Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2496/2025 03.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 03 sentyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, anası Səfurə Hüseynova xx.xx.2025-ci il tarixdə Bərdə rayonunda vəfat etmiş və Bərdə rayonunun Kətəlparaq kənd qəbristanlığında dəfn olunmuşdur. Həmin vaxt bilməməzlikdən anasının ölümünü qeyd etdiməmişdir. Anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün aidiyyəti orqanlara müraciət etmiş, ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Faktın müəyyən olunması məcburi köçkün kimi qeydiyyata alınması ilə bağlı ölüm haqqında şəhadətnamə almaq üçün lazım olduğunu qeyd etməklə mərhum anası X1 xx.xx.2025-ci ildə Bərdə şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəblərdən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X3 xalası oğlunun arvadı S.N.Hüseynovanın xx.xx.2025-ci ildə Bərdə rayonunda xəstəlikdən vəfat etdiyini və Bərdə rayonunun Kətəlparaq kənd qəbristanlığında dəfn olunduğunu bildirmişdir. Şahid qismində dindirilmiş X2 qonşusu Ərizəçi anası S.N.Hüseynovanın xx.xx.2025-ci ildə xəstəlikdən vəfat etdiyini və Bərdə rayonunun Kətəlparaq kənd qəbristanlığında dəfn olunduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 675-05/15 saylı arayışından görünür ki, Ərizəçi anası S.N.Hüseynovanın ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bərdə Rayon nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 597 saylı arayışından görünür ki, S.N.Hüseynova xx.xx.2025-ci ildə vəfat etmişdir. Respublika Təcili və Təxirəsalınmaz Tibbi yardım X7 Şəxsin xx.xx.2025-ci il tarixli 8351 saylı arayışından görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanına çağırış olmuş, S.N.Hüseynova həkiməqədərə ölmüşdür. V-JQ № 273009 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi S.N.Hüseynovanın oğludur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi anası S.N.Hüseynova xx.xx.2025-ci ildə Bərdə rayonunda xəstəlikdən vəfat etmiş və Bərdə rayonunun Kətəlparaq kənd qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X1 xx.xx.2025-ci ildə Bərdə rayonunda xəstəlikdən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2496/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2496/2025
03.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver