Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2513/2024 20.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi ümayəndəsi – atası X1 iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 20 noyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində mərhum qızı X2 xx.xx.2024-cü ildə Mingəçevir şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi qismində məhkəmədə izahat verən A.S.Balakişiyev ərizəni müdafiə edərək bildirmişdir ki, nəvəsi Xumar Bayramova xx.xx.2024-cü ildə Mingəçevir şəhərində xəstəlikdən vəfat etmiş, Bərdə rayonunun Soğanverdilər kənd qəbristanlığında dəfn olunmuşdur. Həmin vaxt səriştəsizlikdən Ərizəçi qızının ölümünü qeyd etdirməmişdir. Qızı Ərizəçi nəvəsinə ölüm haqqında şəhadətnamə almaq üçün aidiyyəti orqanlara müraciət etmiş, ona məhkəməyə müraciət etməsi izah edilmişdir. X.S.Bayramovanın ölüm haqqında şəhadətnaməsini almaq üçün faktın müəyyən edilməsi zərurəti yarandığını qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Ağdam Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəblərdən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X5 qonşusu Ərizəçi qızı X.S.Bayramovanın xx.xx.2024-cü ildə Mingəçevir şəhərindəndə xəstəlikdən vəfat etdiklərini və Bərdə rayonunun Soğanverdilər kənd qəbristanlığında dəfn olunduğunu bildirmişdir. Şahid qismində dindirilmiş X3 qardaşı nəvəsi X.S.Bayramovanın xx.xx.2024-cü ildə Mingəçevir şəhərindəndə xəstəlikdən vəfat etdiyini və Bərdə rayonunun Soğanverdilər kənd qəbristanlığında dəfn olunduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 995-05/15 saylı arayışından görünür ki, Ərizəçi qızı X.S.Bayramovanın ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi qızı X.S.Bayramova xx.xx.2024-cü ildə Mingəçevir şəhərində xəstəlikdən vəfat etmiş və Bərdə rayonunun Soğanverdilər kənd qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X2 xx.xx.2024-cü ildə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2513/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2513/2024
20.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver