Məhkəmə qərarları › İş №2(013)-1981/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1981/2025

13.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1981/2025 13.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 13 avqust 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, atası X2 1941ci ildə Ağdam şəhərində anadan olmuş, xx.xx.1995-ci ildə Bərdə şəhərində xəstəlikdən vəfat etmiş və Bərdə rayonu Alaçadırlı kənd qəbristanlığında dəfn olunmuşdur. Atasına ölüm haqqında şəhadətnamə almamışdır. Atasına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdiyini, şəhadətnamə verməkdən imtina olunduğunu, atasına ölüm haqqında şəhadətnamə almaq üçün faktın müəyyən edilməsi zərurəti yarandığını qeyd etməklə X1 xx.xx.1995-ci ildə vəfat etməsi faktıın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə baxışına gələmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X3 qaynatası Ə.Ərizəçi xx.xx.1995-ci ildə Bərdə şəhərində 4 saylı orta məktəbdə vəfat etdiyini bildirmişdir. Şahid qismində məhkəmədə izahat verən X4 qonşusu Ərizəçi atası Ə.Ərizəçi 1995ci ildə xəstəlikdən vəfat etdiyini bildirmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-301/2025 saylı arayışından görünür ki, Ərizəçi atası Ə.Ərizəçi ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. XV-JQ №418108 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Ə.Ərizəçi oğludur. Bərdə şəhəri “İmamzadə” məscidi dini icmasının xx.xx.2025-ci il tarixli 08 saylı arayışından görünür ki, Ə.Ərizəçi xx.xx.1995-ci ildə vəfat etmiş və Bərdə rayonu Alaçadırlı kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi atası Ə.Ərizəçi xx.xx.1995-ci ildə Bərdə şəhərində xəstəlikdən vəfat etmiş və Bərdə rayonu Alaçadırlı kənd qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X1 xx.xx.1995-ci ildə Bərdə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar