Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-1570/2025 16.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçınun Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 iyul 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh ərizənin təsviri hissəsində göstərilən qızıl-zinət və cehiz əşyalarının naturada və ya onların dəyərinin alınıb ona verilməsi, birgə nigah dövründə əldə edilmiş, Cavabdeh adına dövlət qeydiyyatına alınmış Ağdam rayon Zəngişalı kəndində yerləşən 0,10 ha həyatyanı torpaq sahəsinin tərəflər arasında bərabər şəkildə bölünməsi, birgə nigah dövründə əldə edilmiş "BMW X-6 MİNİK" markalı 02CA738 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 38.000 manat aralarında 1\2 hissəsi olan 19000 manat məbləğində pulun və ödənilmiş 60 manat məbləğində mediasiya xərci Cavabdeh alınaraq ona verilsməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işin baxılmamış saxlanılmasını və sənədlərinin geri qaytarılmasını xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Bu səbəbdən iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə nəzərdə tutulmuşdur ki, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçınun Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1570/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-1570/2025
16.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver