Məhkəmə qərarları › İş №2(013)-2512/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2512/2024

26.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2512/2024 26.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ölüm faktın müəyyən edilməsinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlu, X4 xx.xx.1997-ci ildə Ağdam rayonu Xındırıstan kəndində və oğlu X3 xx.xx.2022-ci ildə Bərdə rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, oğlu X10 02 oktyabr 1987-ci ildə anadan olmuş və xx.xx.1997-ci ildə Ağdam rayonu Xındırıstan kəndində vəfat etmiş və onu həmin kənd qəbristanlığında dəfn etmişlər, oğlu X7 isə 01 yanvar 1994-cü ildə anadan olmuş və xx.xx.2022-ci ildə Bərdə rayonunda vəfat etmiş və onu Bərdə şəhər qəbristanlığında dəfn etmişlər. Övladları uşaq olduqlarndan və maddi imkanının olmaması səbəbindən onlara baş daşı düzəltdirə bilməmiş, aradan uzun illər keçdiyi üçün qəbrlərin yeri itmiş və bu səbəbdən qəbrlərin fotoşəkillərini təqdim edə bilmir. Həmin vaxt savadsızlıqdan öğlanlarının ölümünü qeyd etdirməmiş və ölüm haqqında şəhadətnamə almamışlar. Pensiyaya çıxması ilə bağlı övladlarının ölüm haqqında şəhadətnamələrini ondan tələb edirlər. Onlara ölüm haqqında şəhadətnamə almaq üçün Ağdam Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, ölümün qeydə alınmasına əsas verən zəruri sənədlər olmadığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Faktın müəyyən olunması ona pensiya təminatı ilə lazımdır. Həmin faktı dəfn və yas mərasimlərində iştirak etmiş şahidlər Bərdə rayonu Meşəçilik ərazisində yaşayan X2 və X8 təsdiq edə bilərlər. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, Elçin adlı oğlu 1987-ci ildə anadan olub, uşaq xəstə olub, bununla bağlı xəstəxanalarda yatıb, lakin uşağı xilas etmək mümkün olmamış, xx.xx.1997-ci ildə Ağdam rayonu Xındırıstan kəndində vəfat etmiş, həmin kənddə dəfn edilmişdir. Digər oğlu Elbrus 1994-cü ildə anadan olmuş, müalicələr edilməsinə baxmayaraq 10 yaşında xx.xx.2022-ci ildə 10 yaşında Bərdə şəhərində ölmüş, rayonun Əliyanlı kəndində dəfn edilmişdir. Həmin vaxtlar qaçqınçılıq vaxtları olub, uşaqların məzarlarını düzəltdirməyiblər. Hazırda pensiya təminatı ilə bağlı ondan həmin uşaqların ölüm şəhadətnamələrini istəyirlər. Buna görə də məhkəməyə müraciət edib. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs qismində Ağdam Rayon Qeydiyyat Şöbəsi məhkəməyə nümayəndəsini göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X8 göstərdi ki, 1-ci Qarabağ Müharibəsinin iştirakçısıdır, hərbiçi olmuş, Ərizəçi tanıyır, həmkəndlidirlər. Ərizəçinin 4 övladı anadan olmuş, onlardan Elçin 1997-ci ildə Xındırıstan kəndində vəfat etmiş, orada dəfn olunmuş, dəfn mərasimində iştirak etmişdir. Ərizəçinin digər oğlu Elbrus isə Bərdədə vəfat etmiş, rayonun Əliyanlı kəndində dəfn olunmuşdur, həmin uşaqğın da dəfn mərasimində iştirak edib. Ərizəçinin 4 uşağından hazırda Nizami adlı oğlu və Nüşabə adlı qızı yaşayırlar. Məhkəmə iclasında şahid qismində izahat verən X2 göstərdi ki, Ərizəçi onun qardaşı arvadıdır. Ərizəçinin Elçin adlı oğlu 1987-ci ildə anadan olub, 1997-ci ildə Xındırıstan kəndində vəfat etmiş və orada da dəfn olunmuşdur. Ərizəçinin digər oğlu Elbrus isə 1994-cü ildə anadan olub, 2002-ci ildə Bərdə şəhərində vəfat etmiş, rayonun Əliyanlı kəndində dəfn olunmuşdur. Uşaqların dəfn mərasimlərində özü iştirak edib. İş materiallarında olan AZE 0******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1959-cu ildə Bərdə şəhərində anadan olmuş, Ağdam rayonu Xıdırlı kəndinin qeydiyyatındadır. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən 01 may 2024-cü il tarixdə verilmiş AA 502929 seriyalı X6 surətindən görünür ki, Ərizəçi Ağdam rayonundan məcburi köçkündür. X1 surətindən görünür ki, ərizəçinin oğlu X10 02 oktyabr 1987-ci ildə Ağdam rayonu Xıdırlı kəndində doğulmuş, valideynləri, atası Elxan Hacıyev və anası Rahilə Hacıyevadır. Doğum Haqqında digər bir Şəhadətnamənin surətindən görünür ki, ərizəçinin oğlu X7 01 yanvar 1994-cü ildə Bərdə rayonunda doğulmuş, valideynləri, atası Elxan Hacıyev və anası Rahilə Hacıyevadır. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Xıdırlı Kənd İƏD üzrə Nümayəndəliyinin 26 avqust 2024-cü il tarixli, 104 saylı arayışından görünür ki, Ərizəçi Ağdam rayonu Xıdırlı kənd sakini olmaqla onun övladları : X10 xx.xx.1997-ci il tarixdə Ağdam rayonu Xındırıstan kəndində vəfat etmiş, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Bərdə şəhərində dəfn edilmişdir. Ağdam Rayon Qeydiyyat Şöbəsinin 27 avqust 2024-cü il tarixli, 998-05/15 saylı arayışı ilə bildirilmişdir ki, xx.xx.1997-ci il tarixdə Ağdam rayonu Xındırıstan kəndində vəfat etmiş X4 arxivdə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ağdam Rayon Qeydiyyat Şöbəsinin 27 avqust 2024-cü il tarixli, 997-05/15 saylı başqa bir arayışı ilə bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə Bərdə rayonuda vəfat etmiş X3 arxivdə ölüm haqqında akt qeydi aşkar olunmamışdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi faktlardan biri də şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.3 bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Qərarın 9.4-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Ərizəçi bildirir ki, müxtəlif səbəblərdən oğlanlarının ölümü ilə bağlı müvafiq şəhadətnamə almamışlar və müraciət etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi - oğlu, 02 oktyabr 1987-ci ildə anadan olmuş X4 xx.xx.1997-ci ildə Ağdam rayonu Xındırıstan kəndində və oğlu, 01 yanvar 1994-cü ildə anadan olmuş X3 xx.xx.2022-ci ildə Bərdə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən 1 /bir/ ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar