Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1638/2025 16.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinın ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 16 iyul 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, xx.xx.2014-cü ildə X1 ilə evlənmiş, birgə nikahdan xx.xx.2015-ci ildə Murad adlı uşağı olmuşdur. Oğlu Murad xx.xx.2021-ci ildə vəfat etmiş, Yevlax rayonu ərazisndə yerləşən Dəvəçi adlandırılan qəbristanlıqda dəfn olunmuşdur. Oğluna ölüm haqqında şəhadətnamə almamışdır. Oğluna ölüm haqqında şəhadətnamə almaq üçün faktın təsdiq olunması zərurəti yarandığını qeyd etməklə xx.xx.2015-ci il təvəllüdlü X2 xx.xx.2021-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izaht verən Ərizəçi ərizəni müdafiə edərək oğlu M.B.Şirinlinin Mingəçevir su anbarında çimən zaman sudaboğularaq vəfat etdiyini qeyd edərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə baxışına gələmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X4 qardaşı Ərizəçi oğlu Muradın xx.xx.2021-ci ildə suda boğularaq vəfat etdiyini və Yevlax rayonu ərzisində yerləşən Dəvəçi adlandırılan qəbristanlıqda dəfn olunduğunu bildirmişdir. Şahid qismində dindirilmiş X5 qayını Ərizəçinın oğlu Muradın xx.xx.2021-ci ildə suda boğularaq vəfat etdiyini və Yevlax rayonu ərzisində yerləşən Dəvəçi adlandırılan qəbristanlıqda dəfn olunduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 199-05/15 saylı məktubundan görünür ki, Ərizəçi oğlu M.B.Şirinlinin ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mingəçevir Şəhər Prokurorluğunun xx.xx.2021-ci il tarixli 120/C-21 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü M.B.Şirinlinin Mingəçevir su anbarının sahilində özbaşına suya daxil olaraq suda boğulması üzrə araşdırma aparılaraq cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi oğlu M.B.Şirinli xx.xx.2021-ci ildə Mingəçevir su anbarında boğularaq vəfat etmiş və Yevlax şəhəri ərazisində yerləşən Dəvəçi adlandırılan qəbristanlıqda dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X2 xx.xx.2021-ci ildə Mingəçevir şəhərində suda boğularaq vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1638/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1638/2025
16.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver