Məhkəmə qərarları › İş №2(013)-2446/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2446/2024

06.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2446/2024 06.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinın ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 06 noyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində mərhum qızı X1 xx.xx.1998-ci ildə, oğlu X2 xx.xx.2000-ci ildə Ağdam rayonunun Eyvazlı kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, qızı Elmira Cfərova xx.xx.1998-ci ildə və oğlu İlhamiz Cəfərov xx.xx.2000-ci il tarixdə xəstəlikdən vəfat etmiş və Ağdam rayonunun Eyvazlı kənd qəbristanlığında dəfn olunmuşlar. Həmin vaxt səriştəsizlikdən uşaqlarının ölümünü qeyd etdirməmişdir. Uşaqlarına ölüm haqqında şəhadətnaməsini almaq üçün aidiyyəti orqanlara müraciət etmiş, ona məhkəməyə müraciət etməsi izah edilmişdir. E.Ərizəçi və İ.Ərizəçi ölüm haqqında şəhadətnaməsini almaq üçün faktın müəyyən edilməsi zərurəti yarandığını qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Ağdam Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəblərdən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X4 əmisi nəvəsi E.Ərizəçinın xx.xx.1998ci ildə və İ.Ərizəçi xx.xx.2000-ci ildə Ağdam rayonunun Eyvazlı kəndində xəstəlikdən vəfat etdiklərini və Ağdam rayonunun Eyvazlı kənd qəbristanlığında dəfn olunduqlarını bildirmişdir. Şahid qismində dindirilmiş X3 əmisi nəvəsi E.Ərizəçinın xx.xx.1998-ci ildə və İ.Ərizəçi xx.xx.2000-ci ildə Ağdam rayonunun Eyvazlı kəndində xəstəlikdən vəfat etdiklərini və Ağdam rayonunun Eyvazlı kənd qəbristanlığında dəfn olunduqlarını bildirmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 932-05/15 saylı və 931-05/15 saylı arayışlarından görünür ki, Ərizəçi qızı E.Ərizəçinın və oğlu İ.Ərizəçi ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçinın qızı E.Ərizəçi xx.xx.1998ci ildə, oğlu İ.Ərizəçi isə xx.xx.2000-ci ildə Ağdam rayonu Eyvazlı kəndində xəstəlikdən vəfat etmiş və Ağdam rayonunun Eyvazlı kənd qəbristanlığında dəfn olunmuşlar. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X1 xx.xx.1998-ci ildə Ağdam rayonu Eyvazlı kəndində vəfat etməsi faktı müəyyən edilsin. X2 xx.xx.2000-ci ildə Ağdam rayonu Eyvazlı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar