Məhkəmə qərarları › İş №2(013)-1268/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-1268/2024

26.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-1268/2024 26.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Ərizəçi X8 X9 X12 ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə mürəciət edərək Maraqlı şəxs ilə Mediasiya Şurasında bağlanmış 08 aprel 2024-cü il tarixli, MŞB/MT039/2024-00207 saylı Barışıq Sazişinin təsdiq edilməsinə və onların birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 660 manat alimentin Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərir ki, Maraqlı şəxs ilə 01 aprel 2009-cu il tarixdə nikahlarını qeydiyyat orqanlarında rəsmi qeyd etdirməklə ailə həyatı qurmuş, birgə nikahlarından övladları : 2012-ci il təvəllüdlü Eldost, 2013-cü il təvəllüdlü Məzahir və 2014-cü il təvəllüdlü Ümid adlı uşaqları anadan olmuşlar. Maraqlı şəxsla əvvəllər mehriban yaşasalar da son vaxtlar xasiyyətləri uyğun gəlməmiş, bir-birilərini anlamamışlar, aralarında olan narazılığa görə ailə münasibətləri xeyli müddətdir pozulmuş, uzun zamandır ki, ayrı yaşayırlar və övladları onun himayəsində yaşayırlar. Maraqlı şəxs uşaqların təhsili, tibbi və digər problemlərində üzərinə düşən öhdəlikləri vaxtında icra etmir. Ailə münasibətləri pozulduğu üçün ilkin prosedur kimi aliment tələbinə dair Mediasiya Şurasına müraciət etmiş və mediator F.Səlimov təyin edilmiş, ilkin mediasiya prosesində maraqlı şəxs onunla ortaq fikrə gələrək, övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat məbləğində alimentin onun xeyrinə verilməsinə razı olduğunu bildirmişdir. Bununla bağlı 08 aprel 2024-cü il tarixdə Mediasiya Nəşkilatında öz aralarında MŞB/MT039/2024-00207 reyestr nömrəli barışıq sazişi bağlanmışdır. Buna görə də barışıq sazişinin təsdiq olunmasını istəyir. Əizəsinin təmin edilməsini xahiş edir. Ərizəçi və işdə maraqlı olan şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq /SMS bildirişlə/ məhkəmə iclasına gəlməmişlər və telefon əlaqəsi zamanı məhkəməyə gəlməyəcəklərini bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə edilmiş AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1991-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən 02 may 2012-ci il tarixdə verilmiş AA 264046 seriyalı X7 surətindən görünür ki, iddiaçı Ərizəçi Ağdam rayonundan məcburi köçkündür Ağdam RİH Başçısının Yeni İmamqulubəyli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 201 saylı, 09 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Azır qızı 249 nömrəli evdə müvəqqəti qeydiyyatda durmaqla yaşayır. Ağdam Rayon Qeydiyyat Şöbəsi tərəfindən 01 aprel 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 460890 saylı X1 surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 01 aprel 2009-cu il tarixdə 05 saylı nikah qeydə alınmışdır. Ağdam rayon Güllücə Ərazi Nümayəndəliyi tərəfindən 04 iyun 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 868728 saylı X2 surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə anadan olmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. Ağdam rayon Güllücə Ərazi Nümayəndəliyi tərəfindən 03 sentyabr 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 151267 saylı X2 surətindən görünür ki, X3 xx.xx.2013-cü il tarixdə anadan olmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. Ağdam rayon Güllücə Ərazi Nümayəndəliyi tərəfindən 25 avqust 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 355546 saylı X2 surətindən görünür ki, X10 xx.xx.2014-cü il tarixdə anadan olmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx xxxxxx 1983-cü il təvəllüdlüdür. X14 tərəfindən təsdiq edilmiş Ərizəçi ilə Maraqlı şəxs aralarında bağlanmış 08 aprel 2024-cü il tarixli Barışıq Sazişinin 1-ci və 2-ci maddələrindən görünür ki, ikinci tərəf Maraqlı şəxs birinci tərəfin verdiyi məlumatları təsdiq etdi və tərəf olaraq alimentlə bağlı hissədə birinci tərəfin fikirləri ilə razılaşmadığını bildirdi və qeyd etdi ki, tərəf aliment məbləğini kifayət qədər çox istəyir, ayda 1200 manat aliment məbləğini ödəmək onun imkanı xaricindədir. Birinci və ikinci tərəflə mediatorun iştirakı ilə qarşılıqlı aparılmış proflaktik söhbətlər nəticəsində birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs qarşılıqlı söhbətlərin nəticəsi olaraq birinci tərəfə hər uşaq üçün 220 manat olmaqla, üç uşağa cəmi 660 manat aliment məbləğini hər ayın son həftəsində ödəməyi ikinci tərəf öz üzərinə götürdü və bu məbləği ödəməyə gücünün çatdığını bildirmişdir. Həmin Sazişin 8-ci bəndinə görə saziş könüllü icra ediləcək, könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. “Mediasiya Haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsində qeyd olunur ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər aralarında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsində qeyd olunur ki, əgər barışıq sazişinin könüllü icrasından imtina olunursa tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. MPM-nin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Hazırkı işin hallarından göründüyü kimi tərəflər aralarında barışıq sazişi 08 aprel 2024-cü il tarixdə bağlanmış, Ərizəçi isə məhkəməyə sazişin bağlanılmasından 10 gün keçməmiş, yəni 16 aprel 2024-cü il tarixdə müraciət etmişdir. Bundan başqa sazişin şərtlərindən o da görünür ki, aliment öhdəliyi götürmüş Maraqlı şəxs həimin aliment məbləğini ayın son həftəsində, yəni bu gündən başlayan həftə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs məhkəməyə gəlməmiş, onunla telefon əlaqəsi zamanı həmin aliment məbləğini bu həftə ərzində ödəyəcəyini bildirmiş, barışıq sazişinin icrasından boyun qaçırmadığını qeyd etmişdir. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmçinin Mülki Prosessual Məcəlləsinin 261.0.9-cu maddəsinə görə məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə məhkəmə iş üzrə icraata xitam verir. Göründüyü kimi hazırkı tərəflər aralarında bağlanmış 08 aprel 2024-cü il tarixli Barışıq Sazişində sazişin icrası müddəti ilə bağlı qeyd şərt nəzərdə tutulub, yəni həmin qeyd-şərtə əsasən Maraqlı şəxs aliment öhdəliyini ayın son həftəsində /yəni bu gündən başlayan həftə ərzində/ icra edəcəyini öhdəsinə götürüb. Maraqlı şəxs sazişi icra edib-etmədiyi ərizənin məhkəməyə verildiyi vaxtda və hazırda da məlum deyildir. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355, 261, 263-269-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Mediasiya Prosesində bağlanmış 08 aprel 2024-cü il tarixli, MŞB/MT039/2024-00207 nömrəli BARİŞİQ SAZİŞİnin təsdiq edilməsi barədə ərizə üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 /on/ gün müddətində onu qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar