Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2683/2025 22.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 22 oktyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, xx.xx.1991-ci ildə rəsmi nikah qeydindən keçməklə ərə getmiş, həyat yoldaşı X4 xx.xx.2024-cü ildə Gəncə şəhərində vəfat etmiş və Ağdam rayonunun Quzanlı kənd qəbristanlığında dəfn olunmuşdur. Həmin vaxt savadsızlıqdan həyat yoldaşının ölümünü qeyd etdirmədiyini, hazırda vərəsəlik almaq və məcburi köçkün kimi qeydiyyata alınmaqla bağlı həyat yoldaşının ölüm şəhadətnaməsi tələb olunduğunu, Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edən zaman ölümə əsas verən sənədlər olmadığından məhkəməyə müraciət etməsi tövsiyyə olunduğunu qeyd etməklə mərhum həyat yoldaşı X2 xx.xx.2024-cü ildə Gəncə şəhərində ölməsi fatkının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək əri Ə.Ə.Ağayevin xəstəlikdən vəfat etdiyini və Ağdam rayonunun Quzanlı kənd qəbristanlığında dəfn olunduğunu qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X1 Ərizəçi əri Ə.Ə.Ağayevlə yaxın dost olduğunu, Ə.Ə.Ağayevin 2024-cü ilin dekabr ayında vəfat etdiyini bildirmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-2342 saylı arayışından görünür ki, Ərizəçi əri Ə.Ə.Ağayevin ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. AZE № 14052417 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ə.Ə.Ağayev xx.xx.1961-ci ildə Ağdam şəhərində anadan olmuşdur. V-JQ № 441594 saylı nikah şəhadətnaməsinin surətindən görünür ki, Ə.Ə.Ağayevlə Ərizəçi arasında olan nikah xx.xx.1991-ci ildə Ağdam VVAQ Şöbəsində 249 nömrə ilə qeydə alınmışdır. Məzar daşının fotoşəkilindən görünür ki, Ə.Ə.Ağayev xx.xx.2024-cü ildə vəfat etmişdir. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Ağdam şəhər inzibati ətrazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-31-12/3-2-922/2025 saylı arayışından görünür ki, Ə.Ə.Ağayev xx.xx.2024-cü ildə vəfat etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi əri Ə.Ə.Ağayev xx.xx.2024-cü ildə Gəncə şəhərində xəstəlikdən vəfat etmiş və Ağdam rayonu, Quzanlı kənd qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X2 xx.xx.2024-cü ildə Gəncə şəhərində xəstəlikdən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2683/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2683/2025
22.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver