Məhkəmə qərarları › İş №2(013)-226/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-226/2024

07.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-226/2024 07.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ağdam rayon Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə 07 mart 2024-cü il tarixdə Ağdam rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qızı X1 04 yanvar 1997-ci ildə Ağdam rayonu, İmamqulubəyli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə ərizə təqdim edərək qeyd olunan ərizənin, ona əlavə olunmuş sənədlərin və ödədiyi 100 manat dövlət rüsumunun geri qaytarılmasını, işin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə ərizəçinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçi tərəfindən ərizənin, ona əlavə olunmuş sənədlərin geri qaytarılması və işin baxılmamış saxlanılması barəsində ərizə verildiyinə və maraqlı şəxsin işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, ərizəçinin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, mübahisə ilə bağlı ərizənin, ona əlavə olunmuş sənədlərin və ödədiyi 100 manat dövlət rüsumunun geri qaytarılmasını, işin baxılmamış saxlanılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri tərəflərə izah edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Kapitalbank” ödəniş qəbzindən görünür ki, Ərizəçi tərəfindən (büdcə səviyyə kodu 1) 100.0 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rusumu qaytarılır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ödənilmiş 100.0 manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi mərhum qızı X1 04 yanvar 1997-ci ildə Ağdam rayonu, İmamqulubəyli kəndində ölməsi faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən xx.xx.2023-cü il tarixdə (büdcə səviyyə kodu 1) dövlət rüsumu qismində ödənilmiş 100.0 (bir yüz) manat pul vəsaiti Ərizəçi geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar