Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1972/2025 06.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 06 avqust 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, oğlu X3 xx.xx.1980-cı ildə Ağdam rayonunun Poladlı kəndində anadan olmuş, xx.xx.2025-ci ildə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri Buzovna qəbristanlığında dəfn olunmuşdur. Oğluna ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdiyini, şəhadətnamə verməkdən imtina olunduğunu, oğluna ölüm haqqında şəhadətnamə almaq üçün faktın müəyyən edilməsi zərurəti yarandığını qeyd etməklə X1 xx.xx.2025-ci ildə Bakı şəhərində vəfat etməsi faktıın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə baxışına gələmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X2 Ərizəçi ilə birgə nikahdan anadan olmuş oğlu Z.F.Cəfərovun xx.xx.2025-ci ildə Bakı şəhərində vəfat etdiyini və Buzovna qəbristanlığında dəfn olunduğunu bildirmişdir. Şahid qismində məhkəmədə izahat verən X4 dayısı oğlu Z.F.Cəfərovun xx.xx.2025ci ildə Bakı şəhərində vəfat etdiyini və Buzovna qəbristanlığında dəfn olunduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 1251-05/15 saylı arayışından görünür ki, Ərizəçi oğlu Z.F.Cəfərovun ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Vİİ-JQ №343061 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Z.F.Cəfərovun anasıdır. Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 164 saylı arayışından görünür ki, Z.F.Cəfərov xx.xx.2025-ci ildə vəfat etmiş və Buzovna Qəbristanlığında dəfn olunmuşdur. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Qasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 126 saylı arayışından görünür ki, Z.F.Cəfərov xx.xx.2025-ci ildə vəfat etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi oğlu Z.F.Cəfərov xx.xx.2025ci ildə Bakı şəhərində vəfat etmiş və Xəzər rayonu Buzovna qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X1 xx.xx.2025-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1972/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1972/2025
06.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver