Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-190/2025 26.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 26 fevral 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, qızı İbrahimova Raksana (Rəqsanə) Eyvaz qızının xx.xx.2006-cı ildə vəfat etməsinin məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, qızı Rəqsanə İsmayılova xx.xx.2006-cı il tarixdə Bərdə şəhəri Sənaye küçəsində yaşadıqları evdə elektrik cərəyanı vurması nəticəsində vəfat etmiş və Tərtər rayonu Qarağacı kənd qəbristanlığında dəfn olunmuşdur. Həmin vaxt səriştəsizlikdən qızının ölümünü qeyd etdirməmişlər. Qızına ölüm haqqında şəhadətnaməsini almaq üçün aidiyyəti orqanlara müraciət etmiş, qızının adına ölümə əsas verən zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməsi izah edilmişdir. R.E.İbrahimovanın ölüm haqqında şəhadətnaməsini almaq üçün faktın müəyyən edilməsi zərurəti yarandığını qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs rəisi Zöhrab Zeynalov məhkəməyə ərizə ünvanlayaraq iş yükünün çox olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd etməklə işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X1 qardaşı qızı R.E.İbrahimovanın 2006cı ildə yaşadıqları Bərdə şəhəri Sənaye küçəsində yerləşən evdə elektrik cərəyanı vurması nəticəsində vəfat etdiyini bildirmişdir. Şahid qismində dindirilmiş X2 dayısı qızı R.E.İbrahimovanın 2006-cı ildə yaşadıqları Bərdə şəhəri Sənaye küçəsində yerləşən evdə elektrik cərəyanı vurması nəticəsində vəfat etdiyini bildirmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 1274-05/15 saylı arayışından görünür ki, Ərizəçi qızı R.E.İbrahimovanın ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Vİ-LO № 291218 saylı doğum haqqında şəhadətnamənin surətinin surətindən görünür ki, R.E.İbrahimova xx.xx.1990-cı ildə anadan olmuşdur. İş materiallarında olan məzar daşının fotoşəkillərindən görünür ki, R.E.İbrahimova xx.xx.2006-cı ildə vəfat etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi qızı R.E.İbrahimova xx.xx.2006-cı ildə yaşadıqları Bərdə şəhəri Sənaye küçəsində yerləşən evdə elektrik cərəyanı vurması nəticəsində vəfat etmiş və Tərtər rayonunun Qarağacı kənd qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. İbrahimova Raksana (Rəqsanə) Eyvaz qızının xx.xx.2006-cı ildə Bərdə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-190/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-190/2025
26.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver