Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2080/2025 25.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus 11 adda qızıl-zinət əşyalarının naturada və ya mümkün olmadıqda onların dəyəri olan cəmi 7191 manat pulun, üç uşağa 2024-cü ilin may ayından 12 ay ərzində Dövlət tərəfindən hər ay, hər uşağa 60 manat, cəmi 2160 manat yemək pulunun və birgə nikah dövründə 55 000 manata tikdirdikləri fərdi yaşayış evinin, uşaqlar da nəzərə alınmaqla 2/3 hissəsi olan 36 666 manat pulun və mediyasiya üçün ödədiyi 60 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada dəgələrlə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə edərək, Cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi nikahla daxil olaraq ailə qurduqlarını, birgə nikahdan üç övladlarının olduğunu, ailə münasibətlərinin pozulduğunu, nikahlarının Ağdam Rayon Məhkəməsinin qərarına əsasən pozulduğunu və uşaqların onun himayəsinə verildiyini, cavabdehin gəlin köçdüyü evini tərk etdiyini, ona məxsus, yəni ona toyunda hədiyyə olunan bir dəst komplekt (sırğa, üzük, boyunbağı və qolbağı), 585 əyarlı, 31 qram (1 qr 90 manat) 2770 manat dəyərində, nişan üzüyü bir ədəd 583 əyarlı, 3.5 qram brilliant qaşlı 800 manat dəyərində, komplekt (boyunbağı və qolbağı) 1 dəst 585 əyarlı, 15 qram 1350 manat dəyərində, komplekt (sırğa və üzük) 1 dəst 585 əyarlı, 6 qram 540 manat dəyərində, üzük bir ədəd 585 əyarlı, 3 qram 270 manat dəyərində, üzük bir ədəd 585 əyarlı, 2 qram 180 manat dəyərində, üzük bir ədəd 585 əyarlı, 2.5 qram 225 manat dəyərində, üzük bir ədəd 585 əyarlı, 2.5 qram 225 manat dəyərində, üzük bir ədəd 585 əyarlı, 3.5 qram 315 manat dəyərində, üzük bir ədəd 585 əyarlı, 2.2 qram 198 manat dəyərində, üzük bir ədəd 585 əyarlı, 3.2 qram 288 manat olmaqla, cəmi 7191 manat dəyərində qızılzinət əşyalarının cavabdehlə yaşadıqları evdə qaldığını, bundan başqa birgə nikah dövründə, cavabdehə məxsus Bərdə rayon Qaraməmmədli kəndində yerləşən torpaq sahəsində 55 000 manat dəyərində fərdi yaşayış evi tikdiklərini və həmin evdə onun və uşaqlarının da haqqı olduğunu, 2024-cü ilin may ayının əvvəllərində uşaqları ilə ata evinə getdiyini və həmin vaxtdan Dövlət tərəfindən 3 uşağa verilən hər ay cəmi 180 manat yemək pulunun cavabdeh tərəfindən ailə başçısı kimi alınaraq mənimsənildiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyibvə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 2(013)-2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə Ağdam RİHB-nin Bağbanlar kənd İƏD üzrə nümayəndəliyində 20 nömrə ilə bağlanmış nikahları pozulması qət edilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi «Sporronqun və Lonnrotun İsveçrə qarşı» qərarında və bundan sonra qəbul etdiyi qərarlarda mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması, mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların «de fakto» baş verməsi aydınlaşdırılmalıdır. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak onların hər birinin ayrıca mülkiyyətidir. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddənin mənasına görə bu cür iddia qaldıran iddiaçılar bir-biri ilə üzvü əlaqədə olan 2 halı: tələb etdiyi əmlakın ona məxsus olmasını və başqasının həmin əmlaka qanunsuz yiyələnməsini sübut etmişdir. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin tam həcmdə təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı bu barədə məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara və işin faktiki hallarına obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən bir dəst komplekt (sırğa, üzük, boyunbağı və qolbağı), 585 əyarlı, 31 qram (1 qr 90 manat) 2770 manat dəyərində, nişan üzüyü bir ədəd 583 əyarlı, 3.5 qram brilliant qaşlı 800 manat dəyərində, komplekt (boyunbağı və qolbağı) 1 dəst 585 əyarlı, 15 qram 1350 manat dəyərində, komplekt (sırğa və üzük) 1 dəst 585 əyarlı, 6 qram 540 manat dəyərində, üzük bir ədəd 585 əyarlı, 3 qram 270 manat dəyərində, üzük bir ədəd 585 əyarlı, 2 qram 180 manat dəyərində, üzük bir ədəd 585 əyarlı, 2.5 qram 225 manat dəyərində, üzük bir ədəd 585 əyarlı, 2.5 qram 225 manat dəyərində, üzük bir ədəd 585 əyarlı, 3.5 qram 315 manat dəyərində, üzük bir ədəd 585 əyarlı, 2.2 qram 198 manat dəyərində, üzük bir ədəd 585 əyarlı, 3.2 qram 288 manat olmaqla, cəmi 7191 (yeddi min bir yüz doxsan bir) manat dəyərində qızıl-zinət əşyaları naturada, olmadıqda onların dəyəri olan pul vəsaiti və 60 manat mediyasiya xərci alınaraq iddiaçıya verilməlidir. İddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq cavabdehdən 32 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh bir dəst komplekt (sırğa, üzük, boyunbağı və qolbağı), 585 əyarlı, 31 qram (1 qr 90 manat) 2770 manat dəyərində, nişan üzüyü bir ədəd 583 əyarlı, 3.5 qram brilliant qaşlı 800 manat dəyərində, komplekt (boyunbağı və qolbağı) 1 dəst 585 əyarlı, 15 qram 1350 manat dəyərində, komplekt (sırğa və üzük) 1 dəst 585 əyarlı, 6 qram 540 manat dəyərində, üzük bir ədəd 585 əyarlı, 3 qram 270 manat dəyərində, üzük bir ədəd 585 əyarlı, 2 qram 180 manat dəyərində, üzük bir ədəd 585 əyarlı, 2.5 qram 225 manat dəyərində, üzük bir ədəd 585 əyarlı, 2.5 qram 225 manat dəyərində, üzük bir ədəd 585 əyarlı, 3.5 qram 315 manat dəyərində, üzük bir ədəd 585 əyarlı, 2.2 qram 198 manat dəyərində, üzük bir ədəd 585 əyarlı, 3.2 qram 288 manat olmaqla, cəmi 7191 (yeddi min bir yüz doxsan bir) manat dəyərində qızıl-zinət əşyaları naturada, olmadıqda onların dəyəri olan pul vəsaiti alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 60 (altmış) manat məbləğində mediyasiya xərci Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu tutularaq Dövlət gəlirlərinə alınsın. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-2080/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2080/2025
25.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver