Məhkəmə qərarları › İş №2(013)-2612/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2612/2025

29.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2612/2025 29.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının geri alınması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia tələbi irəli sürərək cavabdehdən 1200 manat dəyərində l ədəd Rusiya istehsalı olan 585 əyyarlı 8 qram çəkidə qızıl nişan üzüyü, qızıl seplə birlıkdə 2500 manat dəyərində bir komplekt Rusiya istehsallı 585 əyyarlı 20 qram çəkidə qadın bilərziyi, 600 manat dəyərində bir komplekt Rusiyada istehsal olunmuş 585 əyyarlı 6 qram çəkidə üzük-sırğa dəstinin və 550 manat dəyərində 1 dəst üzük-sırğa dəstinin naturada, əgər qızıl-zinət əşyaları satılmışdırsa bunun dəyəri olan 4850 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, X4 ilə 2016-ci ildə qeyri-rəsmi olaraq evlənmiş, 12 mart 2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nigahdan xx.xx.2018-ci il təvəllüdlü qızı X2 və xx.xx.2019-ci il təvəllüdlü oğlu X6 adlı övladları anadan olmuşlar. Evlənən vaxt Məhərrəmin anası Cavabdeh ona 1200 manat dəyərində Rusiya istehsalı olan 585 əyyarlı 8 qram çəkidə qızıl nişan üzüyü, qızıl seplə birlıkdə 2500 manat dəyərində bir komplekt Rusiya istehsallı 585 əyyarlı 20 qram çəkidə qızıl, 600 manat dəyərində bir komplekt Rusiyada istehsal olunmuş 585 əyyarlı 6 qram üzüksırğa dəsti hədiyyə etmişdir. X1 da 550 manat dəyərində Rusiyada istehsal olunmuş 5 qram çəkidə 550 manat dəyərində üzük-sırğa dəsti hədiyyə etmişdir. Evlənən günü Cavabdeh yuxarıda qeyd etdiyi qızıl-zinət əşyalarını onun əlindən almışdır ki, "sən qızılları saxlaya bilməzsən, itirərsən". Həmin vaxtdan qızıl-zinət əşyaları qaynanasında qalmışdır. Sonra qeyd etdiyi qızıl-zinət əşyalarını Cavabdeh tələb etsə də o, qızılları qaytarmamışdır. X15 münasibətiləri uyğun gəlmədiyi üçün Ağdam Rayon Məhkəməsinin 22 iyul 2025-ci tarixli qətnaməsi ilə boşanmışlar. Sonradan qaynanası Cavabdeh qızıl-zinət əşyalarını geri tələb etmiş, o, isə guya qızıl-zinət əşyalarını satıb uşağının müalicəsinə xərclədiyini bildirmişdir. Halbuku Cavabdeh uşağının müalicəsinə hər hansı bir məbləğdə pul xərcləməmişdir. Bunun üçün qızıl-zinət əsvalarını satmağa ehtiyacı olmamış, məskunlaşdığı Bərdə rayonunun Əmirli kəndində çoxsaylı iri buynuzlu heyvan saxlamışlar. Qapısında "KİA-OPTİMA" və "VAZ-2107" markalı maşınları və "Belarus" markalı traktorları var. Ona görə də hesab edir ki, Cavabdeh adları göstərilən, ona hədiyyə edilmiş qızıl-zinət əşyaları naturada və ya onların pulla dəyəri cavabdehdən alınmalıdır : Hədiyyə kimi alınmış qızıl-zinət əşyaları 1) Dəst boyunbağı-qolbağı 1 dəst 20 qr.585 əyar, 2500 manat, 2) Nişan üzüyü, 1 ədəd 8 qr. 585 əyar, 1200 manat, 3) Dəst üzük –sırğa 1 dəst 6 qram. 585 əyar, 600 manat və 4) Dəst üzük-sırğa) 1 dəst 5 qram. 585 əyar, 550 manat. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə etdi. Əlavə olaraq göstərdi ki, cavabdehin oğlu Məhərrəm ilə 2016-cı ildə ailə qurmuşlar, gəlin köçmüşdür. 2016-cı ildə gəlin köçən kimi ona hədiyyə olunmuş qızılları qaynanası almışdır ki, saxlasın. Sonra qızıllarını tələb etmiş, lakin qaynanası qızıllarını qaytarmamışdır. Ona nişan üzüyü, komplekt üzük-sırğa dəsti hədiyyə edilmişdir. 2025-ci ildə nikahları pozulanadək qızıllarını qaynanasından tələb etmiş, telefon danışığı zamanı qaynanası qızılları satmasını bildirmişdir, qızılları və onların pullarını verməyəcəyini demişdir. Bu barədə səs yazıları var, fotoşəkillər var ki, onları məhkəməyə təqdim edir. Uşağının 1-i xəstə olduğu üçün qaynanasına demişdir ki, uşağa 1200 manat dəyərində aparat alınmasına kömək etsinlər, yaxud da qızıllarını və ya qızılların pullarını qaytarsın, lakin qaynanası bundan imtina etmişdir. Ona görə də qızıllarının, yaxud da dəyərlərinin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələblərini qəbul etmədi. Göstərdi ki, Şəlalə əri ilə yola getməyib. Qızılları Şəlalə özü satıb, xəstəliklərinə xərcləyib. Qızılların qiymətləri şişirdilib. Şəlalə ona böhtan atır. Şəlalənin indiyə kimi qızılları tələb etməməsi onu göstərir ki, qızıllar Şəlalənin özündə olub. Şəlalə əri barəsində DİN-nin 102 Xidmətinə də şikayətlər edib. Əgər Şəlalənin qızılları 2016-cı ildə onun əlindən alınıbsa bəs indi niyə tələb edir. Göstərdiklərinin nəzərə alınmasını, iddia tələblərinin rədd edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında izahat verən X5 göstərdi ki, Şəlalə onun qızıdır. Şəlaləyə qızılları qaynanası Xırda xanım Bərdə Rayonunda qızıl mağazasından alıb, özü də qızılların alınmasında iştirak edib. Şəlaləyə həmin vaxt nişan üzüyü, komplekt, sırğa-üzük, 1 üzük alınıb, özü isə Şəlaləyə sırğa-üzük hədiyyə edib. Bir dəfə toy məclisinə gedəndə Şəlalənin qızılları üzərində olmayıb, Şəlalə bildirib ki, qızılları qaynanası Xırda əlindən alıb. Xırda xanımla bu barədə söhbət etmiş, Xırda xanım əvvəl qızılların özündə olmasını bildirmiş, sonralar isə qızılları satmasını bildirmişdir. Xırda xanımın göstərdikləri tam yalandır. Dəfələrlə qızılları ondan tələb etmişlər, Xırda xanım isə qızılları verməmiş, hər dəfə müxtəlif sözlər danışmışdır. Şahid qismində məhkəmə iclasında izahat verən X9 göstərdi ki, Şəlalə onun gəlini olmuşdur. Şəlalə onun yanında qalmayıb, qızıllarını isə Şəlalə özü satıb, ailəsi ilə özlərinə, öz ehtiyaclarına xərcləyiblər. Qızılları Şəlalənin özündə olub. Qızılların hazırda qiymətləri şişirdilib. Ailəsinin maddi imkanı zəifdir, Şəlaləyə o vaxt ucuz əşyalar alıblar. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfin ərizə ilə birlikdə təqdim etdiyi sənədlər : AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1998-ci il təvəllüdlüdür. Ağcabədi Rayon İHB-nın X11 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 5-30-41/3-356/2025 saylı, 17 iyul 2025-ci il tarixli arayışından məlum olur ki, İddiaçı həmin kənddə qeydiyyatdadır. "xxxx" MMC tərəfindən 28 iyul 2025-ci il tarixdə verilmiş Mütəxəssis RƏYindən görünür ki, Dəst (boyunbağı-qolbağı) - 1 dəst 20 qr.585 əyar- 2500 manat, Nişan üzüyü – 1 ədəd 8 qr. 585 əyar – 1200 manat, Dəst (üzük –sırğa) 1 dəst 6 qr. 585 əyar – 600 manat, Dəst (üzük –sırğa) 1 dəst 5 qr. 585 əyar – 550 manat, cəmi 4850 manat qiymətləndirilmişdir. Mediator A.Cəfərov tərəfindən tərtib edilmiş X3 X18 X8 25 iyul 2025-ci il tarixli arayışdan görünür ki, X4 mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Ağdam Rayon İHB-nın X16 Ərazi Dairəsi üzrə Nümayəndəliyin 5-31-17/2-22/2025 saylı, 31 iyul 2025-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh nümayəndəliyin Şişpapaqlı kəndində qeydiyyatdadır. Məhkəmə iclasında İddiaçı ilə Cavabdeh telefonda qızıllarla bağlı danışıqları dinlənildi, Cavabdeh həmin danışıqlarda dolayısı ilə qızılların ondan olmasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək ərarvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Ailə Məcəlləsinin 29.1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Qeyd olunan Məcəllənin 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Məhkəmə tərəfləri dinlədikdən sonra, təqdim edilmiş materialların nəzərdən keçirib, şahidləri dinləyib nəticəyə gəldi ki, iddia tələbləri tamamilə əsaslıdır, təmin edilməlidir. Məhkəmə əmin oldu ki, iddia tələblərinin əmlak tələbi ilə bağlı hissəsi tamamilə əsaslıdır. Beləliklə məhkəmə hesab etdi ki, iddia tələbi təmin edilməli, Cavabdeh qızıl - zinət əşyaları : Dəst (boyunbağı-qolbağı) - 1 dəst 20 qr.585 əyar - 2500 manat, Nişan üzüyü – 1 ədəd 8 qr. 585 əyar – 1200 manat, Dəst (üzük –sırğa) 1 dəst 6 qr. 585 əyar – 600 manat, Dəst (üzük –sırğa) 1 dəst 5 qr. 585 əyar – 550 manatlıq zinət əşyaları, yaxud onların ümumi dəyəri olaraq 4850 pul alınıb İddiaçı verilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - Qızıl-zinət əşyaları : Dəst (boyunbağı-qolbağı) - 1 dəst 20 qr.585 əyar- 2500 manat, Nişan üzüyü – 1 ədəd 8 qr. 585 əyar – 1200 manat, Dəst (üzük –sırğa) 1 dəst 6 qr. 585 əyar – 600 manat, Dəst (üzük –sırğa) 1 dəst 5 qr. 585 əyar – 550 manatlıq zinət əşyaları, yaxud onların ümumi dəyəri olaraq 4850 /dörd min səkkiz yüz əlli manat/ pul alınıb İddiaçı verilsin Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar