Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1642/2024 05.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı, onun vəkili X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl zinət və cehiz əşyaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddia ərizəsinin təsviri hissəsində göstərilən 15883 manat dəyərində cehiz əşyalarının, 6209 manat dəyərində qızıl-zinət əşyalarının naturada və ya dəyərinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurduqlarını, birgə nikahdan bir övladlarının olduğunu, aralarında olan nikah aktı qeydinin Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2498/2023 saylı qətnaməsinə əsasən pozulduğunu, buna səbəb olaraq isə, həyat yoldaşının ona xəyanət etməsinin olduğunu, ona hədiyyə olunan qızıl-zinət əşyalarının cavabdeh tərəfindən satılaraq hansısa qadına verildiyini, bundan başqa ailə qurarkən apardığı cehiz əşyalarının yaşadığı evi tərk edərkən cavabdehə məxsus evdə qaldığını bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X5 çıxışında iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qismən qəbul edərək, İddiaçı məxsus bütün cehiz əşyalarının ona məxsus evdə olduğunu və nə zaman istəsə gəlib götürə bilcəyini, lakin iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının hamısının iddiaçının özündə olduğunu, ümumuyyətlə onun yaşadığı evdə heç bir qızıl-zinət əşyalarının olmadığını və həmin qızıl-zinət əşyalarından onun xəbəri olmadığını bildirdi və iddianın qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, o, İddiaçı bibisidir. İddia ərizəsində göstərilən cehiz və qızıl zinət əşylarının Zülfiyyəyə hədiyyə edilmişdir. Zülfiyəə əri evindən çıxarkən qızılları cavabdehə məxsus evdə qoymuşdur və sonra məlum olmuşdur ki, cavabdeh iddiaçının xəbəri olmadan həmin qızıları satıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, o, İddiaçı bacısıdır. İddia ərizəsində göstərilən cehiz və qızıl-zinət əşyalarını Zülfiyyəyə hədiyyə edilmişdir. Zülfiyyə əri evindən çıxarkən qızılları cavabdehə məxsus evdə qoymuşdur və sonra məlum olmuşdur ki, cavabdeh iddiaçının xəbəri olmadan həmin qızıları satıb. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, onun cavabdehdə “Yağmur” yataq və qonaq dəsti - 7500 manat, mətbəx mebeli 1 ədəd, 1500 manat, “Eurolux” paltaryuyan 1 ədəd 650 manat, Plazma TV 82 sm ekran 1 ədəd, 600 manat, mikser 1 ədəd 35 manat, elektrik soba 1 ədəd 130 manat, blender 1 ədəd 70 manat, “Eurolux” ətçəkən 1 ədəd 75 manat, somavar (elektrik) 1 ədəd 90 manat, ütü (par) 1 ədəd 55 manat, xrustal stəkan 12 ədəd 65 manat, stəkan 6 ədəd, nəlbəki 6 ədəd, 1 dəst 15 manat, badə xrustal 1 dəst 70 manat, badə 4 dəst 60 manat, su qabı və 6 stəkan bagima 1 dəst, 140 manat, su qabı və 6 stəkan zərli, 1 dəst, 30 manat, su qabı və 6 stəkan xrustal 1 dəst, 80 manat, su qabı və 6 stəkan ağ 1 dəst, 25 manat, bakal dəsti bagima 2 dəst, 130 manat, meyvə qabı 2 ədəd, 50 manat, ədviyyat qabı dəsti 1 dəst 35 manat, mətbəx naboru-ədviyyat dəsti, 1 dəst, 25 manat, ütü feni 1 ədəd, 30 manat, bakal 2 dəst, 30 manat, ləpə çəkən 1 ədəd 12 manat, soğan doğrayan 1 ədəd, 10 manat, Şamdan 2 ədəd 27 manat, tort boşqabı dəsti, 1 dəst, 20 manat, güldan 2 ədəd, 40 manat, qəndqabı 2 ədəd 30 manat, böyük ləpə qabı 6 ulduz 2 ədəd 84 manat, çömçə-qaşıq dəsti, dəmir 1 dəst 25 manat, çömçə-qaşıq dəsti, kapron 1 dəst 15 manat, çaydan-çaynik 1 dəst 55 manat, məcməyi dəsti 1 dəst 46 manat, su stəkanı bagima 1 dəst 40 manat, 2 ədəd yekas çaynik, 2 ədəd balaca çaynik 60 manat, qaşıq dəsti (çamadan) 1 dəst 230 manat, bıçaq dəsti (çamadan) 1 dəst, 100 manat, gündəlik qaşıq- çəngəl-bıçaq 1 dəst, 80 manat, aşsüzən 3 ədəd 36 manat, ləyən 3 ədəd 24 manat, qazan dəsti tuj, 1 dəst 65 manat, qazan dəsti qranit 2 ədəd, 1 dəst 80 manat, qazan dəsti “AHİSA” 1 dəst 140 manat, qırmızı qazan dəsti keramit 1 dəst 90 manat, boz qazan dəsti keramit 1 dəst 90 manat, tava keramit 1 ədəd 35 manat, qazan dəsti güllü 1 dəst 90 manat, dördayaq-ələk-oxlov 1 dəst 30 manat, poltaxtası-vanna 1 ədəd 15 manat, mətbəx taxtası 1 ədəd 10 manat, şiş (kabab üçün) 12 ədəd 15 manat, şirniyyat qabı 2 ədəd 40 manat, qəndqabı 5 ədəd 25 manat, qəndqabı xrustal 2 ədəd 60 manat, mürəbbəqabı 2 ədəd 20 manat, vedrə aliminium 3 ədəd, 30 manat, sandıq 1 ədəd, 100 manat, çamadan 1 ədəd 45 manat, ütü stolu 1 ədəd 38 manat, qoz qıran 1 ədəd 5 manat, sarımsaq əzəzn 1 ədəd 4 manat, boşqab dəsti 60 ədəd, 120 manat, yataq dəsti, tək nəfərlik 4 dəst 60 manat, yataq dəsti, iki nəfərlik 2 dəst 30 manat, yataq dəsti, tək nəfərlik 2 dəst 30 manat, yataq dəsti, iki nəfərlik ağ 1 dəst 150 manat, yataq dəsti, iki nəfərlik Gilan 4 dəst 100 manat, əl-üz silən 9 ədəd 45 manat, can silən 7 ədəd 95 manat, süfrə klyonka, 2 ağ, 3 güllü, 1 süfrə 6 ədəd 60 manat, çay məhrəbası 16 ədəd 32 manat, süfrə 1 ədəd 70 manat, süfrə 4 ədəd 120 manat, süfrə 1 ədəd 50 manat, döşək tək nəfərlik 4 ədəd 200 manat, yorğan tək nəfərlik 4 ədəd 160 manat, yastıq yekə 6 ədəd 120 manat, yorğan iki nəfərlik 1 ədəd 60 manat, döşək iki nəfərlik 1 ədəd 100 manat, divan dəsti 1 ədəd 40 manat, mütəkkə 2 ədəd 30 manat, yastıq sintifon 2 ədəd 30 manat, yorğan sintifon-bənövşəyi, 2 ədəd 40 manat, gəlincik pərdə-örtük dəsti 1 dəst 150 manat, ədyal qoşa (İran) 1 ədəd 45 manat, ədyal tək (İran) 2 ədəd 40 manat, ədyal-yay gül qurusu rəngində 2 ədəd 50 manat, ədyal-qış gül qurusu rəngində 2 ədəd 70 manat, xalça 2 ədəd 200 manat, pakrıval dəsti sadə 2 ədəd 60 manat, yay yorğanı 2 ədəd 40 manat olmaqla, cəmi 15883 (on beş min səkkiz yüz səksən üç) manat dəyərində cehiz əşyaları və dəst (boyunbağı, qolbağı, üzük, sırqa, klon) 34.6 qram 583 əyarı 3114 manat dəyərində, 1 ədəd biləzik- 8.9 qram, 583 əyar- 800 manat dəyərində, 1 ədəd üzük 5 qram, 583 əyar- 450 manat dəyərində, 1 ədəd üzük 5.5 qram, 750 əyar- 825 manat dəyərində, 1 ədəd boynbağı 3.3 qram, 583 əyar- 300 manat dəyərində, 1 ədəd üzük 4.5 qram, 583 əyar- 405 manat dəyərində və 1 ədəd üzük 3.5 qram, 583 əyar- 315 manat dəyərində qızıl zinət əşyaları qalmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Sporronqun və Lonnrotun İsveçrə qarşı» qərarında və bundan sonra qəbul etdiyi qərarlarda mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması, mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların «de fakto» baş verməsi aydınlaşdırılmalıdır. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak onların hər birinin ayrıca mülkiyyətidir. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddənin mənasına görə bu cür iddia qaldıran iddiaçılar bir-biri ilə üzvü əlaqədə olan 2 halı: tələb etdiyi əmlakın ona məxsus olmasını və başqasının həmin əmlaka qanunsuz yiyələnməsini sübut etmişdir. Məhkəmə tərəfindən iddia tələbi üzrə iddiaçıya cavabdehdən iddia ərizəsində göstərilmiş qızıl-zinət, cehiz əşyalarının və ya onların dəyərinin alınıb ona verilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı bu barədə məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahidlər qismində dindirilmiş X1 və X3 ifadələrinə tənqidi yanaşaraq onların iş üzrə İddiaçı ilə yaxın qohum münasibətdə olmaları baxımından onun xeyrinə ifadə vermələrini istisna etmir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, «Piersack Belçikaya qarşı» işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, «X8rşı» işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara və işin faktiki hallarına obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh “Yağmur” yataq və qonaq dəsti - 7500 manat, mətbəx mebeli 1 ədəd, 1500 manat, “Eurolux” paltaryuyan 1 ədəd 650 manat, Plazma TV 82 sm ekran 1 ədəd, 600 manat, mikser 1 ədəd 35 manat, elektrik soba 1 ədəd 130 manat, blender 1 ədəd 70 manat, “Eurolux” ətçəkən 1 ədəd 75 manat, somavar (elektrik) 1 ədəd 90 manat, ütü (par) 1 ədəd 55 manat, xrustal stəkan 12 ədəd 65 manat, stəkan 6 ədəd, nəlbəki 6 ədəd, 1 dəst 15 manat, badə xrustal 1 dəst 70 manat, badə 4 dəst 60 manat, su qabı və 6 stəkan bagima 1 dəst, 140 manat, su qabı və 6 stəkan zərli, 1 dəst, 30 manat, su qabı və 6 stəkan xrustal 1 dəst, 80 manat, su qabı və 6 stəkan ağ 1 dəst, 25 manat, bakal dəsti bagima 2 dəst, 130 manat, meyvə qabı 2 ədəd, 50 manat, ədviyyat qabı dəsti 1 dəst 35 manat, mətbəx naboru-ədviyyat dəsti, 1 dəst, 25 manat, ütü feni 1 ədəd, 30 manat, bakal 2 dəst, 30 manat, ləpə çəkən 1 ədəd 12 manat, soğan doğrayan 1 ədəd, 10 manat, Şamdan 2 ədəd 27 manat, tort boşqabı dəsti, 1 dəst, 20 manat, güldan 2 ədəd, 40 manat, qəndqabı 2 ədəd 30 manat, böyük ləpə qabı 6 ulduz 2 ədəd 84 manat, çömçə-qaşıq dəsti, dəmir 1 dəst 25 manat, çömçə-qaşıq dəsti, kapron 1 dəst 15 manat, çaydan-çaynik 1 dəst 55 manat, məcməyi dəsti 1 dəst 46 manat, su stəkanı bagima 1 dəst 40 manat, 2 ədəd yekas çaynik, 2 ədəd balaca çaynik 60 manat, qaşıq dəsti (çamadan) 1 dəst 230 manat, bıçaq dəsti (çamadan) 1 dəst, 100 manat, gündəlik qaşıq- çəngəl-bıçaq 1 dəst, 80 manat, aşsüzən 3 ədəd 36 manat, ləyən 3 ədəd 24 manat, qazan dəsti tuj, 1 dəst 65 manat, qazan dəsti qranit 2 ədəd, 1 dəst 80 manat, qazan dəsti “AHİSA” 1 dəst 140 manat, qırmızı qazan dəsti keramit 1 dəst 90 manat, boz qazan dəsti keramit 1 dəst 90 manat, tava keramit 1 ədəd 35 manat, qazan dəsti güllü 1 dəst 90 manat, dördayaq-ələk-oxlov 1 dəst 30 manat, poltaxtası-vanna 1 ədəd 15 manat, mətbəx taxtası 1 ədəd 10 manat, şiş (kabab üçün) 12 ədəd 15 manat, şirniyyat qabı 2 ədəd 40 manat, qəndqabı 5 ədəd 25 manat, qəndqabı xrustal 2 ədəd 60 manat, mürəbbəqabı 2 ədəd 20 manat, vedrə aliminium 3 ədəd, 30 manat, sandıq 1 ədəd, 100 manat, çamadan 1 ədəd 45 manat, ütü stolu 1 ədəd 38 manat, qoz qıran 1 ədəd 5 manat, sarımsaq əzəzn 1 ədəd 4 manat, boşqab dəsti 60 ədəd, 120 manat, yataq dəsti, tək nəfərlik 4 dəst 60 manat, yataq dəsti, iki nəfərlik 2 dəst 30 manat, yataq dəsti, tək nəfərlik 2 dəst 30 manat, yataq dəsti, iki nəfərlik ağ 1 dəst 150 manat, yataq dəsti, iki nəfərlik Gilan 4 dəst 100 manat, əl-üz silən 9 ədəd 45 manat, can silən 7 ədəd 95 manat, süfrə klyonka, 2 ağ, 3 güllü, 1 süfrə 6 ədəd 60 manat, çay məhrəbası 16 ədəd 32 manat, süfrə 1 ədəd 70 manat, süfrə 4 ədəd 120 manat, süfrə 1 ədəd 50 manat, döşək tək nəfərlik 4 ədəd 200 manat, yorğan tək nəfərlik 4 ədəd 160 manat, yastıq yekə 6 ədəd 120 manat, yorğan iki nəfərlik 1 ədəd 60 manat, döşək iki nəfərlik 1 ədəd 100 manat, divan dəsti 1 ədəd 40 manat, mütəkkə 2 ədəd 30 manat, yastıq sintifon 2 ədəd 30 manat, yorğan sintifon-bənövşəyi, 2 ədəd 40 manat, gəlincik pərdə-örtük dəsti 1 dəst 150 manat, ədyal qoşa (İran) 1 ədəd 45 manat, ədyal tək (İran) 2 ədəd 40 manat, ədyal-yay gül qurusu rəngində 2 ədəd 50 manat, ədyal-qış gül qurusu rəngində 2 ədəd 70 manat, xalça 2 ədəd 200 manat, pakrıval dəsti sadə 2 ədəd 60 manat, yay yorğanı 2 ədəd 40 manat olmaqla, cəmi 15883 manat dəyərində cehiz əşyaları naturada və ya dəyəri alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq cavabdehdən 137 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Məhkəmə odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh “Yağmur” yataq və qonaq dəsti - 7500 manat, mətbəx mebeli 1 ədəd, 1500 manat, “Eurolux” paltaryuyan 1 ədəd 650 manat, Plazma TV 82 sm ekran 1 ədəd, 600 manat, mikser 1 ədəd 35 manat, elektrik soba 1 ədəd 130 manat, blender 1 ədəd 70 manat, “Eurolux” ətçəkən 1 ədəd 75 manat, somavar (elektrik) 1 ədəd 90 manat, ütü (par) 1 ədəd 55 manat, xrustal stəkan 12 ədəd 65 manat, stəkan 6 ədəd, nəlbəki 6 ədəd, 1 dəst 15 manat, badə xrustal 1 dəst 70 manat, badə 4 dəst 60 manat, su qabı və 6 stəkan bagima 1 dəst, 140 manat, su qabı və 6 stəkan zərli, 1 dəst, 30 manat, su qabı və 6 stəkan xrustal 1 dəst, 80 manat, su qabı və 6 stəkan ağ 1 dəst, 25 manat, bakal dəsti bagima 2 dəst, 130 manat, meyvə qabı 2 ədəd, 50 manat, ədviyyat qabı dəsti 1 dəst 35 manat, mətbəx naboru-ədviyyat dəsti, 1 dəst, 25 manat, ütü feni 1 ədəd, 30 manat, bakal 2 dəst, 30 manat, ləpə çəkən 1 ədəd 12 manat, soğan doğrayan 1 ədəd, 10 manat, Şamdan 2 ədəd 27 manat, tort boşqabı dəsti, 1 dəst, 20 manat, güldan 2 ədəd, 40 manat, qəndqabı 2 ədəd 30 manat, böyük ləpə qabı 6 ulduz 2 ədəd 84 manat, çömçə-qaşıq dəsti, dəmir 1 dəst 25 manat, çömçə-qaşıq dəsti, kapron 1 dəst 15 manat, çaydan-çaynik 1 dəst 55 manat, məcməyi dəsti 1 dəst 46 manat, su stəkanı bagima 1 dəst 40 manat, 2 ədəd yekas çaynik, 2 ədəd balaca çaynik 60 manat, qaşıq dəsti (çamadan) 1 dəst 230 manat, bıçaq dəsti (çamadan) 1 dəst, 100 manat, gündəlik qaşıq- çəngəl-bıçaq 1 dəst, 80 manat, aşsüzən 3 ədəd 36 manat, ləyən 3 ədəd 24 manat, qazan dəsti tuj, 1 dəst 65 manat, qazan dəsti qranit 2 ədəd, 1 dəst 80 manat, qazan dəsti “AHİSA” 1 dəst 140 manat, qırmızı qazan dəsti keramit 1 dəst 90 manat, boz qazan dəsti keramit 1 dəst 90 manat, tava keramit 1 ədəd 35 manat, qazan dəsti güllü 1 dəst 90 manat, dördayaq-ələk-oxlov 1 dəst 30 manat, poltaxtası-vanna 1 ədəd 15 manat, mətbəx taxtası 1 ədəd 10 manat, şiş (kabab üçün) 12 ədəd 15 manat, şirniyyat qabı 2 ədəd 40 manat, qəndqabı 5 ədəd 25 manat, qəndqabı xrustal 2 ədəd 60 manat, mürəbbəqabı 2 ədəd 20 manat, vedrə aliminium 3 ədəd, 30 manat, sandıq 1 ədəd, 100 manat, çamadan 1 ədəd 45 manat, ütü stolu 1 ədəd 38 manat, qoz qıran 1 ədəd 5 manat, sarımsaq əzəzn 1 ədəd 4 manat, boşqab dəsti 60 ədəd, 120 manat, yataq dəsti, tək nəfərlik 4 dəst 60 manat, yataq dəsti, iki nəfərlik 2 dəst 30 manat, yataq dəsti, tək nəfərlik 2 dəst 30 manat, yataq dəsti, iki nəfərlik ağ 1 dəst 150 manat, yataq dəsti, iki nəfərlik Gilan 4 dəst 100 manat, əl-üz silən 9 ədəd 45 manat, can silən 7 ədəd 95 manat, süfrə klyonka, 2 ağ, 3 güllü, 1 süfrə 6 ədəd 60 manat, çay məhrəbası 16 ədəd 32 manat, süfrə 1 ədəd 70 manat, süfrə 4 ədəd 120 manat, süfrə 1 ədəd 50 manat, döşək tək nəfərlik 4 ədəd 200 manat, yorğan tək nəfərlik 4 ədəd 160 manat, yastıq yekə 6 ədəd 120 manat, yorğan iki nəfərlik 1 ədəd 60 manat, döşək iki nəfərlik 1 ədəd 100 manat, divan dəsti 1 ədəd 40 manat, mütəkkə 2 ədəd 30 manat, yastıq sintifon 2 ədəd 30 manat, yorğan sintifon-bənövşəyi, 2 ədəd 40 manat, gəlincik pərdə-örtük dəsti 1 dəst 150 manat, ədyal qoşa (İran) 1 ədəd 45 manat, ədyal tək (İran) 2 ədəd 40 manat, ədyal-yay gül qurusu rəngində 2 ədəd 50 manat, ədyal-qış gül qurusu rəngində 2 ədəd 70 manat, xalça 2 ədəd 200 manat, pakrıval dəsti sadə 2 ədəd 60 manat, yay yorğanı 2 ədəd 40 manat olmaqla, cəmi 15883 (on beş min səkkiz yüz səksən üç) manat dəyərində cehiz əşyaları naturada və ya dəyəri alınaraq İddiaçı verilsin. Cavabdeh 137 (bir yüz otuz yeddi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-1642/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1642/2024
05.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver