Məhkəmə qərarları › İş №2(013)-1552/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1552/2025

09.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1552/2025 09.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi nümayəndəsi oğlu – İmamquliyev Elşən Vəkil oğlunun iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 09 iyul 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, xx.xx.1995-ci ildə oğlan övladı dünyaya gəlmiş, həmin övladına İmamquluyev Rövşən Vəkil oğlu adı ilə Bakı şəhəri Maraqlı şəxsndə doğum haqqında şəhadətnamə alınmışdır. Uşaq 6 ay sonra vəfat etmiş və Nərimanov rayonu ərazisində yerləşən qəbristanlıqda dəfn olunmuşdur. Bakı şəhəri Maraqlı şəxsndən ona xx.xx.1995-ci il təvəllüdlü R.V.İmamquliyevin ölüm aktı qeydinin aşkar olunmadığını, faktın təsdiq olunması zərurəti yarandığını qeyd etməklə xx.xx.1995-ci il təvəllüdlü İmamquliyev Rövşən Vəkil oğlunun 1995-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi qismində məhkəmədə izahat verən E.V.İmamquliyev ərizəni müdafiə edərək qardaşı R.V.İmamquliyevin anasının deməsinə görə 5-6 aylıq olan zaman xəstəlikdən vəfat etdiyini qeyd edərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs rəisi Tahirə Əsgərova məhkəməyə məktub ünvanlayaraq ərizənin təmin olunmasına etirazı olmadığını və işin baxılmasının məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X1 qonşusu Ərizəçi oğlu Rövşənin 1995ci ildə xəstəlikdən vəfat etdiyini bildirmişdir. Şahid qismində dindirilmiş X2 qohumu Ərizəçi oğlu R.V.İmamquliyevin 1995-ci ildə xəstəlikdən vəfat etdiyini bildirmişdir. Məhkəmədə elan olunmuş Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/7- 13-685/25 saylı məktubundan görünür ki, Ərizəçi oğlu R.V.İmamquliyevin ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi oğlu R.V.İmamquliyev 1995-ci ildə Bakı şəhərində xəstəlikdən vəfat etmiş və Nərimanov rayonu ərazisində yerləşən qəbristanlıqda dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. İmamquliyev Rövşən Vəkil oğlunun 1995-ci ildə Bakı şəhərində xəstəlikdən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar