Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-197/2025 26.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 26 fevral 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində həyat yoldaşı X1 xx.xx.2024-cü ildə vəfat etməsinin məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsinin xahiş etdim hissəsində texniki səhv olaraq ərinin xx.xx.2024-cü ildə vəfat etməsinin müəyyən olunmasını xahiş etdiyini qeyd etməklə ərinin xx.xx.2014-cü ildə vəfat etməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, əri Məhəmməd İsmayılov xx.xx.2014-cü il tarixdə Bakı şəhərində xərçəng xəstəliyindən vəfat etmiş və Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsinin qəbristanlığında dəfn olunmuşdur. Həmin vaxt səriştəsizlikdən ərinin ölümünü qeyd etdirməmişlər. Ərinə ölüm haqqında şəhadətnaməsini almaq üçün aidiyyəti orqanlara müraciət etmiş, ərinin adına ölümə əsas verən zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməsi izah edilmişdir. M.A.İsmayılovun ölüm haqqında şəhadətnaməsini almaq üçün faktın müəyyən edilməsi zərurəti yarandığını qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs rəisi Zöhrab Zeynalov məhkəməyə ərizə ünvanlayaraq iş yükünün çox olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd etməklə işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X4 bacanağı M.A.İsmayılovun xx.xx.2014-cü ildə xəstəlikdən vəfat etdiyini və Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsinin qəbristanlığında dəfn olunduğunu bildirmişdir. Şahid qismində dindirilmiş X2 xalası Ərizəçi əri M.A.İsmayılovun xx.xx.2014-cü ildə vəfat etdiyini bildirmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 1260-05/15 saylı arayışından görünür ki, Ərizəçi əri M.A.İsmayılovun ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İİ-JQ № 303899 saylı nikah şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi ilə M.A.İsmayılov arasında olan nikah xx.xx.1979-cu ildə Ağdam VVAQ Şöbəsində 138 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan məzar daşının fotoşəkillərindən görünür ki, M.A.İsmayılov xx.xx.2014-cü ildə vəfat etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi əri M.A.İsmayılov xx.xx.2014cü ildə Bakı şəhərində xəstəlikdən vəfat etmiş və Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsinin qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X1 xx.xx.2014-cü ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-197/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-197/2025
26.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver