Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2702/2024 26.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 26 dekabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində atası X2 xx.xx.2008-ci ildə ölməsi faktının qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, atası Mansur Qasımov xx.xx.2008-ci il tarixdə Bərdə rayonunun Kələntərli qəsəbəsində ürək tutmasından vəfat etmiş və Bərdə rayonunun Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Həmin vaxt atasının ölümünü qeyd etdirməmişlər. Atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün aidiyyəti orqanlara müraciət etmiş, atasının adına ölümə əsas verən zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməsi izah edilmişdir. M.S.Qasımovun ölüm haqqında şəhadətnaməsini almaq üçün faktın müəyyən edilməsi zərurəti yarandığını qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəblərdən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X1 qayınatası Mansur Qasımovun xx.xx.2008-ci ildə Bərdə rayonunda ürək tutmasından vəfat etdiyini və Bərdə rayonunun Şəhidlər Xiyabanında dəfn olunduğunu bildirmişdir. Şahid qismində dindirilmiş X3 qonşusu Mansur Qasımovun 2008-ci ildə vəfat etdiyini və Bərdə rayonunun Şəhidlər Xiyabanında dəfn olunduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 1069-05/15 saylı arayışından görünür ki, Ərizəçi atası M.S.Qasımovun ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi atası M.S.Qasımov xx.xx.2008-ci ildə Bərdə rayonunun Kələntərli qəsəbəsində xəstəlikdən vəfat etmiş və Bərdə rayonunun Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X2 xx.xx.2008-ci ildə Bərdə rayonunun Kələntərli qəsəbəsində xəstəlikdən ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2702/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2702/2024
26.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver