Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1563/2024 24.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə mülki işə 24 iyul 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində mərhum anası X2 xx.xx.1993cü ildə Ağdam rayonu, Qiyaslı kəndində ermənilər tərəfindən atılan mərminin partlaması nəticəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, xx.xx.1993-cü ildə ermənilər Ağdam rayonunun Qiyaslı kəndini işğal edən zaman yaşadıqları evin həyətinə düşən mərminin partlaması nəticəsində anası Gülnaz Muradova aldığı xəsarətlərdən ölmüş və Ağdam rayonunun Əhmədağalı kənd qəbristanlığında dəfn olunmuşdur. Anasına ölüm haqqında şəhadətnamə almaq üçün faktın müəyyən edilməsi zərurəti yarandığını qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Ağdam Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəblərdən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X1 rayon İcra Hakimiyyəti başçısının Qiyaslı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyidə işlədiyini, həmkəndlisi Ərizəçi anası G.M.Muradovanın xx.xx.1993-cü ildə ermənilər Ağdam rayonunun Qiyaslı kəndini işğal edən zaman ermənilər tərəfindən atılan mərminin partlaması nəticəsində öldüyünü bildirmişdir. Şahid qismində məhkəmədə izahat verən X3 anası G.M.Muradovanın xx.xx.1993cü ildə ermənilər Ağdam rayonunun Qiyaslı kəndini işğal edən zaman ermənilər tərəfindən atılan mərminin partlaması nəticəsində öldüyünü bildirmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 586-05/15 saylı arayışından görünür ki, Ərizəçi anası G.M.Muradovanın ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığ bildirilmişdir. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Qiyaslı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tartixli 226 saylı arayışından görünür ki, G.M.Muradova xx.xx.1993-cü ildə Qiyaslı kəndinə ermənilərin atdığı mərminin düşməsi nəticəsində vəfat etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi anası G.M.Muradova xx.xx.1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndinin ermənilıər tərəfindən işğal edilməsi nəticəsində ermənilər tərəfindən atılmış mərmi partlaması nəticəsində ölmüşdür. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X2 xx.xx.1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində ermənilıər tərəfindən atılmış mərmi partlaması nəticəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1563/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1563/2024
24.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver