Məhkəmə qərarları › İş №2(013)-2128/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-2128/2024

23.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-2128/2024 23.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İlham oğluna qarşı pul tələbi barədə mülki işə 23 iyul 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: Cavabdeh1 xx.xx.2024-cü ildə Ağdam Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdeh İddiaçı2 və İddiaçı1 16340 (on altı min üç yüz qırx) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddia ərizəsi xx.xx.2024-cü ildə Ağdam Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İddiaçı2 və İddiaçı1 xx.xx.2024-cü ildə Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh1 və Cavabdeh2 7650 manat, ödənilmiş dövlət rüsumu əvəzində 97 manat və vəkilə ödənilmiş məbləğə görə 300 manat alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı2 və İddiaçı1 iddia ərizəsi xx.xx.2024-cü ildə Tərtər Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı2 və İddiaçı1 həmin məhkəmənin icraatında olan Cavabdeh1 və Cavabdeh2 qarşı 7650 manat, ödənilmiş dövlət rüsumu əvəzində 97 manat və vəkilə ödənilmiş məbləğə görə 300 manat tələbinə dair iddia ərizəsi Cavabdeh1 iddia ərizəsi ilə bir icraatda baxılması üçün xx.xx.2024-cü ildə Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən yuxarıda göstərilən iddia tələbləri birləşdirilməlidir. Həmin maddədə qeyd olunmuşdur ki, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İlham oğluna qarşı pul tələbi barədə 2(013)-2128/2024 saylı mülki iş iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı pul tələbi barədə 2(013)-1177/2024 saylı mülki işə birləşdirilərək bir icraatda baxılsın. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar