Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2286/2023 11.10.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə mülki işə 11 oktyabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində mərhum atası X1 xx.xx.1990-cı ildə Ağdam rayonunun Xındırıstan ərazi nümayəndəliyinin Yüzbaşlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, atası Kərrar Mustafayev xx.xx.1990-cı il tarixdə xəstəlikdən vəfat etmiş və Baharlı kənd qəbristanlığında dəfn olunmuşdur. Həmin vaxt səriştəsizlikdən atasının ölümünü qeyd etdirməmişdir. Adlarına olan pay torpağa çıxarış almaq üçün müraciət etmiş, həmin vaxt atasının ölüm haqqında şəhadətnaməsi olmadığından çıxarış verilməsi mümkün olmamışdır. Atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün aidiyyəti orqanlara müraciət etmiş, ona məhkəməyə müraciət etməsi izah edilmişdir. K.C.Mustafayevin ölüm haqqında şəhadətnaməsini almaq üçün faktın müəyyən edilməsi zərurəti yarandığını qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Ağdam Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəblərdən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X3 qonşusu Ərizəçi atası K.C.Mustafayevin xx.xx.1990-cı ildə xəstəlikdən vəfat etdiyini və Ağdam rayonunun Baharlı kənd qəbristanlığında dəfn olunduğunu bildirmişdir. Şahid qismində məhkəmədə izahat verən X2 həmkəndlisi Ərizəçi atası K.C.Mustafayevin xx.xx.1990-cı ildə xəstəlikdən vəfat etdiyini və Ağdam rayonunun Baharlı kənd qəbristanlığında dəfn olunduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 420-05/15 saylı arayışından görünür ki, Ərizəçi atası K.C.Mustafayevin ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi izah olunmuşdur. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 555 saylı arayışınan görünür ki, K.C.Mustafayev xx.xx.1990-cı ildə vəfat etmiş və Ağdam Rayonunun Baharlı kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi atası K.C.Mustafayev xx.xx.1990-cı ildə Ağdam rayonunun Yüzbaşlı kəndində vəfat etmiş və Baharlı kənd qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X1 xx.xx.1990-cı ildə Ağdam Rayon İcra Hakimiyyəti başçısının Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Yüzbaşlı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2286/2023
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2286/2023
11.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver