Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2610/2025 15.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinın ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 15 oktyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, anası X3 xx.xx.1942-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. Anası mütəmadi olaraq bir neçə xəstəlikdən əziyyət çəkmiş və müalicə almışdır. X8 xx.xx.2025-ci ildə insult keçirmiş, müalicə olunmasına baxmayaraq xx.xx.2025-ci ildə Bərdə rayonunun Alpoud kəndində yaşadığı evdə vəfat etmiş və Bərdə rayonunun Alpoud kənd qəbristanlığında dəfn olunmuşdur. X2 xx.xx.2011-ci ildə vəfat etmişdir. Bilməməzlikdən anasının ölümünü qeyd etdirməmişdir. Hazırda anasına ölüm haqqında şəhadətnamə almaq üçün faktın təsdiq olunması zərurətini yarandığını qeyd etməklə xx.xx.1942-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuş X1 xx.xx.2025-ci ildə Bərdə rayonunun Alpoud kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəblərdən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X4 xalası S.Ərizəçinın xx.xx.2025-ci ildə Bərdə rayonunun Alpoud kəndində xəstəlikdən vəfat etdiyini bildirmişdir. Şahid qismində dindirilmiş X6 anası S.Ərizəçinın xx.xx.2025-ci ildə Bərdə rayonunun Alpoud kəndində vəfat etdiyini bildirmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 709-05/15 saylı arayışından görünür ki, Ərizəçi anası S.Ərizəçinın ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. AZE № 03137966 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, S.Ərizəçi xx.xx.1942-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. V-JQ № 272524 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi S.Ərizəçinın oğludur. Bərdə Rayon İcra Hakimiyyəti başçısının Alpoud kənd izibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 346 saylı arayışından görünür ki, S.Ərizəçi xx.xx.2025-ci ildə vəfat etmiş və Bərdə rayonunun Alpoud kənd qəbristanlığında dəfn olunmuşdur. Məzar daşının fotoşəkilindən görünür ki, S.Ərizəçi xx.xx.2025-ci ildə vəfat etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçinın anası S.Ərizəçi xx.xx.2025-ci ildə Bərdə rayonu Alpoud kəndində xəstəlikdən vəfat etmiş və Bərdə rayonunun Alpoud kənd qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. xx.xx.1942-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuş X1 xx.xx.2025-ci ildə Bərdə rayonunun Alpoud kəndində xəstəlikdən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2610/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2610/2025
15.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver