Məhkəmə qərarları › İş №2(013)-1833/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1833/2024

04.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1833/2024 04.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 04 sentyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində 1948-ci il təvəllüdlü mərhum qardaşı X1 xx.xx.2018-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, qardaşı Nizami Abbasov 1993-cü ildən Gəncə şəhərində yerləşən ruhi-əsəb xəstəxanasında müalicə alımışdır. Təxminən 10 ildən artıq qardaşını görmədiyini, 2 il öncə qardaşını görmək üçün gəncə şəhərinə ruhi-əsəb xastəxanasına getdikdə ona qardaşı Nizaminin Bakı şəhəri Buzovna qəsəbəsində yerləşən ruhi-əsəb xəstəxanasına göndərildiyini bildirmişlər. Buzovna qəsəbəsində yerləşən ruhi-əsəb xəstəxanasına getdikdə isə ona Nizaminin xx.xx.2018-ci il tarixdə vəfat etdiyi və Buzovna qəbristanlığında 45 nömrəli qəbrdə dəfn olunduğu bildirilmişdir. Qardaşı vəfat edən zaman məlumatı olmadığından ölümünü qeyd etdirməmişlər. Qardaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün aidiyyəti orqanlara müraciət etmiş, qardaşının adına ölümə əsas verən zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməsi izah edilmişdir. N.İ.Abbasovun ölüm haqqında şəhadətnaməsini almaq üçün faktın müəyyən edilməsi zərurəti yarandığını qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Ağdam Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəblərdən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 251-05/15 saylı arayışından görünür ki, Ərizəçi qardaşı N.İ.Abbasovun ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Prokurorunun köməkçisinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Ərizəçi qardaşı N.İ.Abbasov xx.xx.2018-ci ilə Bakı şəhəri Buzovna qəsəbəsində yerləşən ruhi-əsəb dispanserində vəfat etmiş və Buzovna qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Psixonevroloji Sosial Xidmət X2 Şəxsin xx.xx.2024-cü il tarixli 3-17-3/2-8933/2024 saylı məktubunun surətindən görünür ki, N.İ.Abbasov xx.xx.2018-ci il tarixli 04/06-07 saylı məktuba əsasən müəssisədən birdəfəlik dövlət təminatından çıxarılmışdır. Bundan başqa müəssisəyə məxsus “2018-2019-2020-ci illərə dair vəfat edənləin siyahısı və qəbr nömrəsinin qeydiyyat jurnalında” N.İ.Abbasovun qəbr nömrəsi 45 qeyd olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi qardaşı N.İ.Abbasov xx.xx.2018-ci ildə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri Buzovna qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X1 xx.xx.2018-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar