Məhkəmə qərarları › İş №2(013)-1452/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1452/2025

19.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1452/2025 19.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi /maraqlı tərəf Cavabdeh/ ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum qızı, X1 27 fevral 1990-cı ildə Ağdam rayonu Mərzili kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, X15 ilə 21 oktyabr 1980-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahlarından xx.xx.1990-cı il tarixdə X5 adlı övladı anadan olmuşdur. Azyaşlı Könül 27 fevral 1990-cı il tarixdə vəfat etmiş, onu X2 dəfn etmişlər. Qızının dəfn olunduğu Mərzili qəbirstanlığı işğal zonasında qaldığı üçün ermənilər tərəfindən dağıdılmışdır. Həmin vaxt bilməməzlikdən qızının ölümünü qeyd etdirməmiş və ölüm haqqında şəhadətnamə almamışdır. Həyat yoldaşı Məhərrəm Məmmədov xx.xx.2025-ci ildə vəfat etmişdir. Hazırda vərəsəliklə bağlı ondan qızının ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Ölüm haqqında şəhadətnaməni almaq üçün Cavabdehnə ərizə ilə müraciət etmiş və həmin şöbədən bildirmişlər ki, ölmünün qeydə alınması üçün zəruri sənədlər olmadığından aidiyyəti üzrə məhkəməyə müraciət edilməlidir. Faktın müəyyən olunması ona vərəsəliklə bağlı məsələlərin həlli üçün lazımdır. Faktı dəfn və yas mərasimlərində iştirak etmiş şahidlər, rayonun Quzanlı qəsəbəsində yaşayan X18 və X16 da təsdiq edə bilərlər. Ona görə də hesab edir ki, qızı Könül Məmmədovanın 27 fevral 1990-cı ildə Ağdam rayonu Mərzili kəndinə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi bir daha ərizəni müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, Mərzili kəndindən məcburi köçkündürlər. Kənddə olarkən 4 övladları anadan olmuşdur. xx.xx.1990-cı il tarixdə Könül adlı övladı anadan olmuş, qəflətən də 27 fevral 1990-cı il tarixdə vəfat etmişdir. Könülü kənd qəbristanlığında dəfn etmişlər, qəbirin üstünü götürməmişlər. Sonradan qəbristanlıq ermənilər tərəfindən dağıdılmışdır. X24 xx.xx.2025-ci ildə vəfat etmiş, oğlanları isə Rusiya Federasiyasında yaşayırlar. Mingəçevir şəhərində evləri var, həmin öz adına qeydiyyata aldırmaq istəyir. Bunun üçün isə vəfat etmiş Könülün ölüm haqqında şəhadətnaməsini tələb edirlər ki, bu da məhkəmə qaydasında müəyyən edilə bilər. Ona görə də ərizənin təmin edilməsini bir daha xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs qismində Cavabdeh məhkəməyə nümayəndəsini göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X10 göstərdi ki, Ərizəçi 1990-cı ildə Könül adlı 3cü övladı anadan olmuş, uşaq sağlam olmuşdur. Lakin uşaq qəflətən həmin ilin fevral ayında vəfat etmiş, X2 dəfn etmişlər. Şahid qismində məhkəmə iclasında izahat verən X8 göstərdi ki, Mərzili kənd sakinidir, Ərizəçi əri X15 ilə bir yerdə işləmişlər. Məhərrəmin qız övladı vəfat edərkən iş yoldaşı kimi yas mərasiminə getmişdir. Uşağın 40-ı çıxan kimi qəflətən vəfat etmişdir. Yas mərasimlərində iştirak etmişdir. Şahid qismində izahat verən X18 göstərdi ki, Ərizəçi ilə həm qonşudurlar, həm də atası tərəfdən qohumdurlar. Ərizəçinin Könül adlı sağlam uşağı olmuş, lakin qəflətən vəfat etmişdir. Uşaq 2 aylıq olarkən vəfat etmişdir. Məhkəmə ərizəni və əlavə edilmiş sənədləri öyrənib, şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəyə əlavə edilmiş AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1962-ci ildə Ağdam Rayon Mərzili kəndində anadan olmuş, həmin kəndin qeydiyyatındadır. Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən 14 dekabr 2016-cı il tarixdə verilmiş 375885 seriyalı X13 surətindən görünür ki, Ərizəçi Ağdam rayonundan məcburi köçkündür. İş materiallarında olan İİ JQ № 391851 saylı X6 Şəhadətnamənin surətindən görünür ki, X15 ilə X11 arasında 21 oktyabr 1980-cı il tarixdə Ağdam Rayon Mərzili Kənd Sovetliyində 29 nömrə ilə nikah qeydiyyatı aparılmışdır. Ərizəyə əlavə edilmiş Mingəçevir Regional ASAN XİDMƏT X9 tərəfindən 22 fevral 2025-ci il tarixdə verilmiş AZ-İİ 487540 saylı X7 surətindən görünür ki, X15 20 fevral 2025-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmişdir. X3 surətindən görünür ki, X5 18 yanvar 1990-cı ildə Ağdam Rayonu Mərzili kəndində anadan olmuş, valideynləri, atası X15 və anası Ərizəçidır. Cavabdeh 03 aprel 2025-ci il tarixli, 288-05/15 saylı arayışı ilə bildirilmişdir ki, xx.xx.1990-cı ildə Ağdam Rayonu Mərzili kəndində vəfat etmiş, mərhum X1 ölümü ilə bağlı Cavabdeh arxivində və «X4» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün X4 üzrə yoxlama aparılmış və K.Məmmədovanın ölümü barədə heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Ağdam Rayon X14 Hüquqi Şəxsinin 12 may 2025-ci il tarixli, 18-1-21/3-1487/2025 saylı arayışı ilə məhkəməyə bildirilir ki, Ağdam Şəhəri, eləcə də Ağdam Rayon Mərkəzi Xəstəxanasının inzibati binasının yerləşdiyi Ağdam Şəhəri işğal olunduğu zaman 1993-cü ilə qədər olan dövr üzrə arxiv sənədləri işğal zonasında qalmış, ona görə də mərhum barəsində hər hansı sənədin verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi faktlardan biri də şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4nın dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.3 bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Qərarın 9.4-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Ərizəçi bildirir ki, müxtəlif səbəblərdən qızının ölümü ilə bağlı müvafiq şəhadətnamə almamış və müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi qızı - X1 /atası X15/ 27 fevral 1990-cı il tarixdə Ağdam rayonu Mərzili kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən 1 /bir/ ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar