Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1347/2025 11.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 11 iyun 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, xx.xx.2016-cı il tarixə rəsmi nikah qeydindən keçməklə X4 ilə evlənmiş, birgə nikahdan xx.xx.2017-ci ildə Damla və xx.xx.2019-cu ildə Zeynəb adlı uşaqları olmuşdur. Qızı Damla xx.xx.2018-ci ildə vəfat etmişdir. Həmin vaxt qızının ölümü onu sarsıtdığından qızının ölümünü qeyd etdirməmişdir. Hazırda qızına ölüm haqqında şəhadətnamə almaq üçün müraciət edəndə ona məhkəməyə müraciət etməli oduğu izah olunduğunu qeyd etməklə övladı X1 xx.xx.2018-ci ildə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, qızı Damla Rzayeva anadangəlmə iflic xəstəsi olmuş, xx.xx.2018-ci il tarixdə Mingəçevir şəhərində xəstəlikdən vəfat etmişdir. Qızına ölüm haqqında şəhadətnamə almaq üçün faktın təsdiq olunması zərurəti yarandığını qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs rəisi Sevinc Hüseynova məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd etməklə işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X2 qonşusu Ərizəçi qızı Damlanın anadangəlmə xəstə olduğunu və 2018-ci ildə Mingəçevir şəhərində xəstəlikdən vəfat etdiyini bildirmişdir. Şahid qismində dindirilmiş X3 qonşusu Ərizəçi qızı Damlanın anadangəlmə xəstə olduğunu və 2018-ci ildə Mingəçevir şəhərində xəstəlikdən vəfat etdiyini bildirmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/7-R-9xxxx/2025 saylı arayışından görünür ki, Ərizəçi qızı D.Ərizəçianın ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. AZ-İİİ № 922407 saylı doğum haqqında şəhadətnamənin surətinin surətindən görünür ki, D.Ərizəçia xx.xx.2017-ci ildə anadan olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçinın qızı D.Ərizəçia xx.xx.2018ci ildə Mingəçevir şəhərində xəstəlikdən vəfat etmişdir. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X1 xx.xx.2018-ci ildə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1347/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1347/2025
11.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver