Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2423/2024 09.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ölüm faktının müəyyən edilməsinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlu, 02 yanvar 1984-cü il təvəllüdlü X4 05 noyabr 1993-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, oğlu 02 yanvar 1984-cü il təvəllüdlü X9 05 noyabr 1993-cü il tarixdə vəfat etmişdir. Mehman Ağdam Rayonu X1 dəfn edilmiş, yas mərasimləri keçirilmişdir. Həyat yoldaşı 4 uşaq anası olduğu üçün sosial pensiya alır. Həmin pensiyanın alınmasını davam etdirmək üçün müvafiq sənədləri toplayarkən Ağdam Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, şöbənin xx.xx.2024-cü il tarixli, 878-05/15 saylı arayışından görünür ki, arxivdə və avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və oğlu M.Quliyev barəsində ölüm haqqında heç bir məlumat olmadığı aşkar olunmuş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, 4 övladı olmuşdur. Mehman adlı uşaq onların 3-sü olmuş, xəstə olmuş və 05 noyabr 1993-cü ildə vəfat etmişdir. Uşağı Tağıbəyli kəndinin qəbristanlığında dəfn etmişlər. Pensiya təminatı ilə bağlı ondan uşağın ölüm sənədini istəyirlər. Sonradan kənd ermənilər tərəfindən işğal olunmuş, qəbristanlıq da dağıdılmışdır. Ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs qismində Ağdam Rayon Qeydiyyat Şöbəsi məhkəməyə nümayəndəsini göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X10 göstərdi ki, Ərizəçi tanıyır, Asifin qaynıdır. Asifin oğlu 02 yanvar 1984-cü il təvəllüdlü X9 anadan olanda xəstə olmuş, ona edilən müalicələr nəticə verməmişdir. Mehman 05 noyabr 1993-cü il tarixdə vəfat etmiş və onu Ağdam rayonu X1 dəfn edilmiş, yas mərasimləri keçirilmişdir. Həmin mərasimlərdə iştirak etmişdir. Ərizəçinin göstərdikləri həqiqətdir. Məhkəmə iclasında şahid qismində izahat verən X8 göstərdi ki, Ərizəçi tanıyır, özü Suma kəndində yaşayıb, Asifgil isə Tağıbəyli kəndində. Asifin oğlu Mehman 1984-cü il təvəllüdlü olmuş, uşaq anadan olandan xəstə olmuşdur. Mehmanı uzun müddət müalicə etmişlər, lakin faydası olmamışdır. Mehman 1993-cü il tarixdə, hələ kəndləri işğal olunmamış vəfat etmiş və onu rayonun X1 dəfn etmişlər, yas mərasimləri keçirilmiş, həmin mərasimlərdə iştirak etmişdir. Ərizəçinin göstərdikləri həqiqətdir. İş materiallarında olan AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1956-cı ildə Ağdam Rayon Tağıbəyli kəndində anadan olmuş, həmin kəndin qeydiyyatındadır. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Ağdam rayonu Bölməsi tərəfindən 15 avqust 2024-cü il tarixdə verilmiş 395 saylı arayışdan görünür ki, iddiaçı Ərizəçi Ağdam rayonu Tağıbəyli kəndindən məcburi köçkün düşmüş və hazırda rayonun X6 müvəqqəti yaşayır. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının İkinci Dördyol Qəsəbə üzrə Nümayəndəliyinin 15 avqust 2024-cü il tarixli, 5-31-42/2-113/2024 saylı arayışından görünür ki, ərizəçi Quliyev X11 97 saylı evdə məskunlaşıb. X2 surətindən görünür ki, X9 02 yanvar 1984-cü il ildə Ağdam rayonu Tağıbəyli kəndində doğulmuş, valideynləri, atası Ərizəçi və anası Başxanım Quliyevadır. X3 surətindən görünür ki, Ərizəçi ilə Qarayeva Başxanım Calal qızı arasında 27 iyul 1979-cu il tarixdə 18 sayla nikah qeydi aparılmışdır. Ağdam Rayon Qeydiyyat Şöbəsinin 30 iyul 2024-cü il tarixli arayışı ilə bildirilmişdir ki, xx.xx.1993cü ildə Ağdam rayonu Tağıbəyli kəndində vəfat etmiş X4 arxivdə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Ağdam Rayon X7 Hüquqi Şəxsinin 09 sentyabr 2024-cü il tarixli, 18-1-21/3-3319/2024 saylı arayışı ilə məhkəməyə bildirilir ki, Ağdam Şəhəri işğal olunduğundan 1993-cü ilə qədər olan dövr üzrə arxiv sənədləri işğal zonasında qalmış, ona görə də Menhman Quliyev barədə hər hansı sənədin verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi faktlardan biri də şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.3-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Qərarın 9.4-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Ərizəçi bildirir ki, müxtəlif səbəblərdən oğlunun ölümü ilə bağlı müvafiq şəhadətnamə almamışlar və müraciət etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 02 yanvar 1984-cü il təvəllüdlü X4 05 noyabr 1993-cü il tarixdə Ağdam Rayon Tağıbəyli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən 1 /bir/ ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-2423/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2423/2024
09.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver