Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-262/2024 28.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 28 fevral 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində anası X1 xx.xx.1998-ci ildə Bərdə şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, anası Aybəniz Allahverdiyeva xx.xx.1998-ci il tarixdə xəstəlikdən vəfat etmiş və Bərdə rayonunun Canavarlı kənd qəbristanlığında dəfn olunmuşdur. Həmin vaxt başqa yas mərasimi olduğundan başı qarışmış, anasının ölümünü qeyd etdirməmişdir. Anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün aidiyyəti orqanlara müraciət etmiş, ona məhkəməyə müraciət etməsi izah edilmişdir. A.U.Allahverdiyevanın ölüm haqqında şəhadətnaməsini almaq üçün faktın müəyyən edilməsi zərurəti yarandığını qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Ağdam Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəblərdən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X3 həmkəndlisi Aybəniz Allahverdiyevanın xx.xx.1998-ci ildə Bərdə şəhərində xəstəlikdən vəfat etdiyini və Bərdə rayonunun Canavarlı kənd qəbristanlığında dəfn olunduğunu bildirmişdir. Şahid qismində dindirilmiş X4 qonşusu A.U.Allahverdiyevanın xx.xx.1998-ci ildə xəstəlikdən vəfat etdiyini və Bərdə rayonunun Canavarlı kənd qəbristanlığında dəfn olunduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 846-05/15 saylı arayışından görünür ki, Ərizəçi anası A.U.Allahverdiyevanın ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi anası A.U.Allahverdiyeva xx.xx.1998-ci ildə Bərdə şəhərində xəstəlikdən vəfat etmiş və Bərdə rayonunun Canavarlı kənd qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X1 xx.xx.1998-ci ildə Bərdə şəhərində xəstəlikdən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-262/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-262/2024
28.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver