Məhkəmə qərarları › İş №2(013)-1911/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1911/2025

25.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1911/2025 25.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ərizənin təsviri hissəsində göstərilən 5235 manat dəyərində qızılzinət əşyalarının naturada və ya onların dəyərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə iddiaçı tərəfin iddia tələbinin həcminin artırılması barədə ərizəsini məqsədəuyğun hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, Cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi nikahla daxil olaraq ailə qurduqlarını, birgə nikahdan iki övladlarının olduğunu, ailə münasibətlərinin pozulduğunu, cavabdehin onu təhqir etdiyini və döydüyünü, sonuncu dəfə də cavabdeh tərəfindən döyüldüyünü və polis əməkdaşlarının köməyi ilə evi tərk etdiyini, sonra Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1685/2024 saylı qətnaməsinə əsasən boşandıqlarını, özünün cavabdehlə yaşadıqları evi tərk edərkən ona məxsus iddia ərizəsində göstərilən 5235 manat dəyərində qızıl-zinət əşyalarının qaldığını, cavabdeh həmin qızıl-zinət əşyalaranı ona verməkdən imtina etdiyini və həmin qızıları onun xəbəri və razılığı olmadan cavabdeh qardaşı uşaqları ilə birlikdə satdığını bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianın əsasız olduğunu, iddiaçının ona şər böhtan atdığını, onun tərəfindən İddiaçı iddia tələbində göstərdiyi qızıl-zinət əşyalarını boşanmamışdan əvvəl 2024-cü ilin yanvar ayının axırlarında İddiaçı öz razılığı ilə 2800 manat pula satdığını və ehtiyacları üçün xərclədiyini bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında göstərdi ki, İddiaçı onun qızıdır. İddiaçı 2024-cü ildə Cavabdeh tərəfindən döyülmüşdür və Cavabdeh evin qapılarını bağlayaraq Rövşanəni evdən buraxmırdı. Daxili İşlər Nazirliyinin 102 xitmətinə zənk vurulduqdan sonra polis işçilərinin köməyi ilə İddiaçı cavabdehin evindən çıxaraq atası evinə getmişdir. Həmin vaxt İddiaçı ona məxsus qızı-zinət və digər əşyalarını, hətta geyim əşyalarını belə özü ilə götürməmişdir və qızına mıxsus bütün qızıl-zinət və digər əşyalar Cavabdeh evində qalmışdır. Sonra Cavabdeh həmin qızıları satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında göstərdi ki, İddiaçı onun qızıdır. İddiaçı 2024-cü ildə Cavabdeh tərəfindən döyülmüşdür və Cavabdeh evin qapılarını bağlayaraq Rövşanəni evdən buraxmırdı. Daxili İşlər Nazirliyinin 102 xitmətinə zənk vurulduqdan sonra polis işçilərinin köməyi ilə İddiaçı cavabdehin evindən çıxaraq atası evinə getmişdir. Həmin vaxt İddiaçı ona məxsus qızı-zinət və digər əşyalarını, hətta geyim əşyalarını belə özü ilə götürməmişdir və qızına məxsus bütün qızıl-zinət və digər əşyalar Cavabdeh evində qalmışdır. Sonra Cavabdeh həmin qızıları satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında göstərdi ki, Cavabdeh onun qardaşıdır. İddiaçı razılığı ilə ona məxsus qızı-zinət əşyaları 2024cü ilin axırlarında satılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, Cavabdeh onun əmisidir. İddiaçı razılığı ilə ona məxsus qızı-zinət əşyaları 2024-cü ildə əmisi tərəfindən etiyacları olduğu üçün Bakı şəhərində satılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, Cavabdeh onun əmisidir. İddiaçı razılığı ilə ona məxsus qızı-zinət əşyaları 2024-cü ildə əmisi tərəfindən satılmışdır. Məhkəmə tərəflərin izahatlarını və çıxışlarını dinləyib, şahid izahatlarını və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, onun cavabdehdə Komplekt (sırğa, üzük, boyunbağı və qolbağı), 583 əyarlı, 22.5 qram (1 qramı 90 manat) 2025 manat dəyərində, komplekt bir dəst (sırğa, üzük, boyunbağı və qolbağı), 583 əyarlı, 18 qram (1 qramı 90 manat) 1620 manat dəyərində, Klon bir ədəd 583 əyarlı, 22.5 qram (1 qramı 90 manat) 2025 manat dəyərində,üzük qaşlı 585 əyarlı, 1.5 qram 135 manat dəyərində, nişan üzüyü bir ədəd 583 əyarlı, (briliyant qaşlı) 3 qram 600 manat dəyərində, uzuk bir ədəd 583 əyarlı, 2.5 qram (1 qramı 90 manat) 225 manat dəyərində, boyunbağı bir ədəd 583 əyarlı, 5 qram 450 manat dəyərində, uzuk bir ədəd 583 əyarlı, 2 qram (1 qramı 90 manat) 180 manat dəyərində qızıl-zinət əşyaları qalmışdır. «İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəçi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi «Sporronqun və Lonnrotun İsveçrə qarşı» qərarında və bundan sonra qəbul etdiyi qərarlarda mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması, mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların «de fakto» baş verməsi aydınlaşdırılmalıdır. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak onların hər birinin ayrıca mülkiyyətidir. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddənin mənasına görə bu cür iddia qaldıran iddiaçılar bir-biri ilə üzvü əlaqədə olan 2 halı: tələb etdiyi əmlakın ona məxsus olmasını və başqasının həmin əmlaka qanunsuz yiyələnməsini sübut etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara və işin faktiki hallarına obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh komplekt (sırğa, üzük, boyunbağı və qolbağı), 583 əyarlı, 22.5 qram (1 qramı 90 manat) 2025 manat dəyərində, komplekt bir dəst (sırğa, üzük, boyunbağı və qolbağı), 583 əyarlı, 18 qram (1 qramı 90 manat) 1620 manat dəyərində, Klon bir ədəd 583 əyarlı, 22.5 qram (1 qramı 90 manat) 2025 manat dəyərində,üzük qaşlı 585 əyarlı, 1.5 qram 135 manat dəyərində, nişan üzüyü bir ədəd 583 əyarlı, (briliyant qaşlı) 3 qram 600 manat dəyərində, uzuk bir ədəd 583 əyarlı, 2.5 qram (1 qramı 90 manat) 225 manat dəyərində, boyunbağı bir ədəd 583 əyarlı, 5 qram 450 manat dəyərində, uzuk bir ədəd 583 əyarlı, 2 qram (1 qramı 90 manat) 180 manat dəyərində qızıl-zinət əşyaları naturada, olmadıqda onların dəyəri alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 73 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Komplekt (sırğa, üzük, boyunbağı və qolbağı), 583 əyarlı, 22.5 qram (1 qramı 90 manat) 2025 manat dəyərində, komplekt bir dəst (sırğa, üzük, boyunbağı və qolbağı), 583 əyarlı, 18 qram (1 qramı 90 manat) 1620 manat dəyərində, Klon bir ədəd 583 əyarlı, 22.5 qram (1 qramı 90 manat) 2025 manat dəyərində,üzük qaşlı 585 əyarlı, 1.5 qram 135 manat dəyərində, nişan üzüyü bir ədəd 583 əyarlı, (briliyant qaşlı) 3 qram 600 manat dəyərində, uzuk bir ədəd 583 əyarlı, 2.5 qram (1 qramı 90 manat) 225 manat dəyərində, boyunbağı bir ədəd 583 əyarlı, 5 qram 450 manat dəyərində, uzuk bir ədəd 583 əyarlı, 2 qram (1 qramı 90 manat) 180 manat dəyərində qızıl-zinət əşyaları naturada, olmadıqda onların dəyəri olan cəmi 5235 (beş min iki yüz otuz beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 73 (yetmiş üç) manat məbləğində dövlət rüsumu ddiaçı İddiaçı özünə aid edilsin. Qətnamədən tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar