Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2255/2025 03.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbi barədə mülki işə 03 sentyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh əyarı 583, çəkisi 7,3 qram, qiyməti 876 manat olan üzüyün naturada və ya dəyərinin, 480 manat məbləğin yarısı olan 240 manat məbləğin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər ailə qurmuş, xasiyyətləri düz gəlmədiyi üçün nikah 2024-cü ildə pozulmuşdur. Cavabdeh ayrılıb getməmişdən öncə iddiaçıya məxsus 583 əyarlı 876 manat dəyərində qızıl üzüyü aparmışdır. Həmçinin də birgə nikah dövründə evdə olan 480 manat pulu da aparmışdır. Halbuki, 480 manat məbləğin 240 manatı iddiaçıya çatmalı idi. Cavabdehin pulu aparması barədə xətti ilə yazdığı qəbz var. İddiaçının tələb etməsinə baxmayaraq cavabdeh əhəmiyyət verməyərək həmin qızılı və 480 manat pulun yarısı olan 240 manatı qaytarmaq istəmir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, İlahə ilə 2024-cü ildə evlənmiş və həmin il də boşanmışlar. İlahə təxminən 6 ay bundan əvvəl atası evinə getmişdir. İlahə atası evinə gedərkən ona məxsus qızıl üzüyü və evdə olan 480 manat pulu özü ilə aparmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, Tahirin evindən gedərkən özü ilə heç nə aparmamış, şiddətdən canını götürüb qaçmışdır. Həmin səbəbdən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1744/2024 saylı qətnaməsinin surətindən görünür ki, Murtuzayeva (Göyüşova) İlahə Novruz qızının iddiası təmin edilərək onunla İddiaçı arasında xx.xx.2023-cü ildə Bərdə Regional «ASAN Xidmət» X1 477 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddiaçı tərəf əyarı 583, çəkisi 7,3 qram, qiyməti 876 manat olan üzüyün və 480 manat məbləğin mövcudluğunu və onların cavabdehin qanunsuz sahibliyində olmasını məhkəmədə sübut edə bilməmişdir. Göstərilən səbəbdən T.C. Murtuzayevin tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi iddiaçı öz tələblərini məhkəmədə əsaslandıra bilməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 ,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı əyarı 583, çəkisi 7,3 qram, qiyməti 876 manat olan üzüyün naturada və ya dəyərinin, 480 manat məbləğin yarısı olan 240 manat tələbi barədə iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2255/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2255/2025
03.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver