Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2155/2025 27.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi nümayəndəsi – övladı X2 iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 27 avqust 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, 1993-cü ildə ünvan 1an sonra ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, 9-cu mkr, H.Abbasov küçəsi bina 18-də məskunlaşmışdır. Həyat yoldaşı N.B.Yusifov xx.xx.1995-ci ildə vəfat etmişdir və Binəqədi rayonu ərazisində dəfn olunmuşdur. Həyat yoldaşına ölüm haqqında şəhadətnaməsini almaq üçün aidiyyəti orqanlara müraciət etmiş, həyat yoldaşının adına ölümə əsas verən zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməsi izah olunduğunu qeyd etməklə həyat yoldaşı X1 xx.xx.1995-ci ildə Bakı şəhəri Binəqədi rayonunda vəfat etməsinin məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi qismində məhkəmədə izahat verən C.N.Yusifov ərizəni müdafiə edərək atasının xəstəlikdən vəfat etdiyini qeyd etməklə tələbin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X4 həmkəndlisi Ərizəçi əri N.B.Yusifovun 1995-ci ildə xəstəlikdən vəfat etdiyini və Bakı şəhəri yas mərasimində iştirak etdiyini bildirmişdir. Şahid qismində dindirilmiş X3 qızı həmkəndlisi Ərizəçi əri N.B.Yusifovun 1995-ci ildə xəstəlikdən vəfat etdiyini və Bakı şəhəri yas mərasimində iştirak etdiyini bildirmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 536-05/15 saylı arayışından görünür ki, Ərizəçi əri N.B.Yusifovun ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin xx.xx.2020-ci il tarixli №05/2- 172/69 saylı arayışından görünür ki, Ərizəçi ilə N.B.Yusifov arasında olan nikah xx.xx.1982-ci ildə Ağdam rayon Xıdırlı icra nümayəndəliyində 11 nömrə ilə qeydə alınmışdır. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Xıdırlı kənd inzibati ətrazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 135 saylı arayışından görünür ki, N.B.Yusifov xx.xx.1995-ci ildə Bakı şəhəri Binəqədi rayonunda vəfat etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi əri N.B.Yusifov xx.xx.1995-ci ildə Bakı şəhəri Binəqədi rayonunda xəstəlikdən vəfat etmiş və Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən qəbristanlıqda dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X1 xx.xx.1995-ci ildə Bakı şəhəri Binəqədi rayonunda xəstəlikdən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2155/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2155/2025
27.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver