Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2307/2025 20.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 20 oktyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, həyat yoldaşı X4 qəflətən yaşadıqları evdə vəfat etmiş, lakin ona ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda ölüm haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etməli olduğunu, başqa qaydada şəhadətnamə almaq mümkün olmadığını qeyd etməklə mərhum həyat yoldaşı X1 xx.xx.2025-ci ildə ölməsi faktıın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək əri A.M.İsmayılovun xx.xx.2025-ci ildə Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 31/66 ünvanında yerləşən yataqxanada xəstəlikdən vəfat etdiyini qeyd etməklə təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs2 nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə baxışına gələmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1 nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə baxışına gələmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X3 qardaşı A.M.İsmayılovun xx.xx.2025ci ildə Bakı şəhəri Yasamal rayonunda xəstəlikdən vəfat etdiyini və Ağcabədi rayonunda dəfn olunduğunu bildirmişdir. Şahid qismində məhkəmədə izahat verən X2 qayını A.M.İsmayılovun xx.xx.2025-ci ildə Bakı şəhəri Yasamal rayonunda xəstəlikdən vəfat etdiyini və Ağcabədi rayonunda dəfn olunduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş Bakı şəhəri Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli 3-15- 5/7-15-1746 saylı arayışından görünür ki, ərizəçiyə A.M.İsmayılovun ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ağcabədi Rayon Qaravəlli Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 230 saylı arayışından görünür ki, A.M.İsmayılov xx.xx.2025-ci ildə vəfat etmiş, Ağcabədi rayonunun Qiyamadınlı kənd qəbristanlığında dəfn olunmuşdur. AZ-İ № 452104 saylı şəhadətnamənin surətindən görünür ki, X4 ilə Ərizəçi arasında olan nikah xx.xx.2009-cu ildə Ağdam Rayon İcra Hakimiyyəti başçısının Qasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 04 nömrə ilə qeydə alınmışdır. AZE № 16915836 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1966cı ildə Laçın rayonunun Kirov sovxozunda anadan olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi əri A.M.İsmayılov xx.xx.2025ci ildə Bakı şəhəri Yasamal rayonunda xəstəlikdən vəfat etmiş və Ağcabədi rayonu Qiyamadınlı kənd qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X1 xx.xx.2025-ci ildə Bakı şəhəri Yasamal rayonunda xəstəlikdən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2307/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2307/2025
20.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver