Məhkəmə qərarları › İş №2(013)-2489/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2489/2024

26.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2489/2024 26.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə mülki işə 26 dekabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh əyarı 585, qiyməti 2500 manat olan sırğa-üzük, qolbaq, boyunbağı dəsti, çəkisi 3 qram, əyarı 585, qiyməti 270 manat olan nişan üzüyü, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan boyunbağı, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan bilərzik, çəkisi 1 qram, əyarı 585, qiyməti 90 manat olan sırğa, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan üzük, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan üzük, çəkisi 3 qram, əyarı 585, qiyməti 270 manat olan üzük, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan üzük, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan üzük, çəkisi 3 qram, əyarı 585, qiyməti 270 manat olan üzük, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan üzük, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan üzük, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan üzük, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan uşaq sırğası, həmin əmlaklar olmadıqda dəyərinin, mediasiya xidməti üçün ödədiyi məbləğ əvəzində 50 manat və ödənilmiş dövlət rüsumu əvəzində 22 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, xx.xx.2014-cü ildə Cavabdehla nişanlanmış və ona nişan üzüyü hədiyyə edilmişdir. Bundan sonra xx.xx.2014-cü ildə qızıl dəsti alınmışdır. 2015-ci ilin may ayında ərə gedərək Bərdə rayonu 866 saylı qəsəbədə yerləşən mənzilə gəlin köçmüşdür. Gəlin köçdükdən bir neçə ay sonra əri ona məxsus qızılları zorla onun əlindən alaraq satmışdır. Hazırda cavabdehlə ayrılmış, Elmir iki uşağı götürərək qaçmış, bir uşaq isə onun himayəsində qalmışdır. Elmir toya aid şəkil və diskləri , bütün sübutları məhv etmişdir. Məhkəməyə dəvət olunacaq şahidinin olmadığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir səbəb göstərmədən təkrarən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş AZ-İ № 248472, AZ-T № 248471 və AZ-İV № 664586 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2016-cı ildə Ruqəyya, xx.xx.2017-ci ildə Humay və xx.xx.2021-ci ildə Emil adlı uşaqları olmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-2608/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası qismən təmin edilərək onunla Cavabdeh arasında xx.xx.2015-ci ildə Bərdə Regional «ASAN Xidmət» X1 36 nömrə ilə qeydə alınmış nikah pozulmuş, hər üç uşaq anasının himayəsində saxlanılmış və onların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 140 manat olmaqla cəmi 420 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddiaçı tərəf əyarı 585, qiyməti 2500 manat olan sırğa-üzük, qolbaq, boyunbağı dəsti, çəkisi 3 qram, əyarı 585, qiyməti 270 manat olan nişan üzüyü, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan boyunbağı, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan bilərzik, çəkisi 1 qram, əyarı 585, qiyməti 90 manat olan sırğa, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan üzük, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan üzük, çəkisi 3 qram, əyarı 585, qiyməti 270 manat olan üzük, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan üzük, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan üzük, çəkisi 3 qram, əyarı 585, qiyməti 270 manat olan üzük, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan üzük, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan üzük, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan üzük, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan uşaq sırğasının mövcudluğunu və onların cavabdehin qanunsuz sahibliyində olmasını məhkəmədə sübut edə bilməmişdir. Göstərilən səbəbdən İddiaçı tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi iddiaçı öz tələblərini məhkəmədə əsaslandıra bilməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əmlak tələbi barədə iddia əsassız olduğundan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının mediasiya xidmətinə ödədiyi məbləğ əvəzində cavabdehdən 50 manat və ödənilmiş dövlət rüsumu əvəzində 22 manat tələbi də rədd edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 ,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı əyarı 585, qiyməti 2500 manat olan sırğa-üzük, qolbaq, boyunbağı dəsti, çəkisi 3 qram, əyarı 585, qiyməti 270 manat olan nişan üzüyü, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan boyunbağı, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan bilərzik, çəkisi 1 qram, əyarı 585, qiyməti 90 manat olan sırğa, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan üzük, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan üzük, çəkisi 3 qram, əyarı 585, qiyməti 270 manat olan üzük, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan üzük, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan üzük, çəkisi 3 qram, əyarı 585, qiyməti 270 manat olan üzük, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan üzük, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan üzük, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan üzük, çəkisi 2 qram, əyarı 585, qiyməti 180 manat olan uşaq sırğası, həmin əmlaklar olmadıqda dəyərinin, mediasiya xidməti üçün ödədiyi məbləğ əvəzində 50 manat və ödənilmiş dövlət rüsumu əvəzində 22 manat tələbi barədə iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar