Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2548/2024 27.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 27 noyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində mərhum qızları X1 xx.xx.1998ci ildə, X2 xx.xx.2008-ci ildə Bərdə rayonu Ərəb bir çadır şəhərciyində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, qızıları Səadət Xanquliyeva xx.xx.1998-ci ildə və Ruhiyyə Quliyeva xx.xx.2008-ci il tarixdə xəstəlikdən vəfat etmiş və Bərdə rayonunun Şorəlli kənd qəbristanlığında dəfn olunmuşlar. Həmin vaxt səriştəsizlikdən uşaqlarının ölümünü qeyd etdirməmişdir. Uşaqlarına ölüm haqqında şəhadətnaməsini almaq üçün aidiyyəti orqanlara müraciət etmiş, ona məhkəməyə müraciət etməsi izah edilmişdir. S.Ə.Xanquliyeva və R.Ə.Quliyevanın ölüm haqqında şəhadətnaməsini almaq üçün faktın müəyyən edilməsi zərurəti yarandığını qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bərdə Regional "Asan Xidmət" X3 nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəblərdən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X5 bacısı qızları S.Ə.Xanquliyevanın xx.xx.1998-ci ildə və R.Ə.Quliyevanın xx.xx.2008-ci ildə Bərdə rayonunun Ərəb bir çadır şəhərciyində xəstəlikdən vəfat etdiklərini və Bərdə rayonunun Şorəlli kənd qəbristanlığında dəfn olunduqlarını bildirmişdir. Şahid qismində dindirilmiş X7 qonşusu Ərizəçi qızları S.Ə.Xanquliyevanın xx.xx.1998-ci ildə və R.Ə.Quliyevanın xx.xx.2008-ci ildə Bərdə rayonunun Ərəb bir çadır şəhərciyində xəstəlikdən vəfat etdiklərini və Bərdə rayonunun Şorəlli kənd qəbristanlığında dəfn olunduqlarını bildirmişdir. Məhkəmədə elan olunmuş Bərdə Regional “Asan Xidmət” X3 xx.xx.2024-cü il tarixli 3-16-5/8-7xx/xx-2024 saylı arayışından görünür ki, Ərizəçi qızları S.Ə.Xanquliyevanın və R.Ə.Quliyevanın ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Xatınbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-31-35/3-2-36/2024 saylı arayışından görünür ki, xx.xx.1988-ci ildə anadan olmuş S.Ə.Xanquliyeva 1998-ci ilin may ayında, xx.xx.1999-cu ildə anadan olmuş R.Ə.Quliyeva 2008-ci ilin sentyabr ayında vəfat etmişlər. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi qızları S.Ə.Xanquliyeva xx.xx.1998-ci ildə, R.Ə.Quliyeva isə xx.xx.2008-ci ildə Bərdə rayonu Ərəb bir çadır əhərciyində xəstəlikdən vəfat etmiş və Bərdə rayonunun Şorəllil kənd qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X1 xx.xx.1998-ci ildə Bərdə rayonu Ərəb bir çadır şəhərciyində vəfat etməsi faktı müəyyən edilsin. X2 xx.xx.2008-ci ildə Bərdə rayonu Ərəb bir çadır şəhərciyində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2548/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2548/2024
27.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver