Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-240/2024 04.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak və ya dəyərinin tələbi barədə mülki işə 04 mart 2024cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 500 manat dəyərində işıqlı lövhə, 35 manat dəyərində məhrəba şəliti, 200 manat dəyərində rəf, 250 manat dəyərində palto, 50 manat dəyərində gödəkçə, hər biri 50 manat dəyərində iki cüt idman ayaqqabısı, hər birinin dəyəri 30 manat olan 10 cüt kirayə ayaqqabılar, cəmi dəyəri 300 manat olan xonçalar, maşın bəzəkləri, 5000 manat dəyərində üç cür dizain, 800 manat dəyərində tüstü aparatı, 150 manat dəyərində köpük aparatı, 250 manat dəyərində zər aparatı, 180 manat dəyərində vulkan aparatı, 2200 manat dəyərində 21 ədəd gəlinlik, 150 manat dəyərində ariston, 100 manat dəyərində su çəni, 45 manat dəyərində su motoru, 50 manat dəyərində əl-üz yuyan, hər birinin dəyəri 35 manat olan qaz balonu, 100 manat dəyərində özünə məxsus əşya və geyimlərinin naturada və ya dəyəri olan 10630 (on min altı yüz otuz) manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-240/2024 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin icraatında İddiaçı Cavabdeh qarşı pul və əmlak tələbi barədə iddia, Cavabdeh İddiaçı qarşı torpaq sahəsindən və tikintidən çıxarılma tələbi barədə qarşılıqlı ərizəsi əsasında toplanmış 2-2(115)-1309/2023 saylı mülki iş üzrə qətnamə qanuni qüvvəyə minənə qədər Ağdam Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı əmlak və ya dəyərinin tələbi barədə 2(013)- 240/2024 saylı mülki işin icraaatı dayandırılmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddiadan imtina etdiyini bildirərək iş üzrə icraatın təzələnib mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-240/2024 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı sözügedən mülki iş üzrə iddia ərizəsində tələb etdiyi əmlakları cavabdehdən aldığını, bu səbəbdən iddiadan imtina etdiyini bildirərək mülki işin icraatna xitam verilməsini xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh İddiaçı tələb etdiyi əmlakları ona məxsus qeyri yaşayış obyektindən götürdüyünü qeyd etməklə mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul olunmuşdur. Belə olan halda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin maddədə göstərilmişdir ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı 500 manat dəyərində işıqlı lövhə, 35 manat dəyərində məhrəba şəliti, 200 manat dəyərində rəf, 250 manat dəyərində palto, 50 manat dəyərində gödəkçə, hər biri 50 manat dəyərində iki cüt idman ayaqqabısı, hər birinin dəyəri 30 manat olan 10 cüt kirayə ayaqqabılar, cəmi dəyəri 300 manat olan xonçalar, maşın bəzəkləri, 5000 manat dəyərində üç cür dizain, 800 manat dəyərində tüstü aparatı, 150 manat dəyərində köpük aparatı, 250 manat dəyərində zər aparatı, 180 manat dəyərində vulkan aparatı, 2200 manat dəyərində 21 ədəd gəlinlik, 150 manat dəyərində ariston, 100 manat dəyərində su çəni, 45 manat dəyərində su motoru, 50 manat dəyərində əl-üz yuyan, hər birinin dəyəri 35 manat olan qaz balonu, 100 manat dəyərində özünə məxsus əşya və geyimlərinin naturada və ya dəyəri olan 10630 (on min altı yüz otuz) manat tələbi barədə mülki işin icraatına xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-240/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-240/2024
04.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver