Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2185/2024 02.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə mülki işə 02 oktyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh çəkisi 32 qram, əyarı 585, qiyməti 3840 manat olan qolbaq, boyunbağı, brilyant qaşlı sırğa-üzük dəsti, çəkisi 2,1 qram, əyarı 585, qiyməti 800 manat olan bir ədəd nişan üzüyü, həmin əmlakların naturada alınması mümkün olmadıqda onların dəyərinin və mebel dəstinin əvəzi olaraq verdikləri 3000 manat məbləğin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, xx.xx.2023-cü ildə Cavabdehla nişanlamış, xx.xx.2023-cü ildə toyu olmuş və Bakı şəhərində Orxanla kirayə tutulmuş evdə yaşamışdır. Nişan və toyu vaxtı ona əri tərəfindən çəkisi 32 qram, əyarı 585, qiyməti 3840 manat olan qolbaq, boyunbağı, brilyant qaşlı sırğa-üzük dəsti, çəkisi 2,1 qram, əyarı 585, qiyməti 800 manat olan bir ədəd nişan üzüyü hədiyyə edilmişdir. Toyun səhəri gün Orxan borcunun olduğunu ona deyərək qızıl dəstini onun əlindən alaraq satmışdır. Qızılların satılmasına razılıq verməmişdir. Orxan əvəzində yeni qızıl alacağını ona demiş, lakin almamışdır. Nişan üzüyünü isə evdə saxlamış, rayona gəlib qayıtdıqdan sonra evdə tapmamışdır. Orxan üzüyü lombarda qoyub pul götürdüyünü ona demişdir. xx.xx.2023-cü ilə qədər Orxanla birlikdə yaşamış, uşağı olmamış və həmin tarixdə ayrılmışlar. Orxan evinin olmadığını deyərək cehiz əvəzində ondan pul istəmiş, o isə valideynlərindən aldığı 3000 manat məbləği Orxana vermişdir. Tələb etməsinə baxmayaraq cavabdehin ona məxsus qızılları və 3000 manat pulu qaytarmaqdan imtina etdiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək bildirmişdir ki, Fənarənin tələb etdiyi qızılların çəkisi 32 qram deyil, 14 qram olmuşdur. Fənarəyə nişan və toyu vaxtı nişan üzüyü, qolbaq, boyunbağı, brilyant qaşlı sırğa-üzük dəsti hədiyyə etmişdir. Toydan ziyanla çıxdığı üçün qızıl dəstini Fənarənin razılığı ilə satmışdır. Fənarəyə məxsus nişan üzüyünü sonuncu itirmişdir. Fənarə ona cehiz üçün 3000 manat verməmişdir. Fənarə hər dəfə 600 manat olmaqla üç ay evin kirayə haqqını ödəmişdir. O, Fənarəyə məxsus nişan üzüyünü lombarda qoymuş və pul götürüb anasını müalicə etdirmişdir. İddianın əsassız olduğunu qeyd etməklə rədd olunmasını xahiş etmişdir. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə izahat verən X3 göstərmişdir ki, övladı Fənarəyə toyu vaxtı xırdavat cehiz vermişdir. Fənarəyə yataq dəsti almaq istəmiş, lakin Orxan kirayə yaşadığı evdə hər bir mebelin olduğunu deyərək yataq dəstinin pulunu istəmişdir. Bu səbəbdən Fənarə ilə birlikdə Orxana yataq dəsti əvəzində 3000 manat vermişlər. Məhkəmədə elan olunmuş «X2» MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, çəkisi 32 qram, əyarı 585 olan qolbaq, boyunbağı, brilyant qaşlı sırğaüzük dəstinin qiyməti 3840 manat, çəkisi 2,1 qram, əyarı 585 olan nişan üzüyünü qiyməti 800 manat təşkil edir. İddiaçının təqdim etdiyi fotoşəkildən görünür ki, onun üzərində sırğa-üzük, boyunbağı, qolbaq olmuşdur. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1385/2024 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdehla İddiaçı arasında xx.xx.2023-cü ildə 6 saylı Bakı «ASAN Xidmət» X1 1555 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə baxışında məlum olmuşdur ki, iddiaçıya toyu və nişanı vaxtı çəkisi 32 qram, əyarı 585, qiyməti 3840 manat olan qolbaq, boyunbağı, brilyant qaşlı sırğa-üzük dəsti, çəkisi 2,1 qram, əyarı 585, qiyməti 800 manat olan bir ədəd nişan üzüyü hədiyyə edilmişdir. Tərəflər arasında nikah münasibətləri pozulduqdan sonra çəkisi 32 qram, əyarı 585, qiyməti 3840 manat olan qolbaq, boyunbağı, brilyant qaşlı sırğa-üzük dəsti, çəkisi 2,1 qram, əyarı 585, qiyməti 800 manat olan bir ədəd nişan üzüyü cavabdehin qanunsuz istifadəsində qalmışdır. Hər iki tərəfin məhkəmədə verdikləri izahatlardan məlum olmuşdur ki, sözügedən qızıl əşyaları cavabdeh tərəfuindən satılmışdır. İddiaçı qızıllarının satılmasına razı olmadığını bildirmiş və belə olan halda cavabdeh iddiaçıya məxsus əmlakları satmaqda haqlı olmamışdır. Bu səbəbdən İddiaçı mülkiyyətində olan çəkisi 32 qram, əyarı 585, qiyməti 3840 manat olan qolbaq, boyunbağı, brilyant qaşlı sırğa-üzük dəsti, çəkisi 2,1 qram, əyarı 585, qiyməti 800 manat olan bir ədəd nişan üzüyünü cavabdehdən tələb etmək ixtiyarı vardır. Məhkəmə baxışında hər iki tərəfin verdiyi izahatlardan məlum olmuşdur ki, iddiaçıya məxsus çəkisi 32 qram, əyarı 585, qiyməti 3840 manat olan qolbaq, boyunbağı, brilyant qaşlı sırğa-üzük dəsti toyundan sonra cavabdeh tərəfindən onun əlindən alınaraq satılmış, çəkisi 2,1 qram, əyarı 585, qiyməti 800 manat olan bir ədəd nişan üzüyünü isə cavabdeh özünün etiraf etdiyi kimi lombarda qoyaraq pul götürmüşdür. Cavabdeh məhkəmədə izahat verərkən əvvəlcə iddiaçının nişan üzüyünün oğurlandığını bildirmiş, sonra isə onu özünün lombarda qoyduğunu demişdir. Bundan başqa cavabdeh iddiaçıdan 3000 manat almadığını, sonuncunun hər ay 600 manat kirayə haqqı ödədiyini demişdir. Həmçinin məhkəmədə dindirilmiş şahid də iddiaçının cavabdehə 3000 manat verdiyini təsdiq etmişdir. Cavabdehin müxtəlif mənzmunlu izahat verdiyindən məhkəmə onun həqiqəti danışmadığı, iddiaçının tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsində qeyd olunmuşdur ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 660.1-ci maddəsində qeyd olunmuşdur ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləşdirilməyibsə hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki işə baxılarkən məlum olmuşdur ki, cavabdeh iddiaçıya məxsus 3000 manat məbləği heç bir hüquqi əsas olmadan əldə etmişdir. Belə olan halda cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən 3000 manat məbləği geri qaytarmalıdır. Həmin maddədə göstərimişdir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsində göstərilmişdir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsində qeyd olunmuşdur ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının mediasiya xidmətinə ödədiyi məbləğ çıxıldıqdan sonra ödəməkdən azad edildiyi dövlət rüsumu əvəzində cavabdehdən 24,40 manat tutulmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh çəkisi 32 qram, əyarı 585, qiyməti 3840 manat olan qolbaq, boyunbağı, brilyant qaşlı sırğa-üzük dəsti, çəkisi 2,1 qram, əyarı 585, qiyməti 800 manat olan bir ədəd nişan üzüyü, həmin əmlakların naturada alınması mümkün olmadıqda onların dəyəri və mebel dəstinin əvəzi olaraq verilmiş 3000 (üç min) manat alınaraq İddiaçı verilsin. Cavabdeh 24 (iyirmi dörd) manat 40 (otuz) qəpik dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2185/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2185/2024
02.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver