta, qiyməti 100 manat olan bir ədəd yun şərf, qiyməti 15 manat olan bir ədəd ev ayaq geyimi, qiyməti 20 manat olan altı ədəd xrustal stəkan, qiyməti 20 manat olan stəkan, qiyməti 30 manat olan bir ədəd alt paltarı, qiyməti 20 manat olan dörd ədəd xrustal rumka, qiyməti 10 manat olan beş ədəd rumka, qiyməti 20 manat olan bir ədəd fen, Neftçala rayonunda yerləşən ona məxsus evin sənədlərinin və nikah haqında şəhadətnamənin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, təxminən iki il əvvəl oğlu evləndiyi vaxt gəlin cehiz gətirmiş və bu səbəbdən evində darısqallıq olmuşdur. Həmin vaxt özünə məxsus qiyməti 120 manat olan iki ədəd xrustal güldan, qiyməti 30 manat olan bir ədəd konfet qabı, qiyməti 20 manat olan iki ədəd mürəbbə qabı, qiyməti 15 manat olan bir ədəd çaynik, qiyməti 30 manat olan altı ədəd kasa, qiyməti 75 manat olan on iki ədəd boşqab, qiyməti 45 manat olan beş ədəd balaca, bir ədəd böyük kasa, qiyməti 20 manat olan bir ədəd meyvə qabı, qiyməti 60 manat olan bir ədəd vaza, qiyməti 10 manat olan on iki ədəd nəlbəki, qiyməti 3 manat olan bir ədəd fincan, qiyməti 20 manat olan bir ədəd çuqun qulplu tava, qiyməti 30 manat olan altı ədədli qaşıq naboru, qiyməti 60 manat olan çömçə, qaşıqlar, kəpkir, çay qaşığı, bıçaqlar, qiyməti 10 manat olan bir ədəd dolça, qiyməti 12 manat olan bir ədəd dəst çaşka-nəlbəki, qiyməti 80 manat olan bir cüt ayaqqabı, qiyməti 100 manat olan bir dəst yun kostyum, qiyməti 21 manat olan dörd ədəd balış üzü, qiyməti 40 manat olan üç ədəd podnos, qiyməti 50 manat olan iki ədəd hamam dəsmalı, qiyməti 42 manat olan dörd ədəd əl-üz dəsmalı, qiyməti 30 manat olan dörd ədəd çay dəsmalı, qiyməti 40 manat olan iki ədəd böyük və kiçik süfrə, qiyməti 60 manat olan bir ədəd pərdə, qiyməti 65 manat olan bir ədəd yorğan üzü, qiyməti 40 manat olan bir ədəd çarpayı örtüyü, qiyməti 30 manat olan bir ədəd divan üzü, qiyməti 60 manat olan dörd ədəd böyük kəlağayı, qiyməti 40 manat olan bir ədəd kiçik kəlağayı, qiyməti 45 manat olan üç ədəd kasinka (baş örtüyü), qiyməti 80 manat olan bir ədəd yekə şal, qiyməti 50 manat olan bir ədəd yun şərf, qiyməti 400 manat olan yeddi dəst parça, qiyməti 30 manat olan üç dəst paltar, qiyməti 150 manat olan bir dəst paltar, qiyməti 80 manat olan bir dəst paltar, qiyməti 30 manat olan bir ədəd jilet, qiyməti 60 manat olan bir ədəd kofta, qiyməti 100 manat olan bir ədəd yun şərf, qiyməti 15 manat olan bir ədəd ev ayaq geyimi, qiyməti 20 manat olan altı ədəd xrustal stəkan, qiyməti 20 manat olan stəkan, qiyməti 30 manat olan bir ədəd alt paltarı, qiyməti 20 manat olan dörd ədəd xrustal rumka, qiyməti 10 manat olan beş ədəd rumka, qiyməti 20 manat olan bir ədəd fen, Neftçala rayonunda yerləşən ona məxsus evin sənədlərini və nikah haqında şəhadətnaməsini saxlamaq üçün qızı İlhamənin evinə aparmışdır. Qiyməti 400 manat olan bir ədəd qızıl boyunbağını İlhamə qardaşı X1 hədiyyə etmişdir. Əliağa boyunbağını vurmadığından saxlamaq üçün ona vermişdir. Bir müddət sonra İlhamə boyunbağını bir neçə günlük ondan almış, lakin qaytarmamışdır. Tələb etməsinə baxmayaraq cavabdehin ona məxsus əmlakları qaytarmaqdan imtina etdiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi qismində məhkəmədə izahat verən Nümayəndə iddianı qismən etiraf edərək bildirmişdir ki, İddiaçı tələb etdiyi qızıl boyunbağı onun pulu ilə alınmışdır. Həmin boyunbağını arvadı İlhamə almış və qardaşı Əliağaya pay vermişdir. Əliağa boyunbağını vurmadığından anası Lətafətə vermiş, sonuncu isə İlhaməyə qaytarmışdır. Hazırda boyunbağı İlhamədə qalmışdır. Lətafətin tələb etdiyi bütün əşyalar 40 manat dəyərində üç ədəd podnos, 60 manat dəyərində bir ədəd pərdə, 20 manat dəyərində altı ədəd xrustal stəkan və 20 manat dəyərində dörd ədəd xrustal rumka istisna olunmaqla hazırda İlhamə ilə onun birlikdə yaşadığı evdədir. İddianın qiyməti 400 manat olan bir ədəd qızıl boyunbağı, 40 manat dəyərində üç ədəd podnos, 60 manat dəyərində bir ədəd pərdə, 20 manat dəyərində altı ədəd xrustal stəkan və 20 manat dəyərində dörd ədəd xrustal rumka istisna olunmaqla qalan hissədə təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə baxışında məlum olmuşdur ki, iddiaçıya məxsus qiyməti 120 manat olan iki ədəd xrustal güldan, qiyməti 30 manat olan bir ədəd konfet qabı, qiyməti 20 manat olan iki ədəd mürəbbə qabı, qiyməti 15 manat olan bir ədəd çaynik, qiyməti 30 manat olan altı ədəd kasa, qiyməti 75 manat olan on iki ədəd boşqab, qiyməti 45 manat olan beş ədəd balaca, bir ədəd böyük kasa, qiyməti 20 manat olan bir ədəd meyvə qabı, qiyməti 60 manat olan bir ədəd vaza, qiyməti 10 manat olan on iki ədəd nəlbəki, qiyməti 3 manat olan bir ədəd fincan, qiyməti 20 manat olan bir ədəd çuqun qulplu tava, qiyməti 30 manat olan altı ədədli qaşıq naboru, qiyməti 60 manat olan çömçə, qaşıqlar, kəpkir, çay qaşığı, bıçaqlar, qiyməti 10 manat olan bir ədəd dolça, qiyməti 12 manat olan bir ədəd dəst çaşkanəlbəki, qiyməti 400 manat olan bir ədəd qızıl boyunbağı, qiyməti 80 manat olan bir cüt ayaqqabı, qiyməti 100 manat olan bir dəst yun kostyum, qiyməti 21 manat olan dörd ədəd balış üzü, qiyməti 40 manat olan üç ədəd podnos, qiyməti 50 manat olan iki ədəd hamam dəsmalı, qiyməti 42 manat olan dörd ədəd əl-üz dəsmalı, qiyməti 30 manat olan dörd ədəd çay dəsmalı, qiyməti 40 manat olan iki ədəd böyük və kiçik süfrə, qiyməti 60 manat olan bir ədəd pərdə, qiyməti 65 manat olan bir ədəd yorğan üzü, qiyməti 40 manat olan bir ədəd çarpayı örtüyü, qiyməti 30 manat olan bir ədəd divan üzü, qiyməti 60 manat olan dörd ədəd böyük kəlağayı, qiyməti 40 manat olan bir ədəd kiçik kəlağayı, qiyməti 45 manat olan üç ədəd kasinka (baş örtüyü), qiyməti 80 manat olan bir ədəd yekə şal, qiyməti 50 manat olan bir ədəd yun şərf, qiyməti 400 manat olan yeddi dəst parça, qiyməti 30 manat olan üç dəst paltar, qiyməti 150 manat olan bir dəst paltar, qiyməti 80 manat olan bir dəst paltar, qiyməti 30 manat olan bir ədəd jilet, qiyməti 60 manat olan bir ədəd kofta, qiyməti 100 manat olan bir ədəd yun şərf, qiyməti 15 manat olan bir ədəd ev ayaq geyimi, qiyməti 20 manat olan altı ədəd xrustal stəkan, qiyməti 20 manat olan stəkan, qiyməti 30 manat olan bir ədəd alt paltarı, qiyməti 20 manat olan dörd ədəd xrustal rumka, qiyməti 10 manat olan beş ədəd rumka, qiyməti 20 manat olan bir ədəd fen, Neftçala rayonunda yerləşən ona məxsus evin sənədləri və nikah haqında şəhadətnamə cavabdehin qanunsuz istifadəsində qalmışdır. Bu səbəbdən İddiaçı mülkiyyətində olan yuxarıda qeyd olunan əmlakları cavabdehdən tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsində qeyd olunmuşdur ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 660.1-ci maddəsində qeyd olunmuşdur ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləşdirilməyibsə hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə baxışında hər iki tərəfin verdiyi izahatlardan məlum olmuşdur ki, qiyməti 400 manat olan bir ədəd qızıl boyunbağı iddiaçıya deyil, sonuncunun oğluna məxsus olmuşdur. Bu səbəbdən iddiaçının qiyməti 400 manat olan bir ədəd qızıl boyunbağını tələb etmək hüququ olmamışdır. Bundan başqa İddiaçı 40 manat dəyərində üç ədəd podnos, 60 manat dəyərində bir ədəd pərdə, 20 manat dəyərində altı ədəd xrustal stəkan və 20 manat dəyərində dörd ədəd xrustal rumkanın mövcud olmasını və onların cavabdehin qanunsuz sahibliyində qalmasını məhkəmədə sübut edə bilməmişdir. Bu səbəbdən iddia qiyməti 400 manat olan bir ədəd qızıl boyunbağı, 40 manat dəyərində üç ədəd podnos, 60 manat dəyərində bir ədəd pərdə, 20 manat dəyərində altı ədəd xrustal stəkan və 20 manat dəyərində dörd ədəd xrustal rumka tələbi hissəsində rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumu əvəzində cavabdehdən 42 manat tutularaq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qiyməti 120 manat olan iki ədəd xrustal güldan, qiyməti 30 manat olan bir ədəd konfet qabı, qiyməti 20 manat olan iki ədəd mürəbbə qabı, qiyməti 15 manat olan bir ədəd çaynik, qiyməti 30 manat olan altı ədəd kasa, qiyməti 75 manat olan on iki ədəd boşqab, qiyməti 45 manat olan beş ədəd balaca, bir ədəd böyük kasa, qiyməti 20 manat olan bir ədəd meyvə qabı, qiyməti 60 manat olan bir ədəd vaza, qiyməti 10 manat olan on iki ədəd nəlbəki, qiyməti 3 manat olan bir ədəd fincan, qiyməti 20 manat olan bir ədəd çuqun qulplu tava, qiyməti 30 manat olan altı ədədli qaşıq naboru, qiyməti 60 manat olan çömçə, qaşıqlar, kəpkir, çay qaşığı, bıçaqlar, qiyməti 10 manat olan bir ədəd dolça, qiyməti 12 manat olan bir ədəd dəst çaşka-nəlbəki, qiyməti 400 manat olan bir ədəd qızıl boyunbağı, qiyməti 80 manat olan bir cüt ayaqqabı, qiyməti 100 manat olan bir dəst yun kostyum, qiyməti 21 manat olan dörd ədəd balış üzü, qiyməti 40 manat olan üç ədəd podnos, qiyməti 50 manat olan iki ədəd hamam dəsmalı, qiyməti 42 manat olan dörd ədəd əl-üz dəsmalı, qiyməti 30 manat olan dörd ədəd çay dəsmalı, qiyməti 40 manat olan iki ədəd böyük və kiçik süfrə, qiyməti 60 manat olan bir ədəd pərdə, qiyməti 65 manat olan bir ədəd yorğan üzü, qiyməti 40 manat olan bir ədəd çarpayı örtüyü, qiyməti 30 manat olan bir ədəd divan üzü, qiyməti 60 manat olan dörd ədəd böyük kəlağayı, qiyməti 40 manat olan bir ədəd kiçik kəlağayı, qiyməti 45 manat olan üç ədəd kasinka (baş örtüyü), qiyməti 80 manat olan bir ədəd yekə şal, qiyməti 50 manat olan bir ədəd yun şərf, qiyməti 400 manat olan yeddi dəst parça, qiyməti 30 manat olan üç dəst paltar, qiyməti 150 manat olan bir dəst paltar, qiyməti 80 manat olan bir dəst paltar, qiyməti 30 manat olan bir ədəd jilet, qiyməti 60 manat olan bir ədəd kofta, qiyməti 100 manat olan bir ədəd yun şərf, qiyməti 15 manat olan bir ədəd ev ayaq geyimi, qiyməti 20 manat olan altı ədəd xrustal stəkan, qiyməti 20 manat olan stəkan, qiyməti 30 manat olan bir ədəd alt paltarı, qiyməti 20 manat olan dörd ədəd xrustal rumka, qiyməti 10 manat olan beş ədəd rumka, qiyməti 20 manat olan bir ədəd fen, Neftçala rayonunda yerləşən ona məxsus evin sənədləri və nikah haqında şəhadətnamə və ödənilmiş dövlət rüsumu əvəzində 42 (qırx iki) manat alınaraq İddiaçı verilsin. İddiaçı Cavabdeh qarşı qiyməti 400 manat olan bir ədəd qızıl boyunbağı, 40 manat dəyərində üç ədəd podnos, 60 manat dəyərində bir ədəd pərdə, 20 manat dəyərində altı ədəd xrustal stəkan və 20 manat dəyərində dörd ədəd xrustal rumka tələbinə dair hissəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1256/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1256/2024
12.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver